Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Zmeinı adasından olan hərbçilər sağdırlar

© Ministry of Defence of the Russian Federation / Mediabanka keçidTəslim olmuş ukraynalı hərbçilər Sevastopolda
Təslim olmuş ukraynalı hərbçilər Sevastopolda - Sputnik Azərbaycan, 1920, 28.02.2022
Abunə olmaq
Ukrayna Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, ruslar tərəfindən ələ keçirilən ukraynalı dəniz piyadaları və sərhədçilərin vəziyyəti yaxşıdır.
BAKI, 28 fevral — Sputnik. Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatı nəticəsində Zmeinı adasının ərazisində ələ keçirilən ukraynalı dəniz piyadaları və sərhədçilər sağdırlar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri öz "Facebook" səhifəsində paylaşım edib.
"Qardaşlarımız sağdırlar və onların vəziyyəti yaxşıdır!", - deyə həmin məlumatda vurğulanır.
Qeyd edək ki, bir qədər bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi döyüş bölgəsində vəziyyət sabitləşdikdən sonra bütün ukraynalı hərbçilərin öz ölkələrinə göndəriləcəyini bildirmişdi.
Zmeinı adasında nə baş vermişdi?
Fevralın 25-i axşam saatlarında Zmeinı adasından təxliyə zamanı 82 Ukrayna hərbçisi silahını yerə qoyaraq könüllü şəkildə təslim olub.
Ukrayna Hərbi Dəniz Donanmasının 16 kateri xüsusi taktikadan istifadə edərək Qara dəniz donanmasının gəmilərinə hücuma keçməyə cəhd göstərib.
Dəniz döyüşü nəticəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinin 6 kateri məhv edilib. Zmeinı adasındakı 82 ukraynalı hərbçinin heç biri xəsarət almayıb.
Xəbər lenti
0