Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: Əcnəbi muzdlular məhv edilib

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin binası
Rusiya Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Xarkovda 140-a qədər şəxsi heyətin yerləşdiyi 113-cü müdafiə briqadasının iki müvəqqəti yerləşmə məntəqəsi məhv edilib.
BAKI, 30 iyun — Sputnik. Rusiya Müdafiə Nazirliyi Nikolayevdə 80-dən çox əcnəbi muzdlu əsgərin məhv edildiyini bildirib.
Rusiya hərbi-kosmik qüvvələri əcnəbi muzdluların yerləşdirildiyi Nikolayev şəhərindəki 123-cü Ərazi Müdafiə Briqadasının komanda məntəqəsinə yüksək dəqiqlikli silahlarla zərbələr endirib.
Nəticədə 20-dən çox ukraynalı hərbçi və 80-dən çox əcnəbi döyüşçü, altı ədəd zirehli və motorlu texnika, mindən çox artilleriya mərmisi, üç yüz minaatan mina və Daşınan Zenit Raket Sistemləri üçün yüz mərmi məhv edilib.
Həmçinin dənizdən yüksək dəqiqlikli uzaqmənzilli silahlar Dnepropetrovsk şəhəri yaxınlığındakı “Xortitsa” əməliyyat-strateji qrupunun komanda məntəqəsini məhv edib.
Bundan əlavə, Xarkovda 140-a qədər şəxsi heyətin yerləşdiyi 113-cü müdafiə briqadasının iki müvəqqəti yerləşmə məntəqəsi məhv edilib.
14-cü mexanikləşdirilmiş və 56-cı motoatıcı briqadaların 50%-dən çoxu Ukrayna Silahlı Qüvvələrinin DXR-in Berestovoe və Avdeyevka yaşayış məntəqələri ərazilərindəki mövqelərinin atəşə tutulması nəticəsində məhv edilib.
Həmçinin, 57-ci motoatıcı briqadanın 34-cü taborunun həddindən artıq itki və qeyri-qənaətbəxş təchizatına görə 13 nəfər hərbi qulluqçusu, o cümlədən zabitlər öz mövqelərini icazəsiz tərk ediblər.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, iyunun 30-da Rusiya Silahlı Qüvvələri onlara verilən tapşırıqları yerinə yetirdikdən sonra Zmeyinı adasında yerləşən qarnizonu geri çəkib.
Zmeinı adası - Sputnik Azərbaycan, 1920, 30.06.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya hərbçiləri Zmeinı adasını tərk ediblər - RF Müdafiə Nazirliyi
Xəbər lenti
0