https://sputnik.az/20220630/qargidalinin-tekrar-ekinlerde-becerilme-texnologiyasi---detallar-443505373.html
Qarğıdalının təkrar əkinlərdə becərilmə texnologiyası - DETALLAR
Qarğıdalının təkrar əkinlərdə becərilmə texnologiyası - DETALLAR
Sputnik Azərbaycan
Ölkədə təkrar qarğıdalı əkini aparan fermerlərə hər hektara görə 86 manat subsidiya verilir 30.06.2022, Sputnik Azərbaycan
2022-06-30T07:59+0400
2022-06-30T07:59+0400
2022-06-30T07:59+0400
qarğıdalı
iqtisadiyyat
əkin
kənd təsərrüfatı nazirliyi
fermer
məhsul
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426118790_0:160:3073:1888_1920x0_80_0_0_9a2c4114b1d269ab987cd520e31f4a9b.jpg
BAKI, 30 iyun — Sputnik. Qarğıdalı mühüm dən və yem bitkisidir. Bu bitki çoxşaxəli istifadəyə və yüksək məhsuldarlığa malikdir. Qarğıdalı dənindən konservləşdirilmiş məhsullar un, nişasta, yarma, etil spirti, yağ və digər məhsullar alınır. Gövdəsindən, yarpaqlarından və qıcalarından isə kağız, linoleum, aktivləşdirilmiş kömür, süni qətran və s. məhsullar almaq mümkündür.Qarğıdalının dənində yem vahidinin və həzmolunan proteinin çox olması onun qiymətli yem kimi istifadəsinə imkan verir və yem istehsalının artırılması üçün təkrar əkinlərinin aparılması vacib sayılır.Qarğıdalının təkrar əkinlərinin respublikanın suvarılan aran və nəmliklə təmin olunmuş dəmyə rayonlarında aparılması tövsiyə edilir.Əkilən sortlarFermerlərə respublikanın ayrı-ayrı bölgələri üçün tövsiyə edilən yüksək keyfiyyətli sertifikatlı qarğıdalı toxumlarından istifadə etmək məsləhət görülür. Təkrar əkinlərdə yaşıl yem üçün "Zaqatala yerli yaxşılaşdırılmış", "Zaqatala 514", "Zaqatala-68", dən üçün "Zaqatala 420", "Qürur", "Ümid" və "Fəxri" qarğıdalı sortlarının keyfiyyətli toxum materialından istifadə etmək məsləhət bilinir.Növbəli əkində yeriQarğıdalı bitkisinin ən yaxşı sələfləri payızlıq buğda, arpa, çovdar, dənlı-paxlalılar, çoxillik yem, cərgəarası becərilən və tərəvəz bitkiləri hesab olunur. Qarğıdalının özü isə payızlıq və yazlıq bitkilər üçün yaxşı sələfdir.Torpagın əsas, səpinqabağı və cərgəaralarının becərilməsiHazırda dünya əkinçiliyində vəsaitə, qənaətedici texnologiyaların tətbiqinə geniş yer verilir. Bu texnologiyaların əsas tərkib hissəsi minimal və sıfır becərmələr (No-till) hesab olunur.Qarğıdalı bitkisinin güclü kök sistemi əmələ gətirdiyini nəzərə alaraq təkrar əkinlər zamanı sahə biçildikdən dərhal sonra 8-12 sm dərinlikdə üzlənməli, torpaq analizinin nəticələrinə əsasən müəyyən edilmiş normada üzvi və mineral gübrələr sahəyə verilməklə 25-28 sm dərinlikdə şum aparılmalıdır. Şumun üst qatının mala və yaxud rotorlu toxalarla yumşaldılması lazımdır. Bu əməliyyatla torpaq yumşalır, dənəvərləşir, torpagın səthi hamarlaşır və alaq otları məhv edilir, eləcə də toxumların bərabər dərinlikdə basdırılması təmin olunur. Səpinə 2-3 gün qalmış sahələrə alaqlara qarşı torpaq herbisidi verilməli və qarışdırılmalıdır. Qarğıdalının təkrar əkinlərində 2-3 dəfə kultivasiya, seyrədilmə və dibdoldurma tədbirləri görülməlidir. Cərgəaralarında birinci kultivasiyanın 8-10 sm, ikinci kultivasiyanın 6-8 sm, ücüncü kultivasiyanın 5-6 sm dərinlikdə aparılması məsləhət bilinir.Səpin üsulu və səpin normasıDən üçün cərgə araları 70 sm, bitki araları 25 sm (70x25), silos üçün cərgə araları 70 sm, bitki araları 15 sm (70x15) sxemi ilə səpin həyata keçirilir. Səpin norması toxumun iriliyindən asılı olaraq dən üçün hektara 17-20 kq, silosluq üçün isə hektara 22-25 kq götürülür. Havada temperaturun yüksək olduğunu nəzərə alaraq toxumun basdırılma dərinliyi 5-7 sm təşkil edir.Səpin müddətiTəkrar əkinlərin səpini üçün optimal dövr aran rayonlarında arpa və buğda biçildikdən dərhal sonra iyun ayının 1-2-ci ongünlüyü, dağətəyi rayonlarda isə iyun ayının 3-cü ongünlüyü hesab olunur.SuvarmaTorpaq-iqlim şəraitindən asılı olaraq qarğıdalının təkrar əkinlərində aran rayonlarında 6-7 dəfə suvarılma aparılmalıdır. Hektara suvarma norması 600-800 m3 təşkil edir.Gübrə norması və gübrələrin verilməsiSahənin gübrələnməsini ilk əvvəl torpaq analizlərinin nəticələrinə əsasən müəyyən etmək lazımdır.Qarğıdalı qida maddələrinə tələbkar bitki olmaqla böyümə və inkişafının ilk dövrlərində azot və fosfora daha çox ehtiyac duyur. Qarğıdalıdan yüksək məhsul alınması üçün hər hektara orta hesabla təsiredici maddə hesabı ilə 100-120 kq fosfor, 90 kq kalium şum altına toxumla birlikdə verilir. Azot gübrəsinin isə səpindən sonra yemləmə şəklində bitkinin inkişafının 3-5 yarpaq və 7-8 yarpaq əmələgəlmə mərhələlərində 150 kq hesabı ilə verilməsi tövsiyə olunur.Xəstəlik və zərərvericilərinə qarşı mübarizəƏsas zərərvericiləri payız sovkası, qarğıdalı və çəmən kəpənəyi, zəlicə böcəyi, eləcə də xəstəlikləri tozlu və qovuqlu sürmə, helmintosporioz, gövdə, qıca və dəndə bakterioz, qıcalarda qırmızı sürmə, pas və digərləri geniş yayılaraq məhsuldarlığa ciddi ziyan vurur. Qarğıdalı bitkisinin xəstəliklərinin 55-80 faizi dən vasitəsi ilə keçir və ona qörə də əsas mübarizə tədbirlərindən biri toxum materialının vaxtında keyfiyyətlə dərmanlanmasıdır.Qarğıdalının əkin sahələrində müşahidə edilən xəstəlik və zərərvericilərə qarşı müvafiq pestisidlərdən istifadə etmək lazımdır.Məhsulun yığılmasıDən üçün yığılan qarğıdalı toxumunun tərkibində nəmlik 14-16% olmalıdır. Qıcaların təmizlənib yığılması üçün kombaynlara əlavə tərtibatlar edilir və qıcadan dənləri ayırmaqla yığılır. Hər iki yıgım texnologiyası zamanı toplanmış olan yarpaq və gövdə məhsulu xırdalanır və yem üçün silos məhsulunun hazırlanmasında istifadə olunur. Qarğıdalının biçini 15 sm, qıcalar aşağıda olduqda isə 10-12 sm kəsim hündürlüyündə aparılır.Silos hazırlamaq üçün qarğıdalı bitkisi qıcaların süd-mum və mum yetişmə dövründə biçilir. Həmin vaxt qarğıdalı ən yüksək yemlik göstəricisinə malik olur və bir hektardan toplanan yem vahidinin miqdarı da kifayət qədər çox olur.Qeyd edək ki, təkrar əkin dövründə əkilən aralıq bitkilərinin məhsulu yığıldıqdan sonra torpaqda xeyli miqdarda bitki qalıqları və kök kütləsi qalır, becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və onların əmələ gətirdiyi ümumi məhsulun miqdarından asılı olaraq aralıq bitkiləri torpaqda 40-60 s/ha bitki qalığı və kök kütləsi saxlayır. Həmin üzvi qalıqlar torpaqda humusun miqdarını artırır, onun sturuktur vəziyyətini yaxşılaşdırır. Təkrar əkinlər həm aqroekoloji baxımdan, həmdə iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edir ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.Xatırladaq ki, ölkədə təkrar qarğıdalı əkini aparan fermerlərə hər hektara görə 86 manat subsidiya verilir. Fermerlər təkrar əkinlərə görə subsidiya almaq üçün öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426118790_170:0:2901:2048_1920x0_80_0_0_353e46d43a956f283428606393da097b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qarğıdalı, əkin, kənd təsərrüfatı nazirliyi, fermer, məhsul
qarğıdalı, əkin, kənd təsərrüfatı nazirliyi, fermer, məhsul
Qarğıdalının təkrar əkinlərdə becərilmə texnologiyası - DETALLAR
Ölkədə təkrar qarğıdalı əkini aparan fermerlərə hər hektara görə 86 manat subsidiya verilir
BAKI, 30 iyun — Sputnik. Qarğıdalı mühüm dən və yem bitkisidir. Bu bitki çoxşaxəli istifadəyə və yüksək məhsuldarlığa malikdir. Qarğıdalı dənindən konservləşdirilmiş məhsullar un, nişasta, yarma, etil spirti, yağ və digər məhsullar alınır. Gövdəsindən, yarpaqlarından və qıcalarından isə kağız, linoleum, aktivləşdirilmiş kömür, süni qətran və s. məhsullar almaq mümkündür.
Qarğıdalının dənində yem vahidinin və həzmolunan proteinin çox olması onun qiymətli yem kimi istifadəsinə imkan verir və yem istehsalının artırılması üçün təkrar əkinlərinin aparılması vacib sayılır.
Qarğıdalının təkrar əkinlərinin respublikanın suvarılan aran və nəmliklə təmin olunmuş dəmyə rayonlarında aparılması tövsiyə edilir.
Fermerlərə respublikanın ayrı-ayrı bölgələri üçün tövsiyə edilən yüksək keyfiyyətli sertifikatlı qarğıdalı toxumlarından istifadə etmək məsləhət görülür. Təkrar əkinlərdə yaşıl yem üçün "Zaqatala yerli yaxşılaşdırılmış", "Zaqatala 514", "Zaqatala-68", dən üçün "Zaqatala 420", "Qürur", "Ümid" və "Fəxri" qarğıdalı sortlarının keyfiyyətli toxum materialından istifadə etmək məsləhət bilinir.
Qarğıdalı bitkisinin ən yaxşı sələfləri payızlıq buğda, arpa, çovdar, dənlı-paxlalılar, çoxillik yem, cərgəarası becərilən və tərəvəz bitkiləri hesab olunur. Qarğıdalının özü isə payızlıq və yazlıq bitkilər üçün yaxşı sələfdir.
Torpagın əsas, səpinqabağı və cərgəaralarının becərilməsi
Hazırda dünya əkinçiliyində vəsaitə, qənaətedici texnologiyaların tətbiqinə geniş yer verilir. Bu texnologiyaların əsas tərkib hissəsi minimal və sıfır becərmələr (No-till) hesab olunur.
Qarğıdalı bitkisinin güclü kök sistemi əmələ gətirdiyini nəzərə alaraq təkrar əkinlər zamanı sahə biçildikdən dərhal sonra 8-12 sm dərinlikdə üzlənməli, torpaq analizinin nəticələrinə əsasən müəyyən edilmiş normada üzvi və mineral gübrələr sahəyə verilməklə 25-28 sm dərinlikdə şum aparılmalıdır. Şumun üst qatının mala və yaxud rotorlu toxalarla yumşaldılması lazımdır. Bu əməliyyatla torpaq yumşalır, dənəvərləşir, torpagın səthi hamarlaşır və alaq otları məhv edilir, eləcə də toxumların bərabər dərinlikdə basdırılması təmin olunur. Səpinə 2-3 gün qalmış sahələrə alaqlara qarşı torpaq herbisidi verilməli və qarışdırılmalıdır. Qarğıdalının təkrar əkinlərində 2-3 dəfə kultivasiya, seyrədilmə və dibdoldurma tədbirləri görülməlidir. Cərgəaralarında birinci kultivasiyanın 8-10 sm, ikinci kultivasiyanın 6-8 sm, ücüncü kultivasiyanın 5-6 sm dərinlikdə aparılması məsləhət bilinir.
Səpin üsulu və səpin norması
Dən üçün cərgə araları 70 sm, bitki araları 25 sm (70x25), silos üçün cərgə araları 70 sm, bitki araları 15 sm (70x15) sxemi ilə səpin həyata keçirilir. Səpin norması toxumun iriliyindən asılı olaraq dən üçün hektara 17-20 kq, silosluq üçün isə hektara 22-25 kq götürülür. Havada temperaturun yüksək olduğunu nəzərə alaraq toxumun basdırılma dərinliyi 5-7 sm təşkil edir.
Təkrar əkinlərin səpini üçün optimal dövr aran rayonlarında arpa və buğda biçildikdən dərhal sonra iyun ayının 1-2-ci ongünlüyü, dağətəyi rayonlarda isə iyun ayının 3-cü ongünlüyü hesab olunur.
Torpaq-iqlim şəraitindən asılı olaraq qarğıdalının təkrar əkinlərində aran rayonlarında 6-7 dəfə suvarılma aparılmalıdır. Hektara suvarma norması 600-800 m3 təşkil edir.
Gübrə norması və gübrələrin verilməsi
Sahənin gübrələnməsini ilk əvvəl torpaq analizlərinin nəticələrinə əsasən müəyyən etmək lazımdır.
Qarğıdalı qida maddələrinə tələbkar bitki olmaqla böyümə və inkişafının ilk dövrlərində azot və fosfora daha çox ehtiyac duyur. Qarğıdalıdan yüksək məhsul alınması üçün hər hektara orta hesabla təsiredici maddə hesabı ilə 100-120 kq fosfor, 90 kq kalium şum altına toxumla birlikdə verilir. Azot gübrəsinin isə səpindən sonra yemləmə şəklində bitkinin inkişafının 3-5 yarpaq və 7-8 yarpaq əmələgəlmə mərhələlərində 150 kq hesabı ilə verilməsi tövsiyə olunur.
Xəstəlik və zərərvericilərinə qarşı mübarizə
Əsas zərərvericiləri payız sovkası, qarğıdalı və çəmən kəpənəyi, zəlicə böcəyi, eləcə də xəstəlikləri tozlu və qovuqlu sürmə, helmintosporioz, gövdə, qıca və dəndə bakterioz, qıcalarda qırmızı sürmə, pas və digərləri geniş yayılaraq məhsuldarlığa ciddi ziyan vurur. Qarğıdalı bitkisinin xəstəliklərinin 55-80 faizi dən vasitəsi ilə keçir və ona qörə də əsas mübarizə tədbirlərindən biri toxum materialının vaxtında keyfiyyətlə dərmanlanmasıdır.
Qarğıdalının əkin sahələrində müşahidə edilən xəstəlik və zərərvericilərə qarşı müvafiq pestisidlərdən istifadə etmək lazımdır.
Dən üçün yığılan qarğıdalı toxumunun tərkibində nəmlik 14-16% olmalıdır. Qıcaların təmizlənib yığılması üçün kombaynlara əlavə tərtibatlar edilir və qıcadan dənləri ayırmaqla yığılır. Hər iki yıgım texnologiyası zamanı toplanmış olan yarpaq və gövdə məhsulu xırdalanır və yem üçün silos məhsulunun hazırlanmasında istifadə olunur. Qarğıdalının biçini 15 sm, qıcalar aşağıda olduqda isə 10-12 sm kəsim hündürlüyündə aparılır.
Silos hazırlamaq üçün qarğıdalı bitkisi qıcaların süd-mum və mum yetişmə dövründə biçilir. Həmin vaxt qarğıdalı ən yüksək yemlik göstəricisinə malik olur və bir hektardan toplanan yem vahidinin miqdarı da kifayət qədər çox olur.
Qeyd edək ki, təkrar əkin dövründə əkilən aralıq bitkilərinin məhsulu yığıldıqdan sonra torpaqda xeyli miqdarda bitki qalıqları və kök kütləsi qalır, becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və onların əmələ gətirdiyi ümumi məhsulun miqdarından asılı olaraq aralıq bitkiləri torpaqda 40-60 s/ha bitki qalığı və kök kütləsi saxlayır. Həmin üzvi qalıqlar torpaqda humusun miqdarını artırır, onun sturuktur vəziyyətini yaxşılaşdırır. Təkrar əkinlər həm aqroekoloji baxımdan, həmdə iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edir ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.
Xatırladaq ki, ölkədə təkrar qarğıdalı əkini aparan fermerlərə hər hektara görə 86 manat subsidiya verilir. Fermerlər təkrar əkinlərə görə subsidiya almaq üçün öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməlidir.