Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Aşqabadda keçirilən Xəzər sammitində regionun əsas sənədi müzakirə olunacaq

Abunə olmaq
Sammitin gündəliyində duran əsas məsələlərdən biri də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qüvvəyə minməsidir. Daha ətraflı Sputnik infoqrafikasında izləyə bilərsinz.
İyunun 29-da Türkmənistanın paytaxtında VI Xəzər Sammiti işə başlayıb.
Tədbir zamanı Xəzər regionunda çoxtərəfli əməkdaşlığın strateji xarakteri, habelə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada qeyd olunmuş qarşılıqlı əlaqə prinsiplərinə sadiqliyinin təsdiqlənməsi gözlənilir.
Görüşdə beş ölkənin - Rusiya, Azərbaycan, Iran, Qazaxıstan və Türkmənistanın liderlərinin iştirak edir.
Sammitin yekununda əməkdaşlığın gələcək inkişafı ilə bağlı "beşlik"in razılaşdırılmış mövqelərini əks etdirən kommünikenin qəbul edilməsi planlaşdırılır.
Gündəlikdə duran mühüm məsələlərdən biri də sazişin İran tərəfindən ratifikasiyasıdır (sazişin digər ölkələri bu sənədi təsdiqləyib) və Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qüvvəyə minməsidir.
Xəzər dənizinin hüquqi statusunun rəsmiləşdirilməsi ilə bağlı uzunmüddətli danışıqlar prosesi 1996-cı ilin noyabrında Aşqabadda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin birinci görüşündə başlayıb.
Xəzər sammitlərinin keçirilməsinin əsası 2002-ci ildə ilk sammitin keçirildiyi Türkmənistanda qoyulub. Həmin dövrdə hazırlanmış sənəd Xəzər dənizinin hüquqi statusunun əsas məsələləri, dənizdə təhlükəsizlik və digər məsələlər üzrə sahilyanı dövlətlərin ilkin siyasi razılaşmalarını təsbit edirdi.
İkinci Xəzər Sammiti 2007-ci ildə Tehranda, üçüncü 2010-cu ildə Bakıda, dördüncü 2014-cü ildə Həştərxanda, beşincisi isə 2018-ci ildə Aktauda keçirilib.
Xəzər dənizi regionunda əməkdaşlıq
2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzər Beşliyi ölkələrinin başçıları region üçün tarixi sənəd olan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar və bu sənəd üzərində iş 1996-cı ildən aparılıb.
Konvensiyanı Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri imzalayıblar.
Sənəd Xəzər dənizinə müstəsna hüquqlar, onun yeraltı və digər sərvətlərinin məsuliyyətlə işlənilməsi və istifadəsini beş dövlətə verir.
Bu günə qədər dörd tərəf Konvensiyanı ratifikasiya edib: Türkmənistan (dekabr 2018), Qazaxıstan və Azərbaycan (fevral 2019), Rusiya (oktyabr 2019).
Xəbər lenti
0