https://sputnik.az/20220628/azerbaycanda-kutlevi-bugda-bicinine-baslanib-443443004.html
Azərbaycanda kütləvi buğda biçininə başlanıb
Azərbaycanda kütləvi buğda biçininə başlanıb
Sputnik Azərbaycan
Aran bölgələrində arpa biçini isə yekunlaşmaq üzrədir. Biçin prosesinə 1503 taxılbiçən kombayn cəlb olunub. 28.06.2022, Sputnik Azərbaycan
2022-06-28T19:49+0400
2022-06-28T19:49+0400
2022-06-28T20:04+0400
buğda
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42324/03/423240383_0:40:3072:1768_1920x0_80_0_0_c2c333a808cf16ffbf93837ef8774cad.jpg
BAKI, 28 iyun — Sputnik. Bölgələrdə taxıl biçini davam edir. Hazırda Azərbaycanın 61 rayonunda biçin gedir.Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, Aran bölgələrində arpa biçini yekunlaşmaq üzrədir, artıq əksər rayonlarda kütləvi buğda biçininə başlanıb.Bugünədək sahələrdən ümumilikdə 1 milyon 364 min 844 ton məhsul yığılıb. Biçin davam edir.Biçin prosesinə 1503 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində "Aqroservis" ASC-nin yerli bölmələrinin 649, fiziki və hüquqi şəxslərin isə 854 kombaynı iştirak edir."Aqroservis" ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.Qeyd edək ki, "Aqroservis" ASC-nin kombaynları sahəsi ilkin mərhələdə 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilir.Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, "Aqroservis" ASC tərəfindən sosial biçin siyasətinin həyata keçirilməsi (ilk növbədə 50 hektaradək sahələrdə biçin aparılacaq) ötən illərdə olduğu kimi bu il də biçin prosesində texnika ilə təminatda probem olmayacağını söyləməyə əsas verir.Xatırladaq ki, bu il ölkədə 1 milyon 19 min 934 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 606 min 338 hektarını buğda, 413 min 596 hektarını isə arpa sahələri təşkil edir.Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 124 milyon dollar dəyərində 355 min 625 ton buğda idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 24,3% artıb, həcmi isə 9,3% azalıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42324/03/423240383_256:0:2987:2048_1920x0_80_0_0_14e0e6bce37224247cfb484f93a7fe60.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
buğda
Azərbaycanda kütləvi buğda biçininə başlanıb
19:49 28.06.2022 (Yenilənib: 20:04 28.06.2022) Aran bölgələrində arpa biçini isə yekunlaşmaq üzrədir. Biçin prosesinə 1503 taxılbiçən kombayn cəlb olunub.
BAKI, 28 iyun — Sputnik. Bölgələrdə taxıl biçini davam edir. Hazırda Azərbaycanın 61 rayonunda biçin gedir.
Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, Aran bölgələrində arpa biçini yekunlaşmaq üzrədir, artıq əksər rayonlarda kütləvi buğda biçininə başlanıb.
Bugünədək sahələrdən ümumilikdə 1 milyon 364 min 844 ton məhsul yığılıb. Biçin davam edir.
Biçin prosesinə 1503 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində "Aqroservis" ASC-nin yerli bölmələrinin 649, fiziki və hüquqi şəxslərin isə 854 kombaynı iştirak edir.
"Aqroservis" ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.
Qeyd edək ki, "Aqroservis" ASC-nin kombaynları sahəsi ilkin mərhələdə 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilir.
Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, "Aqroservis" ASC tərəfindən sosial biçin siyasətinin həyata keçirilməsi (ilk növbədə 50 hektaradək sahələrdə biçin aparılacaq) ötən illərdə olduğu kimi bu il də biçin prosesində texnika ilə təminatda probem olmayacağını söyləməyə əsas verir.
Xatırladaq ki, bu il ölkədə 1 milyon 19 min 934 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 606 min 338 hektarını buğda, 413 min 596 hektarını isə arpa sahələri təşkil edir.
Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 124 milyon dollar dəyərində 355 min 625 ton buğda idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 24,3% artıb, həcmi isə 9,3% azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.