https://sputnik.az/20220627/qaziler-stend-aticiliginda-guclerini-sinayiblar-443401515.html
Qazilər stend atıcılığında güclərini sınayıblar
Qazilər stend atıcılığında güclərini sınayıblar
Sputnik Azərbaycan
Silahlı Qüvvələr Gününə həsr olunmuş yarış qazilərin asudə vaxtlarının səmərəli təşkili və atıcılıq idman növlərinin təbliği məqsədilə təşkil olunub. 27.06.2022, Sputnik Azərbaycan
2022-06-27T20:32+0400
2022-06-27T20:32+0400
2022-06-27T21:26+0400
cəmiyyət
qazi
naxçıvan
stend atıcılığı
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443401758_0:48:800:498_1920x0_80_0_0_ae5239a817f77968ff8bd7a38927d063.jpg
BAKI, 27 iyun - Sputnik. Naxçıvan Atıcılıq Mərkəzində Vətən müharibəsinin qaziləri arasında atıcılığın stend növü üzrə muxtar respublika birinciliyi keçirilib. Bu barədə Azərtac Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş yarış qazilərimizin asudə vaxtlarının səmərəli təşkili, atıcılıq idman növlərinin təbliğ edilməsi məqsədilə təşkil olunub.Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, atışlar iki mərhələdə icra olunub və nəticələr 5 fərqli rakursdan atılan uçan hədəflərin vurulmasına görə hesablanıb. Qələbə uğrundakı maraqlı mübarizə Cövdət Əliyevin üstünlüyü ilə tamamlanıb. Əli Bayramov ikinci, Əli Əlisoy isə üçüncü olub.Mükafatlandırma mərasimində Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli, Paralimpiya Federasiyasının sədri Nicat Babayev, gənclər və idman nazirinin müavini Məcid Seyidov çıxış edərək muxtar respublikada qazilərə, şəhid ailələrinə, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərə göstərilən yüksək dövlət qayğısı barədə danışıb, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi istiqamətində atılan addımların davamlı xarakter aldığını diqqətə çatdırıblar.Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə daim qürurla xatırlanır, şəhidlərimizin xatirəsi əziz tutulur.Müharibə nəticəsində sağlamlıq imkanlarından məhrum olan hərbçilərimizin reabilitasiyası diqqətdə saxlanılır, sosial qayğılarının həlli istiqamətində əməli tədbirlər görülür. Qeyd edək ki, birincilik Gənclər və İdman Nazirliyi, Atıcılıq və Paralimpiya federasiyalarının birgə təşkilatçılığı ilə reallaşıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443401758_36:0:764:546_1920x0_80_0_0_da2537fc25b24355537bcd5ae542c666.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazi, naxçıvan, stend atıcılığı
qazi, naxçıvan, stend atıcılığı
Qazilər stend atıcılığında güclərini sınayıblar
20:32 27.06.2022 (Yenilənib: 21:26 27.06.2022) Silahlı Qüvvələr Gününə həsr olunmuş yarış qazilərin asudə vaxtlarının səmərəli təşkili və atıcılıq idman növlərinin təbliği məqsədilə təşkil olunub.
BAKI, 27 iyun - Sputnik. Naxçıvan Atıcılıq Mərkəzində Vətən müharibəsinin qaziləri arasında atıcılığın stend növü üzrə muxtar respublika birinciliyi keçirilib. Bu barədə Azərtac Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş yarış qazilərimizin asudə vaxtlarının səmərəli təşkili, atıcılıq idman növlərinin təbliğ edilməsi məqsədilə təşkil olunub.
Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, atışlar iki mərhələdə icra olunub və nəticələr 5 fərqli rakursdan atılan uçan hədəflərin vurulmasına görə hesablanıb. Qələbə uğrundakı maraqlı mübarizə Cövdət Əliyevin üstünlüyü ilə tamamlanıb. Əli Bayramov ikinci, Əli Əlisoy isə üçüncü olub.
Mükafatlandırma mərasimində Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli, Paralimpiya Federasiyasının sədri Nicat Babayev, gənclər və idman nazirinin müavini Məcid Seyidov çıxış edərək muxtar respublikada qazilərə, şəhid ailələrinə, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərə göstərilən yüksək dövlət qayğısı barədə danışıb, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi istiqamətində atılan addımların davamlı xarakter aldığını diqqətə çatdırıblar.
Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə daim qürurla xatırlanır, şəhidlərimizin xatirəsi əziz tutulur.
Müharibə nəticəsində sağlamlıq imkanlarından məhrum olan hərbçilərimizin reabilitasiyası diqqətdə saxlanılır, sosial qayğılarının həlli istiqamətində əməli tədbirlər görülür.
Qeyd edək ki, birincilik Gənclər və İdman Nazirliyi, Atıcılıq və Paralimpiya federasiyalarının birgə təşkilatçılığı ilə reallaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.