Medvedev Kalininqrada tranzit qadağasına iqtisadi cavabın vacibliyini bəyan edib

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidDmitri Medvedev
Dmitri Medvedev  - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Abunə olmaq
Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Litvanın Kalininqrad vilayətinə tranzit qadağasına cavab, ilk növbədə, iqtisadi müstəvidə ola bilər
BAKI, 30 iyun — Sputnik. Litvanın Kalininqrad vilayətinə tranzit qadağası Rusiya üçün təhdiddir və iqtisadi cavab tələb edir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu barədə cümə axşamı Sankt-Peterburq hüquq forumunun plenar iclasında bildirib.
"Bu, tammiqyaslı böhrandır, ölkəmiz üçün, sadəcə olaraq, təhlükədir. Bu təhlükə davam edərsə, cavab verməli olacağıq. Cavab, ilk növbədə, iqtisadi müstəvidədir. Amma gəlin onların kvalifikasiyasını gözləyək. Onlar öz aralarında məsləhətləşir, həll yolları tapmağa çalışırlar. Bütün bunlar hara gedir, biz başa düşmürük", - deyə Medvedev bildirib.
"Ola bilsin ki, nəhayət, bu toz-dumanı dağıtmaq mümkün olacaq və bu qərarlar geri götürüləcək. Əgər geri götürülməsə, cavab veriləcək", - deyə o, vurğulayıb.
Medvedev onu da qeyd edib ki, hələlik mümkün cavab səslənməyəcək:

"Hər kəs nə edilə biləcəyini mükəmməl bilir. Demək istəyirəm ki, biz qonşu ölkələrik. Bizim ticarət dövriyyəmiz var, kommunikasiyalarımız var. Cavab bu istiqamətdə nəzərdən keçirilə bilər".

"Asimetrik cavab da var, lakin bu, iqtisadi əməkdaşlıqdan kənardır. Bu, artıq çox mürəkkəb hekayədir ki, Bəxtiyar Rəisoviç (Tuzmuhəmmədov - Rusiya Federasiyasının əməkdar hüquqşünası) indicə özünümüdafiə hüququndan bəhs edərkən onun barəsində danışıb", - deyə Medvedev əlavə edib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, Avropa İttifaqının hüququ baxımından tranzitin qarşısının alınmasının hüquqi təhlilini vermək onun üçün çətindir.
"Onlar bunun əvvəllər qəbul edilmiş qərarlara tam uyğun olduğunu iddia edirlər. Mənim buna müəyyən şübhələrim var, çünki heç kim Litvanı dövlət kimi, eyni zamanda, bu Baltikyanı dövlətin ayrı-ayrı siyasi xadimlərini bu cür tədbirlərə dəvət etməyib. Aİ-dan heç kim deməyib ki, bu edilməlidir", - deyə o bildirib.

"Çox güman ki, bu, ya okeanın o tayından uçub gəlib, ya da onlar özləri hansısa rusofobiya tutmasında bu əlavə fürsəti fikirləşiblər ", - Medvedev belə hesab edir.

Xəbər verildiyi kimi, iyunun 18-dən Litva tədricən Aİ-nın sanksiyalar paketindən malları Kalininqrad vilayətinə yük tranzitindən çıxarmağa başlayıb. Bu da Vilnüs və Moskva arasında münasibətlərin kəskinləşməsinə səbəb olub. Rusiya Litvaya qarşı cavab sanksiyaları tətbiq etməyə hazır olduğunu açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0