https://sputnik.az/20220629/azerbaycandan-hecc-ziyaretine-ilk-zevvar-qrupu-yola-dusub-443467887.html
Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu yola düşüb
Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu yola düşüb
Sputnik Azərbaycan
QMİ səlahiyyətlisi bildirib ki, azərbaycanlı ilk zəvvar qrupu iyunun 30-u sübh saatlarında isə Həcc ziyarətinə başlayacaqlar. 29.06.2022, Sputnik Azərbaycan
2022-06-29T13:13+0400
2022-06-29T13:13+0400
2022-06-29T13:13+0400
cəmiyyət
həcc
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442204113_0:110:3252:1939_1920x0_80_0_0_6402b4669c34fcaf8d3c1d54b5e3e76b.jpg
BAKI, 29 iyun — Sputnik. Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupunu aparan təyyarə bu gün Bakı vaxtı ilə saat 12:30-da yola düşüb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib.Onun sözlərinə görə, zəvvarlardan ibarət ilk qrup saat 16:30-da Ciddəyə enəcək:"İlk qrupda 180 zəvvar Həcc ziyarətinə yola düşüb. Onlar Ciddəyə çatdıqdan sonra avtobuslara minib ehram bağlanılan məscidə gedəcəklər. İyunun 30-u sübh saatlarında isə Həcc ziyarətinə başlayacaqlar".Qeyd edək ki, ümumilikdə zəvvarlar iyunun 29, 30 və iyulun 1, 2-də gündə bir reys olmaqla səfər edəcəklər. Vüsal Cahangiri bildirib ki, zəvvarların geri dönüşü hər gün iki reys olmaqla iyulun 19 və 20-də olacaq:"Ümumilikdə, Azərbaycandan 680 zəvvar ziyarətə gedəcək. Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanım, ən yaşlı zəvvar isə 1957-ci il təvəllüdlü kişidir".V.Cahangiri hazırda Məkkədə olduğunu, Azərbaycandan gələn zəvvarları qarşılayacağını bildirib. Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verməlidirlər. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.Məlumat üçün bildirək ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442204113_261:0:2992:2048_1920x0_80_0_0_a76e652dcbcc948e5d9bc6bd890eeb23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
həcc, azərbaycan
Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu yola düşüb
QMİ səlahiyyətlisi bildirib ki, azərbaycanlı ilk zəvvar qrupu iyunun 30-u sübh saatlarında isə Həcc ziyarətinə başlayacaqlar.
BAKI, 29 iyun — Sputnik. Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupunu aparan təyyarə bu gün Bakı vaxtı ilə saat 12:30-da yola düşüb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, zəvvarlardan ibarət ilk qrup saat 16:30-da Ciddəyə enəcək:
"İlk qrupda 180 zəvvar Həcc ziyarətinə yola düşüb. Onlar Ciddəyə çatdıqdan sonra avtobuslara minib ehram bağlanılan məscidə gedəcəklər. İyunun 30-u sübh saatlarında isə Həcc ziyarətinə başlayacaqlar".
Qeyd edək ki, ümumilikdə zəvvarlar iyunun 29, 30 və iyulun 1, 2-də gündə bir reys olmaqla səfər edəcəklər. Vüsal Cahangiri bildirib ki, zəvvarların geri dönüşü hər gün iki reys olmaqla iyulun 19 və 20-də olacaq:
"Ümumilikdə, Azərbaycandan 680 zəvvar ziyarətə gedəcək. Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanım, ən yaşlı zəvvar isə 1957-ci il təvəllüdlü kişidir".
V.Cahangiri hazırda Məkkədə olduğunu, Azərbaycandan gələn zəvvarları qarşılayacağını bildirib.
Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verməlidirlər. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.
Məlumat üçün bildirək ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.