https://sputnik.az/20220628/faktiki-hava-aciqlanib-443410904.html
Faktiki hava açıqlanıb
Faktiki hava açıqlanıb
Sputnik Azərbaycan
Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 27-si axşama doğru, 28-i gecə bəzi yerlərdə şimşək çaxıb 28.06.2022, Sputnik Azərbaycan
2022-06-28T10:40+0400
2022-06-28T10:40+0400
2022-06-28T11:18+0400
hadisə
hava
şimşək
şəki
sel
dolu
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439394926_0:70:3163:1849_1920x0_80_0_0_ace3649af9d04f6914a6f9d5f8ce1525.jpg
BAKI, 28 iyun — Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 28-i saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 27-si axşama doğru, 28-i gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.Düşən yağışın miqdarı Gədəbəydə 16.0 mm, Şəmkirdə 5.0 mm, Daşkəsəndə 2.0 mm, Gəncədə 0.0 mm olub.Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Binədə 18 m/s, Pirallahı, Sumqayıtda 17 m/s, Çilov adasında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.2 metrə çatıb.İyunun 27-də Gədəbəy rayonuna saat 18:00 radələrində stansiyaya leysan yağışla birgə xırda dolu, Daşbulaq, Qaradağ kəndlərinə diametri 33-35 mm, Arıqdam kəndinə 35-37 mm, Söyüdlü kəndinə 26 mm, 18:40 radələrində rayonun Slavyanka və Maarif kəndlərinə 24-26 mm olan dolu düşüb.İyunun 27-də yağan güclü leysan nəticəsində saat 18:00-19:00 radələrində Gədəbəy rayonunun aşağı hissəsindən və saat 17:10 radələrində Şin çaydan (Şəki) sel keçib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439394926_151:0:2882:2048_1920x0_80_0_0_135f2e7c8d8df8b72875a0f47b332c2b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava, şimşək, şəki, sel, dolu
hava, şimşək, şəki, sel, dolu
Faktiki hava açıqlanıb
10:40 28.06.2022 (Yenilənib: 11:18 28.06.2022) Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 27-si axşama doğru, 28-i gecə bəzi yerlərdə şimşək çaxıb
BAKI, 28 iyun — Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 28-i saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 27-si axşama doğru, 28-i gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Düşən yağışın miqdarı Gədəbəydə 16.0 mm, Şəmkirdə 5.0 mm, Daşkəsəndə 2.0 mm, Gəncədə 0.0 mm olub.
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Binədə 18 m/s, Pirallahı, Sumqayıtda 17 m/s, Çilov adasında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.2 metrə çatıb.
İyunun 27-də Gədəbəy rayonuna saat 18:00 radələrində stansiyaya leysan yağışla birgə xırda dolu, Daşbulaq, Qaradağ kəndlərinə diametri 33-35 mm, Arıqdam kəndinə 35-37 mm, Söyüdlü kəndinə 26 mm, 18:40 radələrində rayonun Slavyanka və Maarif kəndlərinə 24-26 mm olan dolu düşüb.
İyunun 27-də yağan güclü leysan nəticəsində saat 18:00-19:00 radələrində Gədəbəy rayonunun aşağı hissəsindən və saat 17:10 radələrində Şin çaydan (Şəki) sel keçib.