Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev: "Zəngəzur dəhlizi artıq reallığa çevrilir"

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 29.06.2022
Abunə olmaq
Əliyev bildirib ki, Azərbaycan Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı istiqamətində genişmiqyaslı işlər görməyə başlayıb.
BAKI, 29 iyun — Sputnik. Qarabağda münaqişə başa çatdıqdan sonra aparılan genişmiqyaslı işləri nəzərə alsaq, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammitində deyib.
"Vətən Müharibəsindəki qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan Qarabağın və şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı istiqamətində genişmiqyaslı işlər görməyə başladı. Zəngəzur dəhlizi artıq reallığa çevrilir", - Əliyev sammitdəki çıxışında deyib.
Xatırladaq ki, Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti keçirilir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev VI Xəzər sammiti çərçivəsində İran və Türkmənistan prezidentləri, həmçinin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Xəbər lenti
0