https://sputnik.az/20220628/boris-conson-london-moskva-ile-muharibede-istirak-etmeyecek-443443757.html
Boris Conson: "London Moskva ilə müharibədə iştirak etməyəcək"
Boris Conson: "London Moskva ilə müharibədə iştirak etməyəcək"
Sputnik Azərbaycan
Böyük Britaniyanın Baş naziri bidlirib ki, Rusiya ilə hərbi qarşıdurmanın Ukrayna ərazisindən kənara çıxmaması üçün mümkün olan hər şeyi edirlər. 28.06.2022, Sputnik Azərbaycan
2022-06-28T21:20+0400
2022-06-28T21:20+0400
2022-06-28T21:23+0400
boris conson
dünya xəbərləri
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443433310_0:0:3000:1688_1920x0_80_0_0_af1c64dda08806572021768908d5af90.jpg
BAKI, 28 iyun — Sputnik. Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşmanı istisna edib. Siyasətçi bunu G7-nin Bavariyada keçirilən sammitinin yekunlarına əsasən bildirib, onun fikirlərini The Guardian qəzeti yazıb.Consonun sözlərinə görə, London Moskva ilə müharibədə iştirak etməyəcək, çünki Böyük Britaniya və onun tərəfdaşları Rusiya ilə hərbi qarşıdurmanın Ukrayna ərazisindən kənara çıxmaması üçün mümkün olan hər şeyi edirlər."Mən bunun belə olacağını düşünmürəm. Təbii ki, biz bu vəziyyətin Ukraynadan kənara çıxmaması üçün çox çalışırıq", - deyə o bildirib.Baş nazirin sözlərinə görə, bu məqsədə nail olmaq üçün London ÜDM-in 2%-i həcmində milli müdafiə xərclərini artıracaq.Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukraynadakı münaqişənin 2022-ci ilin sonuna qədər bitəcəyinə ümid etdiyini bildirib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443433310_322:0:2990:2001_1920x0_80_0_0_eb35c9994aa5f3d54caa051393f6ed63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
boris conson, böyük britaniya
boris conson, böyük britaniya
Boris Conson: "London Moskva ilə müharibədə iştirak etməyəcək"
21:20 28.06.2022 (Yenilənib: 21:23 28.06.2022) Böyük Britaniyanın Baş naziri bidlirib ki, Rusiya ilə hərbi qarşıdurmanın Ukrayna ərazisindən kənara çıxmaması üçün mümkün olan hər şeyi edirlər.
BAKI, 28 iyun — Sputnik. Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşmanı istisna edib. Siyasətçi bunu G7-nin Bavariyada keçirilən sammitinin yekunlarına əsasən bildirib, onun fikirlərini The Guardian qəzeti yazıb.
Consonun sözlərinə görə, London Moskva ilə müharibədə iştirak etməyəcək, çünki Böyük Britaniya və onun tərəfdaşları Rusiya ilə hərbi qarşıdurmanın Ukrayna ərazisindən kənara çıxmaması üçün mümkün olan hər şeyi edirlər.
"Mən bunun belə olacağını düşünmürəm. Təbii ki, biz bu vəziyyətin Ukraynadan kənara çıxmaması üçün çox çalışırıq", - deyə o bildirib.
Baş nazirin sözlərinə görə, bu məqsədə nail olmaq üçün London ÜDM-in 2%-i həcmində milli müdafiə xərclərini artıracaq.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukraynadakı münaqişənin 2022-ci ilin sonuna qədər bitəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.