https://sputnik.az/20220628/bas-nazir-merkezi-nebatat-bagi-ve-dendrologiya-bagi-ile-bagli-muhum-qerarlar-verib-443460001.html
Baş nazir "Mərkəzi Nəbatat Bağı” və "Dendrologiya Bağı” ilə bağlı mühüm qərarlar verib
Baş nazir "Mərkəzi Nəbatat Bağı” və "Dendrologiya Bağı” ilə bağlı mühüm qərarlar verib
Sputnik Azərbaycan
Baş nazir Əli Əsədov "Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərinin Nizamnaməsini və strukturunu təsdiq edilib. 28.06.2022, Sputnik Azərbaycan
2022-06-28T23:01+0400
2022-06-28T23:01+0400
2022-06-28T23:01+0400
cəmiyyət
mərkəzi nəbatat bağı
baş nazir
əli əsədov
https://cdnn1.img.sputnik.az/img/42411/70/424117082_0:52:1000:615_1920x0_80_0_0_e7d17f805866a78266e052d62e5009ed.jpg
BAKI, 28 iyun - Sputnik. "Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, təsisçi adından Bağın fəaliyyətinə nəzarəti Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.Bağın fəaliyyətinə dair illik hesabat Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilir. Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Mərkəzi Nəbatat Bağının strukturu”na əsasən, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin Aparatı (şöbələr, laboratoriyalar və elmi təcrübə bazası) olacaq."Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin idarə olunması qaydası da açıqlanıb.Qərara əsasən, İdarə Heyəti 3 (üç) üzvdən – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir və İdarə Heyətinin sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir.Qərarda, həmçinin bağın nizamnamə fondu da təsdiq olunub.Qeyd olunub ki, bağın nizamnamə fondu 173761,0 (yüz yetmiş üç min yeddi yüz altmış bir) manatdır.Bağın əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla müəyyən edilən digər vəsaitlərdən formalaşır.Baş nazir Əli Əsədov “Dendrologiya Bağı” publik hüquqi şəxsin də Nizamnaməsi və strukturunu təsdiq edib.Qərara əsasən, bağ öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Bağın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyəti 3 (üç) üzvdən - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir.“Dendrologiya Bağı” publik hüquqi şəxsin strukturuna “Dendrologiya Bağı” publik hüquqi şəxsin Aparatı (şöbələr, laboratoriyalar və elmi təcrübə sahələri) daxildir.Dendrologiya Bağının nizamnamə fondu da məlum olub.Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Dendrologiya Bağı” publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.Nizamnaməyə əsasən, Bağın nizamnamə fondu 1183991,0 (bir milyon yüz səksən üç min doqquz yüz doxsan bir) manatdır.Bağın əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla müəyyən edilən digər vəsaitlərdən formalaşır.Nizamnaməyə görə, bağın fəaliyyət istiqamətləri aşağıdakılardır:-Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin genofondunu saxlamaq və mühafizəsini təşkil etmək;-Bağın ərazisinin paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarının keçirilməsi üçün unikal təbiətə malik istirahət məkanına çevrilməsi məqsədilə zəruri tədbirlər görmək;nəbatat və ekologiya elminin nailiyyətini təbliğ etmək;-Bağa aid ərazini idarə etmək, mühafizəsi və qorunması ilə bağlı tədbirlər görmək;-Bağın ərazisində bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması işlərini təşkil etmək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42411/70/424117082_56:0:945:667_1920x0_80_0_0_d74c403e83c04b5751f780450dd6b287.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mərkəzi nəbatat bağı, baş nazir, əli əsədov
mərkəzi nəbatat bağı, baş nazir, əli əsədov
Baş nazir "Mərkəzi Nəbatat Bağı” və "Dendrologiya Bağı” ilə bağlı mühüm qərarlar verib
Baş nazir Əli Əsədov "Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərinin Nizamnaməsini və strukturunu təsdiq edilib.
BAKI, 28 iyun - Sputnik. "Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, təsisçi adından Bağın fəaliyyətinə nəzarəti Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.
Bağın fəaliyyətinə dair illik hesabat Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilir. Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Mərkəzi Nəbatat Bağının strukturu”na əsasən, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin Aparatı (şöbələr, laboratoriyalar və elmi təcrübə bazası) olacaq.
"Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin idarə olunması qaydası da açıqlanıb.
Qərara əsasən, İdarə Heyəti 3 (üç) üzvdən – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir və İdarə Heyətinin sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir.
Qərarda, həmçinin bağın nizamnamə fondu da təsdiq olunub.
Qeyd olunub ki, bağın nizamnamə fondu 173761,0 (yüz yetmiş üç min yeddi yüz altmış bir) manatdır.
Bağın əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla müəyyən edilən digər vəsaitlərdən formalaşır.
Baş nazir Əli Əsədov “Dendrologiya Bağı” publik hüquqi şəxsin də Nizamnaməsi və strukturunu təsdiq edib.
Qərara əsasən, bağ öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Bağın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyəti 3 (üç) üzvdən - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir.
İdarə Heyətinin sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir.
“Dendrologiya Bağı” publik hüquqi şəxsin strukturuna “Dendrologiya Bağı” publik hüquqi şəxsin Aparatı (şöbələr, laboratoriyalar və elmi təcrübə sahələri) daxildir.
Dendrologiya Bağının nizamnamə fondu da məlum olub.Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Dendrologiya Bağı” publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.
Nizamnaməyə əsasən, Bağın nizamnamə fondu 1183991,0 (bir milyon yüz səksən üç min doqquz yüz doxsan bir) manatdır.
Bağın əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla müəyyən edilən digər vəsaitlərdən formalaşır.
Nizamnaməyə görə, bağın fəaliyyət istiqamətləri aşağıdakılardır:
-Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin genofondunu saxlamaq və mühafizəsini təşkil etmək;
-Bağın ərazisinin paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarının keçirilməsi üçün unikal təbiətə malik istirahət məkanına çevrilməsi məqsədilə zəruri tədbirlər görmək;
nəbatat və ekologiya elminin nailiyyətini təbliğ etmək;
-Bağa aid ərazini idarə etmək, mühafizəsi və qorunması ilə bağlı tədbirlər görmək;
-Bağın ərazisində bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması işlərini təşkil etmək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.