CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aldadılanlar əsasən xarici ölkələrə istirahətə gedənlərdir - AzTA

© Sputnik / Murad OrujovXArici pasport, pul və oyuncaq təyyarə
XArici pasport, pul və oyuncaq təyyarə - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Abunə olmaq
Hər il dələduz turist şirkətləri peyda olur. Aldadılanlar əsasən xarici ölkələrə istirahətə gedənlərdir.
BAKI, 30 iyun — Sputnik. Azərbaycanda 10-na yaxın turizm şirkəti "qara siyahı"ya salınıb. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.
Onun sözlərinə görə, hər il az sayda olsa da, dələduz turist şirkətləri peyda olur:

"Aldadılanlar əsasən xarici ölkələrə istirahətə gedənlərdir. Belə ki, turist turizm şirkətinə pulunu ödəyərək istirahətə gedəcəyi ölkəyə bileti və orada yerləşəcəyi hoteli bron edir. Turist hava limanına gələrkən məlum olur ki, onun aviabileti belə yoxdur".

O qeyd edib ki, AzTA vətəndaşlara tövsiyə edir ki, turizm şirkətindən tur alırlarsa, ilk növbədə onun turizm bazarında nə dərəcədə professional olduğunu araşdırsınlar.
"Azərbaycanda turizm sənayesi iştirakçılarının "qara siyahı"sı var. Bu siyahı ictimaiyyət üçün açıq deyil, yalnız AzTA-nın üzvləri üçün nəzərdə tutulub. Siyahıda artıq 10-na yaxın turizm şirkəti var. Siyahının hazırlanmasında əsas məqsəd AzTA üzvlərini dələduzluqla məşğul olan, xoşagəlməz hallara yol verən turizm sənayesi üzvləri barədə məlumatlandırmaqdır", - deyə o qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0