https://sputnik.az/20220630/azerbaycanda-sevgililer-gunudur-bu-gunun-qeribe-tarixcesi-var-443523757.html
Azərbaycanda sevgililər günüdür: Bu günün qəribə tarixçəsi var
Azərbaycanda sevgililər günüdür: Bu günün qəribə tarixçəsi var
Sputnik Azərbaycan
Artıq 19 ildir ki, İlhamla Fərizənin toy tarixi Azərbaycan cəmiyyətinin "Sevgililər Günü"nə çevrilib. 30.06.2022, Sputnik Azərbaycan
2022-06-30T13:32+0400
2022-06-30T13:32+0400
2022-06-30T13:32+0400
sevgililər günü
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427342016_0:0:1280:721_1920x0_80_0_0_6e233fa7094c47d64d92d0e3648c10c3.png
BAKI, 30 iyun — Sputnik. Artıq bir neçə ildir ki, 30 iyun Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunur. Bu tarix 20 Yanvar faciəsi zamanı şəhid olan İlham Allahverdiyevin və onun yoxluğuna dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizə Allahverdiyanın toy günüdür.1989-cu ilin 30 iyununda vağzalı sədaları altında Fərizə İlhamgilə gəlin köçüb. Cəmi 6 ay ailə həyatı yaşayan gənclərdən biri - İlham o məşum gecənin- "20 Yanvar" qırğınının qurbanı olub. Vətənin dar günündə, o soyuq yanvar gecəsində evində isti sobanın kənarında oturmağı özünə sığışdırmayıb. Bakını ağuşuna almış ölüm maşınlarının və qanlı ordunun önünə atılıb və nəticədə həyatla vidalaşmalı olub. Vətənə olan məhəbbəti onu şəhidlik zirvəsinə ucaldıb.Fərizə isə vətənin azadlığı uğrunda şəhid olan İlhamın eşqi yolunda öz həyatına son qoyub. Həyat yoldaşının ölümünün 2-ci günündə sirkə turşusu içərək intihar edib. Ölümündən öncə "Ana, ağlamayın. Mən İlhamsız yaşaya bilmədim. O, mənim gecələr ulduzum, gündüzlər günəşim idi. Sönən günəş, ulduz məni çağırır, salamat qalın"...( ailənin arxivindən-L.M) yazmışdı.30 iyunun sevgililər günü kimi qeyd olunmasının ideya müəllifi jurnalist Əvəz Zeynallıdır. Bu günün ideya müəllifi bildirir ki, Azərbaycanda sevgililər gününün 30 iyunda keçirilməsini 2003-ci ilin fevral ayının 16-da təklif ediblər:"Bu ideya 90-cı illərdən bəri var idi. Mən o zaman Türkiyədə təhsil alırdım. 2003-ci ilin fevral ayında bu təşəbüsü irəli sürdük. O zamanlar əfsanəvi cütlüklərin anaları Bağda xanım və Ofeliya xanım sağ idilər. Onların xeyir-duasını aldıq. O gündən bu vaxta qədər həmin tarix qeyd olunur".Ə. Zeynallı bildirir ki, sonralar bu günün tarixi xarici ölkələrdə xeyli təbliğ olundu:"Hazırda Şəhidlər xiyabanındayıq. Sevindirici haldır ki, bu gün əfsanəvi cütlüyün məzarını təkcə azərbaycanlılar deyil, xaricdən gələn qonaqlar da ziyarət edir. İllər boyu Azərbaycan xalqının 30 iyunu qəbul etməsi üçün gecəli-gündüzlü əmək sərf etmişik. Bu gün - 30 iyun Azərbaycan gənclərinin sevdiyi, qəbul etdiyi, qucaq açdığı önəmli bayramlardan birinə çevrilib. Artıq bizim iştirakımız olmadan da televiziyalarda "30 iyun - Sevgililər günü" diskussiyalarına şahid oluruq. Hesab edirəm ki, Azərbaycanda sevgililər günü 30 iyundur. Artıq bu məsələdə ziddiyyət yoxdur"."Bu tarix bədii ədəbiyyatda və incəsənətdə öz əksini tapa bilibmi?" sualına cavabında isə Əvəz Zeynallı deyib: "Nəinki bu tarix, bu tarixdən öncə, "Milli Dirçəliş Günü", "Dünya Azərbaycanlılarının Həmrəliyi Günü" və "20 Yanvar" kimi tarixi günlərimiz var. Təəssüf ki, bu tarixlər nə bədii ədəbiyyatda, nə də incəsənətdə öz əksini tapıb".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427342016_105:0:1180:806_1920x0_80_0_0_d9fcc9cd0f619d5a1139624936160375.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sevgililər günü
Azərbaycanda sevgililər günüdür: Bu günün qəribə tarixçəsi var
Artıq 19 ildir ki, İlhamla Fərizənin toy tarixi Azərbaycan cəmiyyətinin "Sevgililər Günü"nə çevrilib.
BAKI, 30 iyun — Sputnik. Artıq bir neçə ildir ki, 30 iyun Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunur. Bu tarix 20 Yanvar faciəsi zamanı şəhid olan İlham Allahverdiyevin və onun yoxluğuna dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizə Allahverdiyanın toy günüdür.
1989-cu ilin 30 iyununda vağzalı sədaları altında Fərizə İlhamgilə gəlin köçüb. Cəmi 6 ay ailə həyatı yaşayan gənclərdən biri - İlham o məşum gecənin- "20 Yanvar" qırğınının qurbanı olub. Vətənin dar günündə, o soyuq yanvar gecəsində evində isti sobanın kənarında oturmağı özünə sığışdırmayıb. Bakını ağuşuna almış ölüm maşınlarının və qanlı ordunun önünə atılıb və nəticədə həyatla vidalaşmalı olub. Vətənə olan məhəbbəti onu şəhidlik zirvəsinə ucaldıb.
Fərizə isə vətənin azadlığı uğrunda şəhid olan İlhamın eşqi yolunda öz həyatına son qoyub. Həyat yoldaşının ölümünün 2-ci günündə sirkə turşusu içərək intihar edib. Ölümündən öncə "Ana, ağlamayın. Mən İlhamsız yaşaya bilmədim. O, mənim gecələr ulduzum, gündüzlər günəşim idi. Sönən günəş, ulduz məni çağırır, salamat qalın"...( ailənin arxivindən-L.M) yazmışdı.
30 iyunun sevgililər günü kimi qeyd olunmasının ideya müəllifi jurnalist Əvəz Zeynallıdır. Bu günün ideya müəllifi bildirir ki, Azərbaycanda sevgililər gününün 30 iyunda keçirilməsini 2003-ci ilin fevral ayının 16-da təklif ediblər:
"Bu ideya 90-cı illərdən bəri var idi. Mən o zaman Türkiyədə təhsil alırdım. 2003-ci ilin fevral ayında bu təşəbüsü irəli sürdük. O zamanlar əfsanəvi cütlüklərin anaları Bağda xanım və Ofeliya xanım sağ idilər. Onların xeyir-duasını aldıq. O gündən bu vaxta qədər həmin tarix qeyd olunur".
Ə. Zeynallı bildirir ki, sonralar bu günün tarixi xarici ölkələrdə xeyli təbliğ olundu:
"Hazırda Şəhidlər xiyabanındayıq. Sevindirici haldır ki, bu gün əfsanəvi cütlüyün məzarını təkcə azərbaycanlılar deyil, xaricdən gələn qonaqlar da ziyarət edir. İllər boyu Azərbaycan xalqının 30 iyunu qəbul etməsi üçün gecəli-gündüzlü əmək sərf etmişik. Bu gün - 30 iyun Azərbaycan gənclərinin sevdiyi, qəbul etdiyi, qucaq açdığı önəmli bayramlardan birinə çevrilib. Artıq bizim iştirakımız olmadan da televiziyalarda "30 iyun - Sevgililər günü" diskussiyalarına şahid oluruq. Hesab edirəm ki, Azərbaycanda sevgililər günü 30 iyundur. Artıq bu məsələdə ziddiyyət yoxdur".
"Bu tarix bədii ədəbiyyatda və incəsənətdə öz əksini tapa bilibmi?" sualına cavabında isə Əvəz Zeynallı deyib: "Nəinki bu tarix, bu tarixdən öncə, "Milli Dirçəliş Günü", "Dünya Azərbaycanlılarının Həmrəliyi Günü" və "20 Yanvar" kimi tarixi günlərimiz var. Təəssüf ki, bu tarixlər nə bədii ədəbiyyatda, nə də incəsənətdə öz əksini tapıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.