Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Cüneyt Arkın vəfat edib

Cüneyt Arkın - Sputnik Azərbaycan, 1920, 28.06.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
1964-cü ildən kino sahəsinə addım atan Cüneyt Arkın onlarla filmdə rol alıb. Aktyor sənəti ilə yanaşı ssenarist, rejissor və prodüser kim fəaliyyət göstərən Arkın həm də həkim olub
BAKI, 28 iyun — Sputnik. Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, aktyor 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, aktyor 1937-ci il sentyabrın 8-də Türkiyənin Əskişəhər şəhərində anadan olub. 1964-cü ildə Halit Refiqin "Gurbet kuşları" filmi ilə kino sahəsinə ilk addımını atdı. Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla onlarla filmdə rol alan sevimli aktyor "Koroğlu", "Malqoçoğlu Cem Sultan", "Haqq yolu", "Dəli Yusif", "Dünyanı xilas edən adam", "Quruluş: Osman" ekran əsərlərində oynadığı rollarda məşhurluq qazanıb.
C.Arkın "Yeşilçam"ın (Türkiyənin kino sənayesi) korifeylərindən sayılır.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Xəbər lenti
0