Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakının mərkəzindəki yanğında iki avtomobil də yanıb

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN əməkdaşları
FHN əməkdaşları - Sputnik Azərbaycan, 1920, 29.06.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Yanğının güclənməsində havanın küləkli olması rol oynasa da, yanğınsöndürənlər yanğını ram etməyi bacarıblar.
BAKI, 29 iyun — Sputnik. Dünən gecə saatlarında Bakının mərkəzində baş vermiş yanğın zamanı ərazidə olan iki avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Havanın güclü küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin hadisəyə operativ müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində tikinti meydançasının ərazisində hər birinin sahəsi 15kv.m olan dəmir konstruksiyalardan ibarət 2 ədəd gözətçi konteynerinin taxta üzlüyü və içərisində olan əşyalar, 100kv.m. sahəyə yığılmış tikinti materialları, 1 ədəd ağac və yaxınlıqda dayanmış vətəndaşlara məxsus "Mercedes-200" və "Nissan Pathfinder" markalı minik avtomobillərinin yanar hissələri yanıb.
Ərazidə olan digər tikinti materialları, yaxınlıqda dayanmış avtomobillər və yaxınlıqdan keçən diametri 159 mm olan qaz xətti yanğından mühafizə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0