Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə güclü sel və daşqınlar: Qırmızı təhlükə dərəcəsi elan edildi - VİDEO

© pixabay / Hans BraxmeierDaşqın
Daşqın - Sputnik Azərbaycan, 1920, 27.06.2022
Abunə olmaq
Türkiyənin Qara dəniz sahillərinə yaxın ərazilərdə güclü sel körpüləri, avtoparkları və yaşıllıq əraziləri yuyub aparıb.
BAKI, 27 iyun - Sputnik. Türkiyənin Qara dəniz sahillərinə yaxın bölgələrdə güclü yağış və sel səbəbindən yaranan daşqınlar böyük fəsadlar törədib. Leysan, sel və daşqınlar davam edir.
Ən güclü leysan Kastomunu vilayəti ərazisində müşahidə olunur. Güclü sel vilayətin İnebolu bölgəsində iki körpünü, aşağı səviyyədə olan avtoparkları və yaşıllıq əraziləri yuyub aparıb.
Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasedici qüvvələri təbii fəlakət bölgəsinə cəlb olunublar. Yerli hakimiyyət qurumları ən yüksək qırmızı təhlükə dərəcəsi elan ediblər.
Metroloqlar Anadolunun şimal-şərqində, eləcə də Ankara vilayəti bölgəsində güclü yağış, sel və daşqınların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq ediblər.
Daşqın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.06.2022
VİDEO
Sel Goranboyun dağ kəndində növbəti dəfə fəsad törədib - VİDEO
Xəbər lenti
0