https://sputnik.az/20220629/hekeri-ve-bergusad-caylarina-baliq-buraxilib-443475759.html
Həkəri və Bərgüşad çaylarına balıq buraxılıb
Həkəri və Bərgüşad çaylarına balıq buraxılıb
Sputnik Azərbaycan
ETSN-nin rəsmisi bildirib ki, 2022-ci ildə nəzərdə tutulan həcm 7 milyon balıq körpəsinin su hövzələrinə buraxılmasıdır. 29.06.2022, Sputnik Azərbaycan
2022-06-29T15:49+0400
2022-06-29T15:49+0400
2022-06-29T16:00+0400
balıq
cəmiyyət
çay
ekologiya və təbii sərvətlər nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424861942_0:0:3072:1728_1920x0_80_0_0_05fd9e2908e52fea36f373c542de04e5.jpg
BAKI, 29 iyun — Sputnik. "Bu gün Həkəri və Bərgüşad çaylarının birləşmə nöqtəsinə 3000 ədəd qızıl xallı farel balığı buraxılması nəzərdə tutulur".Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib. O bildirib ki, məqsəd su hövzələrində balıq populyasiyasını artırmaqdır.Xidmət rəisi qeyd edib ki, qızıl xallı farel "Qırmızı Kitab"a düşən balıq növüdür:"2022-ci ildə nəzərdə tutulan həcm 7 milyon balıq körpəsinin su hövzələrinə buraxılmasıdır. Bu proses davam etməkdədir".Xatırladaq ki, AMEA-nın Zoologiya İnstitutunda Azərbaycanın ərzaq təhlükəsizliyi və əhalinin daha keyfiyyətli qidalarla təmin olunmasına dəstək vermək məqsədilə işğaldan azad olmuş ərazilərin potensialından istifadə etmək üçün tədqiqatlara başlanılıb.Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov bir müddət əvvəl APA-ya deyib ki, Azərbaycanda balıq istehlakının ildən-ilə azalmasının qarşısını almaq üçün işğaldan azad edilmiş ərazilərin balıqçılıq potensialının inkişaf etdirilməsi nəzərdə tutulur.Onun sözlərinə görə, qlobal iqlim dəyişikliyi səbəbindən Azərbaycanın çaylarında suyun səviyyəsinin aşağı düşməsi balıq ehtiyatının azalmasına səbəb olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424861942_341:0:3072:2048_1920x0_80_0_0_0ccb1c652da79a6be690ec7eb6ed7310.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
balıq, çay, ekologiya və təbii sərvətlər nazirliyi
balıq, çay, ekologiya və təbii sərvətlər nazirliyi
Həkəri və Bərgüşad çaylarına balıq buraxılıb
15:49 29.06.2022 (Yenilənib: 16:00 29.06.2022) ETSN-nin rəsmisi bildirib ki, 2022-ci ildə nəzərdə tutulan həcm 7 milyon balıq körpəsinin su hövzələrinə buraxılmasıdır.
BAKI, 29 iyun — Sputnik. "Bu gün Həkəri və Bərgüşad çaylarının birləşmə nöqtəsinə 3000 ədəd qızıl xallı farel balığı buraxılması nəzərdə tutulur".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib. O bildirib ki, məqsəd su hövzələrində balıq populyasiyasını artırmaqdır.
Xidmət rəisi qeyd edib ki, qızıl xallı farel "Qırmızı Kitab"a düşən balıq növüdür:
"2022-ci ildə nəzərdə tutulan həcm 7 milyon balıq körpəsinin su hövzələrinə buraxılmasıdır. Bu proses davam etməkdədir".
Xatırladaq ki, AMEA-nın Zoologiya İnstitutunda Azərbaycanın ərzaq təhlükəsizliyi və əhalinin daha keyfiyyətli qidalarla təmin olunmasına dəstək vermək məqsədilə işğaldan azad olmuş ərazilərin potensialından istifadə etmək üçün tədqiqatlara başlanılıb.
Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov bir müddət əvvəl APA-ya deyib ki, Azərbaycanda balıq istehlakının ildən-ilə azalmasının qarşısını almaq üçün işğaldan azad edilmiş ərazilərin balıqçılıq potensialının inkişaf etdirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, qlobal iqlim dəyişikliyi səbəbindən Azərbaycanın çaylarında suyun səviyyəsinin aşağı düşməsi balıq ehtiyatının azalmasına səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.