Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daş karxanasında faciə - fəhlə kombaynın qurbanı oldu

© Sputnik / Vitaly Ankov / Fotobanka keçməkDaş karxanası, arxiv şəkli
Daş karxanası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.06.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Fəhlə karxanada işləyərkən qəflətən kombaynın geriyə hərəkət etməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb
BAKI, 28 iyun — Sputnik. Bakının Qaradağ rayonunda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb. Bu barədə Qaradağ rayon prokurorluğundan məlumat verilib.
Belə ki, iyunun 25-də gecə saat üç radələrində Qaradağ rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1973-cü il təvəllüdlü Coşqun Səfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Coşqun Səfərov karxanada işləyərkən qəflətən kombaynın geriyə hərəkət etməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Xəbər lenti
0