Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Moskva NATO-nun Madriddə keçirilmiş sammitinin yekununa hazır idi - Rəy

© Depositphotos.com / JaneUKNATO və Rusiya bayraqları, arxiv şəkli
NATO və Rusiya bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Abunə olmaq
Politoloq əmindir ki, Şimali Atlantika Alyansının yeni istiqamətləri əlavə olaraq Ankara ilə Afina arasında ziddiyyətlərin güclənməsinə işləyəcək.
BAKI, 30 iyun — Sputnik. İyunun 29-da Madriddə NATO sammiti start götürüb. Sammit İspaniyanın Şimali Atlantika Alyansına qoşulmasının 40-cı ildönümünə təsadüf edir və həftənin cümə axşamı - iyunun 30-dək davam edib.
İclasın ilk günü iştirakçılar yeni strateji konsepsiya - yaxın onillik üçün prioritetləri müəyyən edən sənəd qəbul ediblər. Onıar, həmçinin, "milli müdafiə investisiyalarına və NATO-nun birgə maliyyələşməsinə təkan veriblər".
Sammitin əsas mövzusu Ukrayna ətrafındakı vəziyyət və Rusiyaya qarşı tədbirlərdir.
Tədbir zamanı artıq Ukrayna ilə Rusiya arasında danışıqların mümkünsüzlüyü və Ukrayna məsələsinin yalnız döyüş meydanında həlli barədə bəyanatlar səsləndirilib. Bununla yanaşı, əlavə qoşunların köçürülməsi yolu ilə alyansın Şərq cinahının gücləndirilməsinin vacibliyi də qeyd edilib.
Alyansın yeni strateji konsepsiyasında Qərbi Balkan və Qara dəniz regionunun NATO üçün strateji əhəmiyyətindən danışılır. Alyans bundan sonra maraqlı ölkələrin bu regionlarda Avroatlantik təşəbbüslərini dəstəkləməyi öhdəsinə götürüb.
Xüsusilə qeyd olunub ki, NATO qarşıdurmaya can atmır və Rusiya üçün təhlükə yaratmır, "lakin onu cilovlamaq üçün öz imkanlarını gücləndirir". Alyans, eyni zamanda, riskləri azaltmaq üçün Rusiya Federasiyası ilə kommunikasiya kanallarını saxlamaq istəyir, lakin Moskvanı daha özünün tərəfdaşı hesab etmir.
Bununla yanaşı, kommünikedə xüsusi olaraq vurğulanıb ki, Rusiya müttəfiqlərin, həmçinin, Avroatlantik regionun təhlükəsizliyi, sülh və sabitliyi üçün daha əhəmiyyətli və birbaşa təhdiddir. Alyansdakı müttəfiqlərin "Rusiya təhlükəsinə qarşı durmaqda davam edəcəkləri" fikri vurğulanıb.
NATO ölkələrinin liderləri həm də alyansın çevik reaksiya qüvvələrini gücləndirmək barədə razılığa gəliblər: onların sayı 300 min nəfərdən çox olacaq. Müttəfiqlər, həmçinin, 2014-cü ildə "ümumi daxili məhsulun" (ÜDM) ən azı 2%-ni müdafiəyə xərcləmək" öhdəliyini təsdiqləyiblər.
NATO "açıq qapılar" prinsipinə sadiq qalır: "Üzvlüklə bağlı qərarlar alyansdakı müttəfiqlər tərəfindən qəbul edilir və heç bir üçüncü tərəf bu prosesdə söz sahibi deyil".
Sammitin yekun sənədinə İsveç və Finlandiyaya bloka qoşulmaq üçün rəsmi dəvət də daxildir.
Bununla yanaşı, NATO alyansa can atan Ukrayna və Gürcüstanla tərəfdaşlıq əlaqələrini möhkəmləndirməkdə davam edəcək.
Çin haqqında ayrıca bir maddə var
Xüsusilə, Rusiya ilə Çinin əlaqələrinin möhkəmləndirilməsini Alyans NATO-nun dəyərlərinə zidd hesab edir. Alyansın fikrincə, Çin dünya logistikasına və iqtisadiyyatına nəzarət etməklə dünya nizamını pozmağa çalışır. Bununla əlaqədar olaraq, blok Hindistan və Sakit okean regionunda tərəfdaşlarla əməkdaşlığı gücləndirməyi planlaşdırır.
Moskvanın reaksiyası
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Şimali Atlantika alyansı tərəfindən Rusiyanı cilovlamaq siyasətinin gücləndirilməsi Moskvanın siyasətinə təsir göstərməyəcək.
© MAXIM SHEMETOV / POOL / AFPSergey Ryabkov
Заместитель министра иностранных дел РФ Сергей Рябков - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Sergey Ryabkov
"Madrid sammiti bu blokun Rusiyanın aqressiv şəkildə saxlanılması istiqamətində kursunu gücləndirir. Bu, bizim siyasətimizə heç bir təsir göstərmir. İstənilən halda biz öz təhlükəsizliyimizi etibarlı şəkildə, yüz faiz təmin edəcəyik. Amma qarşıdakı dövr Şimali avropalı qonşularımız üçün nə qədər sakit olacaq - buna böyük şübhələrim var", - deyə Ryabkov bildirib.
Rusiyalı diplomat, eyni zamanda, ABŞ-ın Avropadakı hərbi iştirakını artırmaq qərarının "kompensasiya tədbirləri"nə səbəb olacağını vurğulayıb.
O, həmçinin qeyd edib ki, Moskva Finlandiya və İsveçin alyansa qoşulma planlarına mənfi münasibət bəsləyir.
"Biz Şimali Atlantika Alyansının genişlənməsini beynəlxalq münasibətlərdə sırf sabitliyi pozan amil hesab edirik. Bu, nə genişlənən və ona qoşulanlar arasında olanlara, nə də alyansı təhlükə kimi qəbul edən digər ölkələrə təhlükəsizlik əlavə etmir", - deyə Rusiya Federasiyası xarici işlər nazirinin müavini bildirib.
Siyasi və iqtisadi kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov hesab edir ki, NATO sammitində qeyd olunan bir sıra prioritetlər gələcəkdə alyans daxilində ziddiyyətləri gücləndirə bilər.
"Məsələn, Qara dəniz regionunun NATO üçün strateji əhəmiyyətinin göstəricisi özlüyündə Türkiyənin alyans çərçivəsində danışıqlar mövqelərinin güclənməsi anlamına gələ bilər. Bununla belə, Yunanıstandakı bir sıra obyektlərdən də bu ordunun vəzifələrinin həlli üçün istifadə oluna bilər. Yada salaq ki, Yunanıstanın milli müdafiə naziri Nikos Panayotopulos bir vaxtlar Aleksandrupolisdəki obyektlərdən istifadənin ABŞ-ın bu regionun bir sıra ölkələrinə, o cümlədən Ukraynaya qoşun yeritməsini asanlaşdıra biləcəyini iddia edirdi", - deyə Neyjmakov bildirib.
Onun sözlərinə görə, əslində, NATO-nun yeni istiqamətləri əlavə olaraq Ankara ilə Afina arasında ziddiyyətləri gücləndirəcək.
Ekspert Rusiya Federasiyasının sammitin nəticələrinə reaksiyasını soyuqqanlı, lakin təmkinli adlandırıb. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkovun şərhlərindən də görmək olar.
Ekspertin fikrincə, çətin ki, tədbirin nəticəsi Kreml üçün prinsipial sürpriz olub.
"Rusiya rəsmilərinin əvvəlki aylardakı bəyanatlarından qənaətə gəlmək olar ki, Moskva onu daha böyük silahlanma yarışına sürükləmək, sanksiyalar böhranı fonunda yeni hərbi xərclərə təhrik etmək cəhdlərində özü üçün heç də az risk görmür", - deyə Neyjmakov bildirib.
O xatırladıb ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın NATO-ya üzvlüyünə praktiki cavab tədbirlərinin mümkünlüyünü şərh edərək bildirib ki, hər şey "hərbi infrastrukturun nə dərəcədə irəliləməsindən, sərhədlərimizə yaxınlaşmasından"asılı olacaq.
"Yəni, Moskvanın NATO-nun Rusiya sərhədlərinə çatma zonasında fəaliyyətinə reaksiyası, güman ki, əsassız resurslar israfının qarşısını almaq üçün mümkün qədər hesablanmış və ehtiyatlı olacaq", - deyə politoloq sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0