https://sputnik.az/20220629/canavarlar-agsuya-qenim-kesilib-nazirlik-sakinlere-ozunumudafieni-meslehet-gordu-443444542.html
Canavarlar Ağsuya qənim kəsilib: Nazirlik sakinlərə özünümüdafiəni məsləhət gördü
Canavarlar Ağsuya qənim kəsilib: Nazirlik sakinlərə özünümüdafiəni məsləhət gördü
Sputnik Azərbaycan
Kənd sakinləri canavarların onların həyatı üçün təhdid yaratdığından şikayətlənirlər. 29.06.2022, Sputnik Azərbaycan
2022-06-29T09:53+0400
2022-06-29T09:53+0400
2022-06-29T10:13+0400
ağsuda yanğın
cəmiyyət
nazirlik
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0c/426676804_0:0:2998:1686_1920x0_80_0_0_8ca338e46042af799156b614835887a9.jpg
BAKI, 29 iyun — Sputnik. Ağsu rayonunun Girdə, Hinqar və Xanbulaq kəndində sakinlərə məxsus iribuynuzlu mal-qara quduz canavarların hücumuna məruz qalıb. Canavarlar bir gündə 12 baş iribuynuzlu heyvanı məhv edib. Xəsarət alan heyvanlar quduzluq xəstəliyinə yoluxub. Ümumilikdə kənd sakinlərinə 10 min manata yaxın maddi ziyan dəyib. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin və Ağsu rayon Baytarlıq İdarəsinin nümayəndələri kəndlərə gəlib, heyvanlara baxış keçirib, ərazi dezinfeksiya olunub, mal-qaradan analiz üçün nümunələr götürülüb. Sakinlərinin sözlərinə görə bu, son bir ayda canavarların kəndə 5-ci hücumudur. Hadisə kəndin dağlıq ərazisində baş verib. Analoji hadisə bu kəndlərdə dəfələrlə baş verib.Sakinlər bildiriblər ki, son vaxtlar canavarların sayı xeyli artıb və onların kəndlərə hücumu intensiv hal alıb. Son günlər vəhşi heyvanlar ümumilikdə 19 baş iribuynuzlu mal-qaranı tələf edib, yaralı inəklər arasında quduzluq xəstəliyi yayılıb.Sakinlər onlara canavarları öldürməyə icazə verilmədiyini bildirirlər. "Qırmızı kitab"a salınan canavarları ovlamağın cəriməsi 5 min manat olduğu deyilir. Bu qadağalar səbəbi ilə kənd ətrafında canavarların sayı sürətlə artır.Kənd sakinləri narahatdır ki, quduzlaşmış canavarlar insanlara da hücum edə bilər. Vətəndaşlar belə bir faciənin yaşanmaması üçün tədbir görülməsini istəyirlər.Xanbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Asif Mürşüdov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kəndə canavarların hücumu ilə bağlı aidiyyatı orqanlara müraciət edilib: "Bizim kənddə 15 heyvanı canavar məhv edib. Ölmüş mallar basdırılıb. Həmin mal-qaralar əsasən məcburi köçkünlərin mallarıdır. Keçən il bir sakini canavar yaralamışdı".A. Mürşüdov bildirib ki, quduzlaşmış canavarların hansısa qoruqdan qaçdığına dair məlumatlar var.Xanbulaq kənd sakini Yusifəli Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iyunun 8-də mal-qaraya örüşdə hücum olub. Kəndin kənarında canavarlar heyvanları çobanların qarşısında parçalayıblar. Ümumi ərazi üzrə 82 heyvan canavarlar yaralayıb. Onlardan 18 başı ölüb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Sputnik Azərbaycan-a deyib ki, hər hansı vəhşi heyvan, o cümlədən canavar mal-qaraya və insana hücum edərsə, həmin şəxs özünü müdafiə etmək hüququna malikdir: "Zəruri müdafiə tədbiri kimi heyvanı vura bilər və bu şəxsə qanun pozuntusu şamil edilmir. Bu zaman o istənilən məsuliyyətdən azaddır. Əgər vəhşi heyvan təqib edilərək vurulursa, ovlanırsa, bu artıq müvafiq məsuliyyət yaradır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211205/yevlaxda-canavar-kabusu-tekce-heyvanlara-deyil-adamlara-da-hucum-edirler-436970725.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0c/426676804_159:0:2888:2047_1920x0_80_0_0_b0e74e6c5fefe4117b00217bc97c9bb1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ağsuda yanğın, nazirlik
Canavarlar Ağsuya qənim kəsilib: Nazirlik sakinlərə özünümüdafiəni məsləhət gördü
09:53 29.06.2022 (Yenilənib: 10:13 29.06.2022) Kənd sakinləri canavarların onların həyatı üçün təhdid yaratdığından şikayətlənirlər.
BAKI, 29 iyun — Sputnik. Ağsu rayonunun Girdə, Hinqar və Xanbulaq kəndində sakinlərə məxsus iribuynuzlu mal-qara quduz canavarların hücumuna məruz qalıb. Canavarlar bir gündə 12 baş iribuynuzlu heyvanı məhv edib. Xəsarət alan heyvanlar quduzluq xəstəliyinə yoluxub. Ümumilikdə kənd sakinlərinə 10 min manata yaxın maddi ziyan dəyib.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin və Ağsu rayon Baytarlıq İdarəsinin nümayəndələri kəndlərə gəlib, heyvanlara baxış keçirib, ərazi dezinfeksiya olunub, mal-qaradan analiz üçün nümunələr götürülüb. Sakinlərinin sözlərinə görə bu, son bir ayda canavarların kəndə 5-ci hücumudur. Hadisə kəndin dağlıq ərazisində baş verib. Analoji hadisə bu kəndlərdə dəfələrlə baş verib.
Sakinlər bildiriblər ki, son vaxtlar canavarların sayı xeyli artıb və onların kəndlərə hücumu intensiv hal alıb. Son günlər vəhşi heyvanlar ümumilikdə 19 baş iribuynuzlu mal-qaranı tələf edib, yaralı inəklər arasında quduzluq xəstəliyi yayılıb.
Sakinlər onlara canavarları öldürməyə icazə verilmədiyini bildirirlər. "Qırmızı kitab"a salınan canavarları ovlamağın cəriməsi 5 min manat olduğu deyilir. Bu qadağalar səbəbi ilə kənd ətrafında canavarların sayı sürətlə artır.
Kənd sakinləri narahatdır ki, quduzlaşmış canavarlar insanlara da hücum edə bilər. Vətəndaşlar belə bir faciənin yaşanmaması üçün tədbir görülməsini istəyirlər.
Xanbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Asif Mürşüdov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kəndə canavarların hücumu ilə bağlı aidiyyatı orqanlara müraciət edilib: "Bizim kənddə 15 heyvanı canavar məhv edib. Ölmüş mallar basdırılıb. Həmin mal-qaralar əsasən məcburi köçkünlərin mallarıdır. Keçən il bir sakini canavar yaralamışdı".
A. Mürşüdov bildirib ki, quduzlaşmış canavarların hansısa qoruqdan qaçdığına dair məlumatlar var.
Xanbulaq kənd sakini Yusifəli Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iyunun 8-də mal-qaraya örüşdə hücum olub. Kəndin kənarında canavarlar heyvanları çobanların qarşısında parçalayıblar. Ümumi ərazi üzrə 82 heyvan canavarlar yaralayıb. Onlardan 18 başı ölüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Sputnik Azərbaycan-a deyib ki, hər hansı vəhşi heyvan, o cümlədən canavar mal-qaraya və insana hücum edərsə, həmin şəxs özünü müdafiə etmək hüququna malikdir:
"Zəruri müdafiə tədbiri kimi heyvanı vura bilər və bu şəxsə qanun pozuntusu şamil edilmir. Bu zaman o istənilən məsuliyyətdən azaddır. Əgər vəhşi heyvan təqib edilərək vurulursa, ovlanırsa, bu artıq müvafiq məsuliyyət yaradır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.