BAKI, 29 iyun — Sputnik. Kür çayında sululuğun artmaası qərb rayonlarında bir sıra fəsadlar törədib. Təbii fəlakət nəticəsində Kür çayı məcrasından çıxaraq yüzlərlə hektar torpağı su altında qoyub. Xüsusilə ziyan görən ərazilər çayın sahilində yerləşən fermalar və əkin sahələridir.Belə ki, Qazax rayonunun Aşağı Salahlı və Orta Salahlı kəndləri ərazisində Kürün suyu təxminən 2-3 km məsafədə ətrafa yayılıb. Kənd sakinləri su altında qalan pay torpaqlarında əkin sahələrinin və fermaların, eləcə də örüş yerlərinin qaldığını bildiriblər.Aşağı Salahlı kənd sakini Vəli Paşacanov bu ərazidə pay torpağı olan hər kəsə ziyan dəydiyini deyib:Aşağı Slahlının digər sakini İsmayıl İsmayılov isə bu il artıq ikinci dəfədir ki, təsərrüfatlarının ziyan gördüuünü söyləyib:Qeyd edək ki, hazırda su basmış əraziyə yaxın taxıl sahələri olan adamlar təcili kombayn taparaq tələsik sahələrini biçdirməyə çalışırlar.Digər kənd sakini Eyvaz Osmanov yuxarı kəndlərdə pay torpaqları ilə Kür çayı arasında bəndlər vurulsa da aşağı kəndlərdə bunun edilmədiyini deyib:Qazax rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyasından bildirilib ki, təbii fəlakətin fəsadlar yaratdığı Aşağı və Orta Salahlı kəndlərinin ərazisində ümumilikdə 250 hektar örüş-otlaq sahələri su altında qalib."Sakinlərin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülüb. Xüsusilə Kür çayı ətrafında heyvandarlıqla məşğul olan sakinlərə diqqətli olmaları tövsiyyə edilib. Hazırda da Kür çayının səviyyəsi durmadan artdığından ətrafa suyun yayılması davam edir. Hava şəraiti isə qeyri sabitdir, yağıntı var", - deyə komissiyadan bildirilib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qərb bölgəsində yüzlərlə hektar otlaq və əkin sahələri su altında qalıb
BAKI, 29 iyun — Sputnik. Kür çayında sululuğun artmaası qərb rayonlarında bir sıra fəsadlar törədib. Təbii fəlakət nəticəsində Kür çayı məcrasından çıxaraq yüzlərlə hektar torpağı su altında qoyub. Xüsusilə ziyan görən ərazilər çayın sahilində yerləşən fermalar və əkin sahələridir.
Belə ki, Qazax rayonunun Aşağı Salahlı və Orta Salahlı kəndləri ərazisində Kürün suyu təxminən 2-3 km məsafədə ətrafa yayılıb. Kənd sakinləri su altında qalan pay torpaqlarında əkin sahələrinin və fermaların, eləcə də örüş yerlərinin qaldığını bildiriblər.
Aşağı Salahlı kənd sakini Vəli Paşacanov bu ərazidə pay torpağı olan hər kəsə ziyan dəydiyini deyib:
“Bu ərazilər əsasən yonca yeri və örüş sahələridi idi. Nə qədər adam yoncasını biçdirmişdi, amma götürə bilməmişdi. Qaldı suyun altında. Malı, qoyunu çıxardıq, amma fermamız suyun içində qaldı. Elə adamlar var ki, gec xəbər tutdu, malı-heyvanı hələ də hündür sahələrə yığıb suyun azalmağını gözləyirlər. Xeyli biçilməmiş taxıl, noxud sahələrini su basıb”, - deyə o bildirib.
Aşağı Slahlının digər sakini İsmayıl İsmayılov isə bu il artıq ikinci dəfədir ki, təsərrüfatlarının ziyan gördüuünü söyləyib:
"Bu il ikinci dəfədir ki, Kür daşır. Ay yarım əvvəl daşdı, əkib-biçdiyimizin hamısını məhv etdi. Sonra bir də əkib- becərdik. İndi yenə məhv oldu. Nə qədər biçilməmiş taxıl sahəsi qaldı suyun altında. Malı, heyvanı olanlardan cəld tərpənə bilənlər heyvanları çıxardı. Qalanlar hamısı suyun azalmağını gözləyir. Heyvanları çıxaranlar da otarmağa yer tapmır. Örüş yerini də su basıb”, - deyə fermer bildirib.
Qeyd edək ki, hazırda su basmış əraziyə yaxın taxıl sahələri olan adamlar təcili kombayn taparaq tələsik sahələrini biçdirməyə çalışırlar.
Digər kənd sakini Eyvaz Osmanov yuxarı kəndlərdə pay torpaqları ilə Kür çayı arasında bəndlər vurulsa da aşağı kəndlərdə bunun edilmədiyini deyib:
“Kürün daşması haqda xəbərlərdarlıq etmişdilər. Mal qaramızın bir hissəsini çıxardıq, bir hissəsini çıxara bilmədik. Pay torpaqlarım var burda, taxıl, ot sahələridir. Dünən bir hissəsini götürdük. Arxa tərəfdəki körpüdən maşın keçə bilirdi, indi keçə bilmir. Cəmi 4-5 ton biçdirdik, tez kombaynı çıxartdıq ki, texnika suyun içində qalmasin. Şıxlı kəndində, Yuxarı Salahlı kəndində bəndvurma işləri aparıldı. Ancaq bu kəndlərdə həmin işlər aparılmadı. Ona görə Kürün səviyyəsi bir az qalxan kimi ziyan vurmağa başlayır. Yaxşı olardı ki, bənd vurulma işləri Orta və Aşaği Salahli kəndləri ilə Kür çayi arasında da aparılsın. Biz də belə vəziyyətə düşməkdən canımız qurtarsın”.
Qazax rayonunun Aşağı Salahlı və Orta Salahlı kəndləri ərazisində Kürün daşması nəticəsində yaranan mənzərə
Qazax rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyasından bildirilib ki, təbii fəlakətin fəsadlar yaratdığı Aşağı və Orta Salahlı kəndlərinin ərazisində ümumilikdə 250 hektar örüş-otlaq sahələri su altında qalib.
"Sakinlərin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülüb. Xüsusilə Kür çayı ətrafında heyvandarlıqla məşğul olan sakinlərə diqqətli olmaları tövsiyyə edilib. Hazırda da Kür çayının səviyyəsi durmadan artdığından ətrafa suyun yayılması davam edir. Hava şəraiti isə qeyri sabitdir, yağıntı var", - deyə komissiyadan bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.