https://sputnik.az/20220628/muharibe-veteranlarina-verilen-muavinetlere-yeniden-baxilacaq-443423300.html
Müharibə veteranlarına verilən müavinətlərə yenidən baxılacaq
Müharibə veteranlarına verilən müavinətlərə yenidən baxılacaq
Sputnik Azərbaycan
"Biz müharibə veteranlarını daha çox məşğulluğa cəlb etmək istəyirik. Çünki onlar əmək qabiliyyəti olan şəxslərdir", - deyə nazir bildirib 28.06.2022, Sputnik Azərbaycan
2022-06-28T14:26+0400
2022-06-28T14:26+0400
2022-06-28T14:26+0400
müavinət
cəmiyyət
milli məclis
siyavuş novruzov
qarabağ müharibəsi
deputat
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427293360_0:0:3073:1728_1920x0_80_0_0_ba2336428662fc39702759274ae21a4a.jpg
BAKI, 28 iyun - Sputnik. Komitə sədri Siyavuş Novruzovun Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları arasında ayrıseçkiliyə yol verilməməsi barədə çağırışına Milli Məclisin bugünkü iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev cavab verib.Nazir bildirib ki, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarına heç bir halda fərq qoyulmur və qoyulmayacaq: “Bu, dövlət siyasətidir”.S.Babayev deputatın digər təklifinə, müharibə veteranlarının müavinətlərinin 80 AZN-dən 130 AZN-ə qaldırılması barədə təklifinə cavabında bildirib ki, 2 il öncə müharibə iştirakçılarına verilən müavinətlər 50 faizdən çox artırılıb: “Sosial ödənişlərlə bağlı daimi islahatlar fonunda bu məsələyə də yenidən baxılacaq. Amma biz müharibə veteranlarını daha çox məşğulluğa cəlb etmək istəyirik. Çünki onlar əmək qabiliyyəti olan şəxslərdir”.Qeyd edək ki, Milli Məclisin növbədənkənar iclasında ümumilikdə 15 məsələ müzakirə edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427293360_0:0:2731:2048_1920x0_80_0_0_edee966247b4848cf59024ca1073003e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
müavinət, milli məclis, siyavuş novruzov, qarabağ müharibəsi, deputat
müavinət, milli məclis, siyavuş novruzov, qarabağ müharibəsi, deputat
Müharibə veteranlarına verilən müavinətlərə yenidən baxılacaq
"Biz müharibə veteranlarını daha çox məşğulluğa cəlb etmək istəyirik. Çünki onlar əmək qabiliyyəti olan şəxslərdir", - deyə nazir bildirib
BAKI, 28 iyun - Sputnik. Komitə sədri Siyavuş Novruzovun Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları arasında ayrıseçkiliyə yol verilməməsi barədə çağırışına Milli Məclisin bugünkü iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev cavab verib.
Nazir bildirib ki, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarına heç bir halda fərq qoyulmur və qoyulmayacaq: “Bu, dövlət siyasətidir”.
S.Babayev deputatın digər təklifinə, müharibə veteranlarının müavinətlərinin 80 AZN-dən 130 AZN-ə qaldırılması barədə təklifinə cavabında bildirib ki, 2 il öncə müharibə iştirakçılarına verilən müavinətlər 50 faizdən çox artırılıb: “Sosial ödənişlərlə bağlı daimi islahatlar fonunda bu məsələyə də yenidən baxılacaq. Amma biz müharibə veteranlarını daha çox məşğulluğa cəlb etmək istəyirik. Çünki onlar əmək qabiliyyəti olan şəxslərdir”.
Qeyd edək ki, Milli Məclisin növbədənkənar iclasında ümumilikdə 15 məsələ müzakirə edilir.