https://sputnik.az/20220629/dermanli-meyveler-usaqlara-zerer-vere-biler---sn-mutexessisinden-xeberdarliq-443496212.html
Dərmanlı meyvələr uşaqlara zərər verə bilər - SN mütəxəssisindən xəbərdarlıq!
Dərmanlı meyvələr uşaqlara zərər verə bilər - SN mütəxəssisindən xəbərdarlıq!
Sputnik Azərbaycan
Pediatr tövsiyə edib ki, uşaqlara hər meyvəni öz fəslində vermək lazımdır. 29.06.2022, Sputnik Azərbaycan
2022-06-29T22:06+0400
2022-06-29T22:06+0400
2022-06-29T22:06+0400
dərman
səhiyyə
azərbaycan səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436918467_0:0:1920:1080_1920x0_80_0_0_246f9050dd52ce1b2ac29f1b706c686a.jpg
BAKI, 29 iyun — Sputnik. Meyvəyə verilən hər hansı dərman uşağa mənfi təsir göstərə bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin pediatr mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev Nazirliyin sosial şəbəkədəki səhifəsində canlı yayımda çıxışı zamanı bildirib.Pediatr qeyd edib ki, hər bir meyvənin fəsli var və yaxşı olar ki, meyvələrdən dərmansız, öz vaxtında istifadə olunsun: "Ona görə hər meyvəni öz fəslində vermək lazımdır".O, ana südü ilə qidalanan uşaqlarda uşaq yeməklərinə keçid barədə də məsləhətlərini verib. Ə.Quliyev bildirib ki, tam ana südü alan uşaqlarda 6 aydan ağız dadını öyrəşdirməklə sıyıqlara keçid edilməlidir. 1 yaşından sonra körpələr ümumi masaya uyğunlaşdırıla bilər. Onun sözlərinə görə, uşaqlarda sağlam qida çox vacibdir, bədəni inkişafda olduğu üçün təbii qidaya ehtiyac daha çoxdur: "6 aydan sonra ilk olaraq südə yaxın yeməklərdən, sıyıqdan başlanılmalıdır. Düyü, qarabaşaq, yulaf sıyıqlarından 1 qaşıqla başlanmalı, zamanla tərəvəz, daha sonra isə meyvəyə keçilməlidir. Bir müddət sonra ilk olaraq toyuq, daha sonra ət bulyonuna başlaya bilərik. Səhər yeməyi də çox vacibdir. Amma bəzən uşaqlar yuxudan oyanan kimi yemək məcburiyyəti qoymaq uşaqları yeməkdən uzaqlaşdırar. Uşaq oyanandan yarım saat, 1 saat sonra yemək vermək daha uyğun olar. Uşaqlarda yemək tərbiyəsini formalaşdırmaq lazımdır. Səhər yeməyini mümkün qədər uşaq istədiyi qədər yedirmək lazımdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436918467_0:0:1920:1440_1920x0_80_0_0_27b7f3a411bb5c706b69c028d5fffe30.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dərman, azərbaycan səhiyyə nazirliyi
dərman, azərbaycan səhiyyə nazirliyi
Dərmanlı meyvələr uşaqlara zərər verə bilər - SN mütəxəssisindən xəbərdarlıq!
Pediatr tövsiyə edib ki, uşaqlara hər meyvəni öz fəslində vermək lazımdır.
BAKI, 29 iyun — Sputnik. Meyvəyə verilən hər hansı dərman uşağa mənfi təsir göstərə bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin pediatr mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev Nazirliyin sosial şəbəkədəki səhifəsində canlı yayımda çıxışı zamanı bildirib.
Pediatr qeyd edib ki, hər bir meyvənin fəsli var və yaxşı olar ki, meyvələrdən dərmansız, öz vaxtında istifadə olunsun: "Ona görə hər meyvəni öz fəslində vermək lazımdır".
O, ana südü ilə qidalanan uşaqlarda uşaq yeməklərinə keçid barədə də məsləhətlərini verib. Ə.Quliyev bildirib ki, tam ana südü alan uşaqlarda 6 aydan ağız dadını öyrəşdirməklə sıyıqlara keçid edilməlidir. 1 yaşından sonra körpələr ümumi masaya uyğunlaşdırıla bilər. Onun sözlərinə görə, uşaqlarda sağlam qida çox vacibdir, bədəni inkişafda olduğu üçün təbii qidaya ehtiyac daha çoxdur: "6 aydan sonra ilk olaraq südə yaxın yeməklərdən, sıyıqdan başlanılmalıdır. Düyü, qarabaşaq, yulaf sıyıqlarından 1 qaşıqla başlanmalı, zamanla tərəvəz, daha sonra isə meyvəyə keçilməlidir. Bir müddət sonra ilk olaraq toyuq, daha sonra ət bulyonuna başlaya bilərik. Səhər yeməyi də çox vacibdir. Amma bəzən uşaqlar yuxudan oyanan kimi yemək məcburiyyəti qoymaq uşaqları yeməkdən uzaqlaşdırar. Uşaq oyanandan yarım saat, 1 saat sonra yemək vermək daha uyğun olar. Uşaqlarda yemək tərbiyəsini formalaşdırmaq lazımdır. Səhər yeməyini mümkün qədər uşaq istədiyi qədər yedirmək lazımdır".