CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heç kimin dirəyi naqilsiz qalmasın! - Muxas sakinləri niyə şikayətlənir

© Sputnik / Ibrahim HashimovOğuz rayonunun Muxas kəndində 3 il əvvəl başlanan elektrik çəkilişi yarımçıq saxlanıb
Oğuz rayonunun Muxas kəndində 3 il əvvəl başlanan elektrik çəkilişi yarımçıq saxlanıb - Sputnik Azərbaycan, 1920, 28.06.2022
Abunə olmaq
Sakinlər bəzi dirəklərə kustar üsulla elektrik xətlərini dolayıblar ki, bu da təhlükəni qaçılmaz edir.
BAKI, 28 iyun — Sputnik, İbrahim Həşimov. Oğuz rayonunun Muxas kəndində 3 il əvvəl yeni elektrik dirəkləri basdırılıb və xətlər çəkilməyə başlayıb. Təbii ki, uzun illər elektrik enerjisi sarıdan əziyyət çəkən 300 ailəlik kəndin sakinləri buna çox seviniblər. Lakin, onların bu sevinci uzun sürməyib. Qısa müddət sonra işlər yarımçıq saxlanıb və elektrik dirəklərinin bir hissəsi qeyri-müəyyən səbəblərdən geri qaytarılıb.
Kənd sakini Ağabala Fərhadov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, həmin işlər görülərkən naqillərin də çəkilişi yarımçıq saxlanıb:
© Sputnik / Ibrahim HashimovOğuz rayonunun Muxas kəndində 3 il əvvəl başlanan elektrik çəkilişi yarımçıq saxlanıb
Oğuz rayonunun Muxas kəndində 3 il əvvəl başlanan elektrik çəkilişi yarımçıq saxlanıb - Sputnik Azərbaycan, 1920, 27.06.2022
Oğuz rayonunun Muxas kəndində 3 il əvvəl başlanan elektrik çəkilişi yarımçıq saxlanıb
"Dəmir dirəklərin bir hissəsi basdırılıb, o biri quyular boş qalıb. Bir maşın dirəyi də yığıb apardılar. Gördüyünüz bu dirəklər də uzun müddətdir basdırılıb, lakin naqillər çəkilməyib. Bəzi dirəklərə naqillər də çəkildi, amma onlar da yarımçıq saxlanıb. Hərəsinin ucu bir tərəfə calanıb", - deyə A. Fərhadov qeyd edib.
Kənd sakini İlqar Camaləddinov isə bildirir ki, hazırki vəziyyət əvvəlkindən daha təhüləkilidir. Çünki, hazırda elektrik cərəyanı olan 220 voltluq xətlər yeni çəkilmiş 10 min voltluq xətərin üstündədir:

"Bir hissəyə yükəsk gərginlik üçün nəzərdə tutulmuş elektrik xətləri çəkilib. Qalan hissəyə isə ümumiyyətlə çəkilmədi. Yeni xətlər köhnələri ilə yaxındır. Külək əsən kimi biri qırılıb digərinin üzərinə düşür və təhlükə yaradır".

© Sputnik / Ibrahim HashimovOğuz rayonunun Muxas kəndində 3 il əvvəl başlanan elektrik çəkilişi yarımçıq saxlanıb
Oğuz rayonunun Muxas kəndində 3 il əvvəl başlanan elektrik çəkilişi yarımçıq saxlanıb - Sputnik Azərbaycan, 1920, 27.06.2022
Oğuz rayonunun Muxas kəndində 3 il əvvəl başlanan elektrik çəkilişi yarımçıq saxlanıb
Qeyd edək ki, külək əsən kimi köhnə dirəklər aşdığından kənd sakinləri çıxış yolunu elektrik naqillərinin yerini dəyişməkdə görüblər. Bəzi hissələrdə sakinlər elektrik xətlərini kustar üsulla yeni dirəklərə bağlayıblar. Qeyri-standart formada bağlanan naqillər də təhlükəni qaçılmaz edir.
Məsələ ilə bağlı Muxas kənd icra nümayəndəliyindən Sputnik Azərbaycana-a bildirilib ki, 3 il əvvəl yeni elektrik xətlərinin çəkilişinə başlanıb və ümumilikdə 135 elektrik dirəyi basdırılıb:
© Sputnik / Ibrahim HashimovOğuz rayonunun Muxas kəndində 3 il əvvəl başlanan elektrik çəkilişi yarımçıq saxlanıb
Oğuz rayonunun Muxas kəndində 3 il əvvəl başlanan elektrik çəkilişi yarımçıq saxlanıb - Sputnik Azərbaycan, 1920, 27.06.2022
Oğuz rayonunun Muxas kəndində 3 il əvvəl başlanan elektrik çəkilişi yarımçıq saxlanıb

"Beş transformator üçün olan yüksək gərginlikli xətlərinin bir hissəsi də çəkilib və 3 transformator xəttə qoşulub. Lakin abonentlərə paylayıcı xətlərin çəkilməsi və 2 transformatorun qoyulması işləri həyata keçirilmədi. Səbəbini isə dəqiq izah edən olmadı."

Həm Oğuz Rayon Elektrik Şəbəkəsindən, həm də Rayon İcra Hakimiyyətindən Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirildib ki, Muxas kəndində elektrik xətlərinin yenidən qurulmasına "Azərişıq" ASC-nin uyğun layihəsi əsasında başlanıb.
İşlərin birinci mərhələsi başa çatdırılıb. Növbəti mərhələ üçün də vəsait ayrıldıqda işlər davam etdiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0