Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şirkəti zərərdən mənfəətə keçib

manat - Sputnik Azərbaycan, 1920, 28.06.2022
Abunə olmaq
Hesabat dövründə şirkətin öhdəlikləri 3,6 dəfə artaraq 318 min manata çatıb, balans kapitalı isə 4 % azalaraq 2,26 milyon manata enib.
BAKI, 28 iyun — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə məxsus "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC 2021-ci ili 248 min manat xalis mənfəətlə başa vurub.
Halbuki, şirkət 2020-ci ildən 347 min manat zərərlə çıxmışdı. Ötən il "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili"nin əməliyyat gəlirləri 5,05 milyon manat (əvvəlki ilə nisbətən 26,2% çox), xidmətlərinin maya dəyəri 2,119 milyon manat (1,7 % az), inzibati xərcləri 2,584 milyon manat (19,9 % çox), mənfəət vergisi ödəmələri isə 99 min manat (əvvəlki il olmayıb) təşkil edib.
"Report" xəbər verir ki, bu il yanvarın 1-nə "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili"nin aktivləri 2,578 milyon manat olub ki, bu da illik müqayisədə 5,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,6 dəfə artaraq 318 min manata çatıb, balans kapitalı isə 4 % azalaraq 2,26 milyon manata enib.
Xatırladaq ki, "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" 2006-cı ildə "Bakı Sərnişin Nəqliyyatı" adı ilə yaradılıb. Onun nizamnamə kapitalı 2,225 milyon manatdır. 2014-cü ildə şirkət adını "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili"nə dəyişdiriib, 2016-cı ildən isə indiki adı ilə fəaliyyət göstərməyə başlayıb.
Cəmiyyətin əsas məqsədi avtomobil nəqliyyatı ilə (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla) sərnişin və yük daşımalarının təşkilinə və tənzimlənməsinə dair xidmətlər göstərilməsindən, daşımalar sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasından ibarətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0