CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AQTA nümayəndəsi quşçuluq məhsullarına tətbiq olunan məhdudiyyətlərə aydınlıq gətirib

© AP Photo / ANTONIO CALANNIQuşçuluq fabriki, arxiv şəkli
Quşçuluq fabriki, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.06.2022
Abunə olmaq
Qurum nümayəndəsi bildirib ki, hazırda 70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub.
BAKI, 29 iyun — Sputnik. Quş qripi ilə əlaqədar hazırda Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq edilən ölkələrin sayı açıqlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib.
O bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Ümumdünya Ticarət Təşkilatı ilə razılaşmasına görə, heyvan mənşəli məhsulların, o cümlədən də ətin dövriyyəsi ÜHST-nin verdiyi məlumata əsasən tənzimlənir:

"Biz də təşkilatın üzvüyük və hər gün hansı ölkədə hansı xəstəliklərin qeydə alınması ilə bağlı məlumat alırıq. Buna uyğun da hansı ölkəyə məhdudiyyət, hansına qadağa tətbiq olunması qərara alınır. Biz gözləyə bilmərik ki, hansısa ölkədən bizə məhsul gətirilir, ya gətirilmir. Məsələ ondadır ki, heç bir sahibkar hansısa ucqar ölkədən məhsul gətirməsin. Ona görə də biz qabaqlayıcı tədbirlərimizi elan edirik".

Şöbə müdirinin sözlərinə görə, müxtəlif xəstəliklər üzrə məhdudiyyət tətbiq olunan ölkələrin sayı fərqlidir:
"Məsələn, quş qripi ilə əlaqədar hazırda 70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub. Amma burada bütün ölkə yox, ayrı-ayrı bölgələrin adları var. Hansı zonada xəstəlik aşkarlanıbsa, 10 kilometr ərazidə məhdudiyyət tətbiq edilir. Məhdudiyyətlərin müddəti də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına görə tənzimlənir və 3 aydan 12 ayadək davam edə bilər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0