CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il Azərbaycanda taxıl qıtlığı olacaq: Əkilən sahələrdə məhsul yetişməyib

© Sputnik / Ibrahim HashimovŞimal-qərb bölgəsində taxıl sahəsi
Şimal-qərb bölgəsində taxıl sahəsi - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Abunə olmaq
Azərbaycanın şimal-qərb bölgəsində fermerlər bütün aqrotexniki qaydalara riayət etsələr də, su çatışmazlğı səbəbindən taxıl sahələri məhv olub.
BAKI, 30 iyun — Sputnik. Azərbaycanın bəzi bölgələrində buğdanın məhsuldarlığı xeyli aşağı düşüb. Qaxın Qaysarlı kəndindən olan fermerlər bildirirlər ki, bu il havaların təsərrüfat üçün əlverişsiz keçməsi məhsuldarlığı aşağı salıb. Kənd sakini Rəcəb Mustafayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, minbir əziyyətlə becərdiyi taxıl sahəsində məhsul yetişməyib.
"1,3 hektar yerim var. Buğda əkmişəm. Kiloqramı 1 manat 5 qəpikdən toxum almışdım, bütün aqrotexniki qaydalara da riayət eləmişəm. Məhsuldarlıq isə yoxdur, qapqara torpaqdır. Əvvəllər suvarılan torpaqlar idi, indi dəmyədir", - deyə R.Mustafayev qeyd edib.
© Sputnik / Ibrahim HashimovRəcəb Mustafayev
Rəcəb Mustafayev - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Rəcəb Mustafayev
Kənd sakini Kamil Həşimov isə deyir ki, bu il məhsulun olmamasının əsas səbəbi susuzluqdur:
"Ötən il 1,5 hektar sahədən 4-4,5 ton taxıl götürmüşəm. Bu il 250 kq gübrə vermişəm, 530 kq da toxum səpmişəm. Nəticə budur, heç nə olmadı. Hələ bura su dəyməyib. Çünki, su yoxdur, suvara bilməmişəm. Fikirləşirdim ki, ot kimi biçərəm, heç ot da yoxdur".
Kənd sakini Vasif Osmanov isə 6 min manata yaxın ziyana düşdüyünü bildirib. "Aqrotexniki qayalarin hamısına əməl etmişəm. Hektara min manatdan çox pul xərcləmişəm. 6 hektar sahədir. Məhsul yoxdur".
© Sputnik / Ibrahim HashimovKamil Həşimov
Kamil Həşimov - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Kamil Həşimov
Ölkənin ən böyük taxılçılıq rayonlarından olan Şəkidə də vəziyyət ürəkaçan deyil. Fermerlərin sözlərinə görə, rayonun Turan, Bolludərə, Qaratorpaq kəndlərində təxminən 50 min hektar taxıl əkilib ki, onun da 10 min hektardan çoxu məhsul verməyib.
Turan qəsəbə sakini Tahir Mövlamov deyir ki, məhsul olmadığı üçün bu il bəzi fermerlər artıq sahəni şumlayıblar:
"Onsuz da susuz, quraq ərazilərdir. Apreldə olan kəskin küləklər torpaqda olan nəmliyi də götürdü. Bu da məhsularlığa ciddi təsir göstərdi. Hər il 17 sentnerdən 45-50 sentnerə qədər məhsuldarlıq olduğu halda, bu il heç 1 sentner də yoxdur. Sahə bu cür biçilməmiş vəziyyətdə qalacaq. Bircə təsəllimiz odur ki, sahəni aqrar sığorta vasitəsilə sığortalatmışıq. Amma buğda qıtlığı olacaq".
© Sputnik / Ibrahim HashimovTahir Mövlanov
Tahir Mövlanov - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Tahir Mövlanov
Qəsəbə sakini Samir Yusifov da bu il sahədə biçin aparmayacağını deyən fermerlərdəndir:
"Hər şey göz qabağındadır, biçdirməyəcəyəm. Çünki, məhsul yoxdur. Sahələrimiz qupqurudur. Artıq əkin işləri gedir".
İqtisadçı ekspertlər bildirirlər ki, taxıl sahələrində məhsuldarlığın aşağı düşməsinin dəqiq səbəbləri araşıdırılmalı, müvafiq monitorinqlər aparılmalıdır. Bu, həm də təkcə bir region üzrə yox, ümumilikdə ölkə üzrə həyata keçirilməlidir. Xüsusən də suvarma sistemləri ilə bağlı kompleks tədbirlər görülməlidir.
© Sputnik / Ibrahim HashimovŞimal-qərb bölgəsində taxıl sahəsi
Şimal-qərb bölgəsində taxıl sahəsi - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Şimal-qərb bölgəsində taxıl sahəsi
Kənd Təsərrüfatı Nazirliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, nazirlik bəzi rayonlarda taxıl sahələrinə dəymiş zərərdən məlumatlıdır. Fermerlərin üzləşdiyi problem biçin başa çatdıqdan sonra qiymətləndiriləcək və sığortalanan ərazilərə dəymiş bütün zərərlər ödəniləcək.
Xəbər lenti
0