https://sputnik.az/20220629/usaqlara-peyvendin-vurulmasini-gecikdirmek-tehlukelidir---pediatr-443496062.html
Uşaqlara peyvəndin vurulmasını gecikdirmək təhlükəlidir - Pediatr
Uşaqlara peyvəndin vurulmasını gecikdirmək təhlükəlidir - Pediatr
Sputnik Azərbaycan
Əkbər Quliyev isti aylarda vaksin vurulmasının təhlükəli olması barədə məlumatlara da aydınlıq gətirib. 29.06.2022, Sputnik Azərbaycan
2022-06-29T20:33+0400
2022-06-29T20:33+0400
2022-06-29T20:33+0400
peyvənd
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435113726_0:161:3071:1888_1920x0_80_0_0_9b8181976e0c493473c68ddefb0523f1.jpg
BAKI, 29 iyun — Sputnik. Uşaqlara peyvəndin peyvənd təqviminə uyğun vurulmaması xəstəliklərə yol aça bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məlumatı bu gün Səhiyyə Nazirliyinin sosial şəbəkədəki hesabındakı canlı yayımında Nazirliyin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev səsləndirib.Ə.Quliyev bildirib ki, hər bir peyvənd vaxtında vurulmalıdır: "Peyvəndləri zamanında vurdurmaq lazımdır. Hər peyvəndin öz cədvəli var. Hər ayın, yaşın özünə müvafiq peyvəndi var. Zamanında vurulmasa, peyvəndin heç bir əhəmiyyəti qalmır. Məsələn, uşağa üç aylığında vurulmalı olan peyvəndi üç yaşında vururlarsa, o, müxtəlif xəstəliklərə yoluxa bilər. Odur ki, valideynlərə bu mövzuda gecikmələrini tövsiyə etmirəm".Pediatr bildirib ki, yay aylarında peyvənd vurulmasının düzgün olmadığı barədə fikirlər yanlışdır. Onun sözlərinə görə, peyvəndlərin mövsümü yoxdur və istənilən vaxt vurdurula bilər.Məlumat üçün bildirək ki, uşaqlara ilk peyvənd doğumdan sonra 12 saat ərzində Hepatit B xəstəliyinə qarşı vurulur. 4-7-ci gündə vərəm əleyhinə peyvənd (BCG), poliomielitə qarşı peyvənd (OPV) vurulur. 2 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B-yə qarşı peyvənd (Hib), poliomielitə qarşı peyvənd (OPV), pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk) edilir. 3 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B-yə qarşı peyvənd (Hib) və poliomielitə qarşı peyvənd (OPV) vurulur. 4 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B-yə qarşı peyvənd (Hib) və poliomielitə qarşı peyvənd (OPV) , pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk) edilir. 6 aylıqda pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk), 12 aylıqda isə qızılca (QPM), parotit və məxmərəyə qarşı peyvənd, vitamin A (Vit A) peyvəndləri edilir. Uşaq 18 aylıq olduqda difteriya, göyöskürək və tetanusa qarşı peyvənd (GDT), poliomielitə qarşı peyvənd (OPV), vitamin A vaksini edilir. 6 yaşında isə qızılca, parotit və məxmərəyə qarşı peyvənd (QPM), difteriya və tetanus əleyhinə peyvənd (DT), vitamin A peyvəndi edilməlidir.Uşaqlar üçün mütləq olan peyvəndlərdən savayı, valideynlərin şəxsi xahişinə əsasən, xəstəliyi keçirməyən uşaqlara suçiçəyi, rotovirus infeksiyası, həmçinin 12-15 yaşlı qız uşaqlarına isə insan papilloması virusu (İPV) peyvəndləri də oluna bilər. Peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435113726_170:0:2901:2048_1920x0_80_0_0_84b6f86d18bc262310678e22a131877e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
peyvənd
Uşaqlara peyvəndin vurulmasını gecikdirmək təhlükəlidir - Pediatr
Əkbər Quliyev isti aylarda vaksin vurulmasının təhlükəli olması barədə məlumatlara da aydınlıq gətirib.
BAKI, 29 iyun — Sputnik. Uşaqlara peyvəndin peyvənd təqviminə uyğun vurulmaması xəstəliklərə yol aça bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məlumatı bu gün Səhiyyə Nazirliyinin sosial şəbəkədəki hesabındakı canlı yayımında Nazirliyin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev səsləndirib.
Ə.Quliyev bildirib ki, hər bir peyvənd vaxtında vurulmalıdır: "Peyvəndləri zamanında vurdurmaq lazımdır. Hər peyvəndin öz cədvəli var. Hər ayın, yaşın özünə müvafiq peyvəndi var. Zamanında vurulmasa, peyvəndin heç bir əhəmiyyəti qalmır. Məsələn, uşağa üç aylığında vurulmalı olan peyvəndi üç yaşında vururlarsa, o, müxtəlif xəstəliklərə yoluxa bilər. Odur ki, valideynlərə bu mövzuda gecikmələrini tövsiyə etmirəm".
Pediatr bildirib ki, yay aylarında peyvənd vurulmasının düzgün olmadığı barədə fikirlər yanlışdır. Onun sözlərinə görə, peyvəndlərin mövsümü yoxdur və istənilən vaxt vurdurula bilər.
Məlumat üçün bildirək ki, uşaqlara ilk peyvənd doğumdan sonra 12 saat ərzində Hepatit B xəstəliyinə qarşı vurulur. 4-7-ci gündə vərəm əleyhinə peyvənd (BCG), poliomielitə qarşı peyvənd (OPV) vurulur. 2 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B-yə qarşı peyvənd (Hib), poliomielitə qarşı peyvənd (OPV), pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk) edilir. 3 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B-yə qarşı peyvənd (Hib) və poliomielitə qarşı peyvənd (OPV) vurulur. 4 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B-yə qarşı peyvənd (Hib) və poliomielitə qarşı peyvənd (OPV) , pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk) edilir. 6 aylıqda pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk), 12 aylıqda isə qızılca (QPM), parotit və məxmərəyə qarşı peyvənd, vitamin A (Vit A) peyvəndləri edilir. Uşaq 18 aylıq olduqda difteriya, göyöskürək və tetanusa qarşı peyvənd (GDT), poliomielitə qarşı peyvənd (OPV), vitamin A vaksini edilir. 6 yaşında isə qızılca, parotit və məxmərəyə qarşı peyvənd (QPM), difteriya və tetanus əleyhinə peyvənd (DT), vitamin A peyvəndi edilməlidir.
Uşaqlar üçün mütləq olan peyvəndlərdən savayı, valideynlərin şəxsi xahişinə əsasən, xəstəliyi keçirməyən uşaqlara suçiçəyi, rotovirus infeksiyası, həmçinin 12-15 yaşlı qız uşaqlarına isə insan papilloması virusu (İPV) peyvəndləri də oluna bilər. Peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidirlər.