https://sputnik.az/20220630/rusiya-herbcileri-zmeini-adasini-terk-edibler---rf-mudafie-nazirliyi-443526581.html
Rusiya hərbçiləri Zmeinı adasını tərk ediblər - RF Müdafiə Nazirliyi
Rusiya hərbçiləri Zmeinı adasını tərk ediblər - RF Müdafiə Nazirliyi
Sputnik Azərbaycan
Bununla da Rusiya dünya ictimaiyyətinə Ukraynadan kənd təsərrüfatı məhsullarının çıxarılması üçün BMT tərəfindən dəhlizin təşkilinə mane olmadığını nümayiş... 30.06.2022, Sputnik Azərbaycan
2022-06-30T14:07+0400
2022-06-30T14:07+0400
2022-06-30T16:04+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
rusiya müdafiə nazirliyi
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441870494_0:0:2833:1594_1920x0_80_0_0_0526484689694b04b602f17d21d18965.jpg
BAKI, 30 iyun - Sputnik. Bu gün xoşməramlı addım olaraq Rusiya hərbçiləri Zmeinı (İlan) adasında tapşırıqları yerinə yetirib və orada yerləşən qarnizonu geri çəkiblər.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bu addımı onunla izah edib ki, Rusiya BMT-nin kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz təşkil etmək səylərinə mane olmur.“Bu qərar Kiyevə Rusiyanın Qara dənizin şimal-qərb hissəsinə tam nəzarəti səbəbindən taxıl ixracının mümkünsüzlüyünə istinad edərək, yaxınlaşan ərzaq böhranı mövzusunda spekulyasiya etməyə imkan verməyəcək”, - Müdafiə Nazirliyi bildirib.Xatırladaq ki, bu gün Ukraynanın “Cənub” əməliyyat komandanlığı da Rusiya hərbçilərinin Zmeinı adasını tərk etdiklərini açıqlayıb. Zmeinı adasında nə baş vermişdi?Zmeinı adası uğrunda döyüşlər fevralın 24-də - müharibənin ilk saatlarında başlayıb. Eyni gün saat 22:00-da rəsmi Kiyev adanın işğal edildiyini açıqlayıb. Adanı qoruyan hərbçilərin öldüyünə dair məlumat yayılsa da, sonradan onların əsir düşdüyü məlum olub.Fevralın 25-i axşam saatlarında Zmeinı adasından təxliyə zamanı 82 Ukrayna hərbçisi silahını yerə qoyaraq könüllü şəkildə təslim olub.Ukrayna Hərbi Dəniz Donanmasının 16 kateri xüsusi taktikadan istifadə edərək Qara dəniz donanmasının gəmilərinə hücuma keçməyə cəhd göstərib.Dəniz döyüşü nəticəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinin 6 kateri məhv edilib. Zmeinı adasındakı 82 ukraynalı hərbçinin heç biri xəsarət almayıb.Aprelin 13-də adanın ələ keçirilməsində mühüm rol oynayan Rusiyanın “Moskva” raket kreyseri Ukrayna Silahlı Qüvvələri tərəfindən batırılıb. Bundan başqa, ada “Bayraktar” TB-2 PUA-larının daimi bombardımanı altında qalıb.
https://sputnik.az/20220228/zmeini-adasindan-olan-herbciler-sagdirlar-439700677.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441870494_81:0:2594:1885_1920x0_80_0_0_9cd96a2fced9751cf7fd0b1710bfd1fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, rusiya müdafiə nazirliyi, ukrayna
rusiya, rusiya müdafiə nazirliyi, ukrayna
Rusiya hərbçiləri Zmeinı adasını tərk ediblər - RF Müdafiə Nazirliyi
14:07 30.06.2022 (Yenilənib: 16:04 30.06.2022) Bununla da Rusiya dünya ictimaiyyətinə Ukraynadan kənd təsərrüfatı məhsullarının çıxarılması üçün BMT tərəfindən dəhlizin təşkilinə mane olmadığını nümayiş etdirib.
BAKI, 30 iyun - Sputnik. Bu gün xoşməramlı addım olaraq Rusiya hərbçiləri Zmeinı (İlan) adasında tapşırıqları yerinə yetirib və orada yerləşən qarnizonu geri çəkiblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bu addımı onunla izah edib ki, Rusiya BMT-nin kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz təşkil etmək səylərinə mane olmur.
“Bu qərar Kiyevə Rusiyanın Qara dənizin şimal-qərb hissəsinə tam nəzarəti səbəbindən taxıl ixracının mümkünsüzlüyünə istinad edərək, yaxınlaşan ərzaq böhranı mövzusunda spekulyasiya etməyə imkan verməyəcək”, - Müdafiə Nazirliyi bildirib.
Xatırladaq ki, bu gün Ukraynanın “Cənub” əməliyyat komandanlığı da Rusiya hərbçilərinin Zmeinı adasını tərk etdiklərini açıqlayıb.
Zmeinı adasında nə baş vermişdi?
Zmeinı adası uğrunda döyüşlər fevralın 24-də - müharibənin ilk saatlarında başlayıb. Eyni gün saat 22:00-da rəsmi Kiyev adanın işğal edildiyini açıqlayıb. Adanı qoruyan hərbçilərin öldüyünə dair məlumat yayılsa da, sonradan onların əsir düşdüyü məlum olub.
Fevralın 25-i axşam saatlarında Zmeinı adasından təxliyə zamanı 82 Ukrayna hərbçisi silahını yerə qoyaraq könüllü şəkildə təslim olub.
Ukrayna Hərbi Dəniz Donanmasının 16 kateri xüsusi taktikadan istifadə edərək Qara dəniz donanmasının gəmilərinə hücuma keçməyə cəhd göstərib.
Dəniz döyüşü nəticəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinin 6 kateri məhv edilib. Zmeinı adasındakı 82 ukraynalı hərbçinin heç biri xəsarət almayıb.
Aprelin 13-də adanın ələ keçirilməsində mühüm rol oynayan Rusiyanın “Moskva” raket kreyseri Ukrayna Silahlı Qüvvələri tərəfindən batırılıb. Bundan başqa, ada “Bayraktar” TB-2 PUA-larının daimi bombardımanı altında qalıb.