https://sputnik.az/20220629/sumqayit-bulvarina-cirkab-su-haradan-axir-resmi-aciqlama---foto-443491762.html
Sumqayıt bulvarına çirkab su haradan axır? Rəsmi açıqlama - FOTO
Sumqayıt bulvarına çirkab su haradan axır? Rəsmi açıqlama - FOTO
Sputnik Azərbaycan
Sumqayıt bulvarına axan çirkab suyun mənbəyi araşdırılır. 29.06.2022, Sputnik Azərbaycan
2022-06-29T22:30+0400
2022-06-29T22:30+0400
2022-06-29T22:30+0400
bulvar
cəmiyyət
sumqayıt
çirkab suları
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0e/425956330_0:60:3072:1788_1920x0_80_0_0_ac137da95e12753f9e46a8c286f4b5b0.jpg
BAKI, 29 iyun — Sputnik. Sumqayıt şəhər bulvarı ərazisində dənizə çirkab su axıdılması ilə bağlı sosial şəbəkədə görüntü yayılıb. Sumqayıt sakinləri bildirib ki, bu axıntı həmçinin ətrafa kəskin qoxu da yayır.Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məsələdən xəbərdardılar. Faktla bağlı ərazidə ilkin monitorinqlər aparılıb. O, bildirib ki, Sumqayıt şəhərindən nəinki bulvar ərazisinə, ümumiyyətlə Xəzər dənizinə açıq çirkab suları axıdılmır: "Çünki, son illər ərzində Sumqayıt şəhərindən tutmuş Sarıqaya ərazisinə qədər sahil boyu açıq axıntıların qarşısı alınıb. O cümlədən, Sumqayıt bulvarı ərazisində koollektor-drenaj şəbəkəsi quarşdırılıb. Deyilən üfunətin və axıntının kanalizasiya şəbəkəsinə aidiyyatı yoxdur".O, hazırda həmin çirkab suyun haradan gəldiyini dəqiqləşdirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə araşdırma apardıqlarını bildirdi.Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, ilkin ehtimallara görə axıdılan qurunt suları ola bilər: "Amma hələ araşdırma aparılır. Nəticə olan kimi ictimaiyyətə bununla bağlı məlumat veriləcək".Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimiova isə Sputnik Azərbaycan-a açıqlabildirib ki, aparılan monitorinqlər nəticəsində sözügedən boru xəttinin qrunt və yağış suları üçün nəzərdə tutulan drenaj sisteminə aid olması müəyyənləşdirilib. Onun sözlərinə görə, drenaj sistemindəki xətlərdən birində axıntı və iy-qoxu müşahidə edildiyindən mikrobioloji təhlillərin aparılması məqsədilə nümunələr götürülüb. Sistemə kənar qoşulmaların olub-olmadığının öyrənilməsi üçün araşdırmalara başlanılıb.İ.İbrahimova bildirib ki, araşdırma başa çatdıqdan sonra xətdə kənar qoşulmanın olub-olmadığı, həmçinin suyun tərkibi barədə əlavə məlumat veriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0e/425956330_341:0:3072:2048_1920x0_80_0_0_22e442eb878e39178f9d1abc271f27a4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bulvar, sumqayıt, çirkab suları
bulvar, sumqayıt, çirkab suları
Sumqayıt bulvarına çirkab su haradan axır? Rəsmi açıqlama - FOTO
Sumqayıt bulvarına axan çirkab suyun mənbəyi araşdırılır.
BAKI, 29 iyun — Sputnik. Sumqayıt şəhər bulvarı ərazisində dənizə çirkab su axıdılması ilə bağlı sosial şəbəkədə görüntü yayılıb. Sumqayıt sakinləri bildirib ki, bu axıntı həmçinin ətrafa kəskin qoxu da yayır.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məsələdən xəbərdardılar. Faktla bağlı ərazidə ilkin monitorinqlər aparılıb. O, bildirib ki, Sumqayıt şəhərindən nəinki bulvar ərazisinə, ümumiyyətlə Xəzər dənizinə açıq çirkab suları axıdılmır: "Çünki, son illər ərzində Sumqayıt şəhərindən tutmuş Sarıqaya ərazisinə qədər sahil boyu açıq axıntıların qarşısı alınıb. O cümlədən, Sumqayıt bulvarı ərazisində koollektor-drenaj şəbəkəsi quarşdırılıb. Deyilən üfunətin və axıntının kanalizasiya şəbəkəsinə aidiyyatı yoxdur".
O, hazırda həmin çirkab suyun haradan gəldiyini dəqiqləşdirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə araşdırma apardıqlarını bildirdi.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, ilkin ehtimallara görə axıdılan qurunt suları ola bilər: "Amma hələ araşdırma aparılır. Nəticə olan kimi ictimaiyyətə bununla bağlı məlumat veriləcək".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimiova isə Sputnik Azərbaycan-a açıqlabildirib ki, aparılan monitorinqlər nəticəsində sözügedən boru xəttinin qrunt və yağış suları üçün nəzərdə tutulan drenaj sisteminə aid olması müəyyənləşdirilib. Onun sözlərinə görə, drenaj sistemindəki xətlərdən birində axıntı və iy-qoxu müşahidə edildiyindən mikrobioloji təhlillərin aparılması məqsədilə nümunələr götürülüb. Sistemə kənar qoşulmaların olub-olmadığının öyrənilməsi üçün araşdırmalara başlanılıb.
İ.İbrahimova bildirib ki, araşdırma başa çatdıqdan sonra xətdə kənar qoşulmanın olub-olmadığı, həmçinin suyun tərkibi barədə əlavə məlumat veriləcək.