https://sputnik.az/20220630/qlobal-neft-ve-qaz-ehtiyatlari-azalib-443504271.html
Qlobal neft və qaz ehtiyatları azalıb
Qlobal neft və qaz ehtiyatları azalıb
Sputnik Azərbaycan
2021-ci ildə təsdiq edilmiş neft ehtiyatlarına görə lider yenidən Venesuela olub. Qaz ehtiyatlarının həcminə görə isə birinci yerdə Rusiyadır 30.06.2022, Sputnik Azərbaycan
2022-06-30T08:41+0400
2022-06-30T08:41+0400
2022-06-30T08:41+0400
qaz
neft-qaz
neft
qlobal
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443142441_0:160:3072:1888_1920x0_80_0_0_dd6899a3316870d66357a27ef4977113.jpg
BAKI, 30 iyun — Sputnik. Ötən il qlobal təsdiq edilmiş neft ehtiyatları 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 0,02% azalaraq 1,545 trilyon barel təşkil edib.Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində bildirilir.Hesabata əsasən, 2021-ci ildə təsdiq edilmiş neft ehtiyatlarına görə lider yenidən Venesuela olub. Burada qeyd olunan göstərici 303,468 milyard barel təşkil edərək sıfır dinamikasına yaxın azalma nümayiş etdirib. Səudiyyə Ərəbistanı ikinci yerdə qalıb, burada təsdiq edilmiş neft ehtiyatları bir qədər artaraq 261,6 milyard barelə çatıb. İran bu göstəricidə üçüncü yerdədir, burada "qara qızıl"ın təsdiq edilmiş ehtiyatlarının həcmi il ərzində 208,6 milyard barel səviyyəsində qalıb.Təsdiqlənmiş ehtiyatlara görə, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt növbəti yerlərdədir. Rusiya - 80 milyard barellə - yeddinci yerdə qalmaqda davam edir, ölkədə təsdiqlənmiş ehtiyatların səviyyəsi il ərzində dəyişməyib. İlk onluğu Liviya, ABŞ və Nigeriya tamamlayır. Eyni zamanda, bütün ölkələrdən ABŞ ötən il təsdiqlənmiş neft ehtiyatlarında ən böyük artım göstərərək, onları 8,4% artıraraq 38,832 milyard barelə çatdırıb.Qlobal qaz ehtiyatları azalıbÖtən il dünyada təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2020-ci illə müqayisədə 0,5% azalaraq, 205,865 trilyon kubmetr təşkil edib.Hesabata əsasən, təsdiq edilmiş qaz ehtiyatlarının həcminə görə, birinci yerdə Rusiya (47,759 trilyon kubmetr), ikinci yerdə İran (33,988 trilyon kubmetr), üçüncü yerdə Qətər (23,831 trilyon kubmetr), dördüncü yerdə Türkmənistan (13,95 trilyon kubmetr), beşinci yerdə isə ABŞ (12,246 trilyon kubmetr) qərarlaşıb.OPEC-in neft ixracından əldə etdiyi gəlirlər artıbOPEC ölkələrinin 2021-ci ildə neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirlər 2020-ci illə müqayisədə 77% artaraq, 560,633 milyard dollara çatıb.Hesabata əsasən, ötən ilin nəticələrinə görə, OPEC ölkələrinin neft ixracı illik ifadədə 0,2% azalaraq, gündəlik 19,66 milyon barel təşkil edib. Bu göstərici üzrə azalma artıq beşinci ildir ki, müşahidə olunur.Əvvəlki illərdə olduğu kimi, OPEC-ə üzv olan ölkələrdən neftin əsas həcmi – gündəlik 14,24 milyon barel və ya 72,4%-i Asiyaya ixrac edilib. İxrac edilən neftin həcminin əhəmiyyətli hissəsi – gündəlik təqribən 3,27 milyon bareli Avropaya ixrac edilib. 2020-ci ildə bu göstərici 3,13 milyon barel səviyyəsində olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443142441_171:0:2902:2048_1920x0_80_0_0_63fd8313c8c0cdd38e6ef657ac89016d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qaz, neft, qlobal
Qlobal neft və qaz ehtiyatları azalıb
2021-ci ildə təsdiq edilmiş neft ehtiyatlarına görə lider yenidən Venesuela olub. Qaz ehtiyatlarının həcminə görə isə birinci yerdə Rusiyadır
BAKI, 30 iyun — Sputnik. Ötən il qlobal təsdiq edilmiş neft ehtiyatları 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 0,02% azalaraq 1,545 trilyon barel təşkil edib.
Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində bildirilir.
Hesabata əsasən, 2021-ci ildə təsdiq edilmiş neft ehtiyatlarına görə lider yenidən Venesuela olub. Burada qeyd olunan göstərici 303,468 milyard barel təşkil edərək sıfır dinamikasına yaxın azalma nümayiş etdirib. Səudiyyə Ərəbistanı ikinci yerdə qalıb, burada təsdiq edilmiş neft ehtiyatları bir qədər artaraq 261,6 milyard barelə çatıb. İran bu göstəricidə üçüncü yerdədir, burada "qara qızıl"ın təsdiq edilmiş ehtiyatlarının həcmi il ərzində 208,6 milyard barel səviyyəsində qalıb.
Təsdiqlənmiş ehtiyatlara görə, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt növbəti yerlərdədir. Rusiya - 80 milyard barellə - yeddinci yerdə qalmaqda davam edir, ölkədə təsdiqlənmiş ehtiyatların səviyyəsi il ərzində dəyişməyib. İlk onluğu Liviya, ABŞ və Nigeriya tamamlayır. Eyni zamanda, bütün ölkələrdən ABŞ ötən il təsdiqlənmiş neft ehtiyatlarında ən böyük artım göstərərək, onları 8,4% artıraraq 38,832 milyard barelə çatdırıb.
Qlobal qaz ehtiyatları azalıb
Ötən il dünyada təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2020-ci illə müqayisədə 0,5% azalaraq, 205,865 trilyon kubmetr təşkil edib.
Hesabata əsasən, təsdiq edilmiş qaz ehtiyatlarının həcminə görə, birinci yerdə Rusiya (47,759 trilyon kubmetr), ikinci yerdə İran (33,988 trilyon kubmetr), üçüncü yerdə Qətər (23,831 trilyon kubmetr), dördüncü yerdə Türkmənistan (13,95 trilyon kubmetr), beşinci yerdə isə ABŞ (12,246 trilyon kubmetr) qərarlaşıb.
OPEC-in neft ixracından əldə etdiyi gəlirlər artıb
OPEC ölkələrinin 2021-ci ildə neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirlər 2020-ci illə müqayisədə 77% artaraq, 560,633 milyard dollara çatıb.
Hesabata əsasən, ötən ilin nəticələrinə görə, OPEC ölkələrinin neft ixracı illik ifadədə 0,2% azalaraq, gündəlik 19,66 milyon barel təşkil edib. Bu göstərici üzrə azalma artıq beşinci ildir ki, müşahidə olunur.
Əvvəlki illərdə olduğu kimi, OPEC-ə üzv olan ölkələrdən neftin əsas həcmi – gündəlik 14,24 milyon barel və ya 72,4%-i Asiyaya ixrac edilib. İxrac edilən neftin həcminin əhəmiyyətli hissəsi – gündəlik təqribən 3,27 milyon bareli Avropaya ixrac edilib. 2020-ci ildə bu göstərici 3,13 milyon barel səviyyəsində olub.