CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Amfibiya təyyarəsi Türkiyədən Azərbaycana qayıdıb - FOTO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə
Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus BE-200ÇS amfibiya tipli təyyarə - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Abunə olmaq
Türkiyədə meşə yanğınlarının söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ölkəmizə qayıdıb
BAKI, 30 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə ölkəmizə qayıdıb.
© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə
Принадлежащий МЧС Азербайджана самолет-амфибия BE-200CS  - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə
Qarşısında qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə birgə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:25-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə
Принадлежащий МЧС Азербайджана самолет-амфибия BE-200CS  - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə
Yanğınsöndürənlərimiz Türkiyədə mükafatlandırılıblar
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi meşə yanğınlarının söndürülməsində iştirak etmiş FHN əməkdaşlarına təşəkkür edib.
Dalaman Hava Limanında keçirilən mərasimdə iştirak edən Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hava Hazırlığı komandiri general-leytenant Ziya Cemal Kadıoğlu Milli Müdafiə Nazirliyinin rəhbərliyi adından Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarəsinin heyət üzvlərinə təşəkkürünü bildirib, onlara qiymətli hədiyyələr təqdim edib.
Xatırladaq ki, iyunun 24-dən Azərbaycandan gedən yanğınsöndürənlər Muğla bölgəsində əməliyyata başlayıblar.
Qardaş Türkiyə Respublikasının Muğla bölgəsində meşə yanğınları iyunun 21-dən başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0