Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Robert De Nironun İstanbulda nə işi var?

© Photo : Michael Zorn / Invision / APRobert De Niro
Robert De Niro - Sputnik Azərbaycan, 1920, 27.06.2022
Abunə olmaq
Məşhur Hollivud aktyoru Türkiyəyə ortağı olduğu“Nobu İstanbul” restoranını “yoxlamağa” gəlib, amma sənədli film də olacaq.
BAKI, 27 iyun - Sputnik. Dünya səviyyəli ulduz - amerikalı aktyor, prodüser və rejissor Robert De Niro Londondan özəl təyyarə ilə Türkiyəyə uçub.
Yerli mətbuatın yazdığına görə, 78 yaşlı aktyor iş ortaqları - yapon aşpaz Nobu Matsuhisa və kinoprodüser Meir Teperlə ortağı olduğu “Nobu İstanbul” restoranına baş çəkməyə gəlib.
Aktyoru restoran haqqında sənədli film çəkəcək çəkiliş qrupu da müşayiət edir.
De Niro həmin müəssisənin yerləşdiyi oteldə qalıb.
“Mən Türkiyəni çox sevirəm və “Nobu İstanbulu” çox bəyənirəm”, - deyən amerikalı aktyor İstanbulu gəzməyi planlaşdırdığını bildirib.
“Nobu İstanbul” 2021-ci ilin iyul ayında açılıb. Lakin De Niro pandemiya səbəbindən açılış mərasimində iştirak edə bilməyib.
Hollivud ulduzunun iş ortağı, yapon aşpazın adını daşıyan ilk Nobu restoranı 1994-cü ildə açılıb.
İndi dünyada 51 Nobu restoranı var ki, onlardan ikisi Türkiyədə - biri İstanbulda, ikincisi Bodrum kurort şəhərində yerləşir.
Robert De Niro - Sputnik Azərbaycan, 1920, 16.05.2021
CƏMİYYƏT
Robert De Niro çəkiliş meydançasında yaralanıb
Xəbər lenti
0