Mingəçevirdə nəhəng ağac binaya öz “qanunlarını” yeridir
© Sputnik / Ibrahim HashimovZaqatalada rayon mərkəzində
© Sputnik / Ibrahim Hashimov
Abunə olmaq
Şəhərdə qurumuş ağaclara bir neçə ünvanda rast gəlinir, yerli qurumlar da problemi birləşib həll etməyi düşünürlər.
BAKI, 27 iyun — Sputnik. Mingəçevir ölkəmizin yaşıllıqlarla zəngin şəhərləri sırasındadır. Çoxmərtəbəli binaların qarşısında, həyətlərdə, park və xiyabanlarda müxtəlif növ ağaclara rast gəlmək mümkündür. Amma bəzən həmin ağaclar insanlar üçün təhlükəyə çevrilir. Güclü külək, yağışın təsirindən həmin canlılar kökündən qopur. Bəzən də binaların üzərinə aşaraq yaşayışçılar üçün çətinlik yaradır.
Sputnik Azərbaycan xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi, ev 1 ünvanında nəhəng ağac beşmərtəbəli binanın üzərinə düşüb.
Məsələ bundadır ki, küləyin təsirindən əyilən ağacın gövdəsi də çürüyərək ovulub. Sözügedən ünvanda yaşayanlar ağacın budaqlarının yuxarı mərtəbələrdə eyvandan içəri daxil olduğunu bildiriblər. İri budaqlar pəncərələrin açılmasına mane olmaqla, insanların təmiz hava almasını da mümkünsüz edir.
© Sputnik / Ibrahim HashimovZaqatalada rayon mərkəzində
Zaqatalada rayon mərkəzində
© Sputnik / Ibrahim Hashimov
Bina sakini Yusif İskəndərov Sputnik Azərbaycan-ın müxbirinə ağacın bir müddət əvvəl küləyin təsirindən əyildiyini, iri budaqların binanın şüşələrini sındırdığını bildirib:
“Ağac illərdir bu yataqxana binasının qarşısında əkilib. Küləyin təsirindən kökündən ayrılaraq binanın üzərinə doğru əyilib. Nəhəng ağacı bina saxlayır. Onun gövdəsi də çürüyüb, tamamilə ovulub. Hər dəfə bərk külək olan kimi budaqları pəncərlərə çırpılır, şüşələri qırıb tökür. Bu zaman binanın qarşısından kim keçsə onu da həyatdan məhrum edə bilər. Aidiyyatı qurumlara dəfələrə demişik, gəlib baxıb gedirlər. Həqiqətən təhlükəli vəziyyətdir. Pəncərləri açmaq, örtmək olmur bu istidə havada. İcra Hakimiyyətinə, bələdiyyəyə - hamsına müraciət etmişik. Gəlib dərdimizə çarə tapan olmayıb.”
Qurumuş, ömrünü başa vuran ağaclara Mingəçevirdə daha bir neçə ünvanda rast gəlinir. Şəhərin Şah İsmayıl Xətai küçəsindəki həm piyadalar, həm də avtomobillər üçün təhlükə saçan çinarlar kimi. Sakinlər güclü külək olan zaman fəsadların qaçılmaz olduğunu düşünürlər.
Şəhər sakini Rəşad Əzizov Sputnik Azərbaycan-a açıqlamasında quru ağacların uşaqlar üçün daha təhlükəli olduğunu deyir:
“Quru ağaclara şəhərin əksər yerlərində rast gəlmək mümkündür. Bunlar təhlükə mənbəyidir. Bir az külək, yağış olan kimi aşırlar piyada səkisinin, avtomobil yolunun üzərinə. Ən çox da həyətdə, oyun meydançlarında olan uşaqlar üçün qorxuludur. Bir budağı qırılıb düşsə, azyaşlı uşaqlara ağır xəsarət yetirə bilər. Ona görə də qurumuş, ömrünü başa vuran ağaclar kəsilib götürülməlidir. Son günlər əksər rayonlarda, elə Mingəçevirin özündə də güclü külək oldu. Bir neçə ağac aşdı. Belə ağaclar həqiqətən təhlükə mənbəyidir. Aidiyyatı qurumlardan xahişimiz odur ki, bu problemi həll etsinlər. Hər hansı bədbəxt hadisə olmadan, məsələ həllini tapsın”.
© Sputnik / Ibrahim HashimovZaqatalada rayon mərkəzində
Zaqatalada rayon mərkəzində
© Sputnik / Ibrahim Hashimov
Adıçəkilən ünvanlarda və digər küçələrdə qurumuş ağacların yaratdığı təhlükənin aradan qaldırılması üçün aidiyyatı qurumların hansı tədbirlər görəcəyini öyrənməyə çalışdıq.
Mingəçevir Bələdiyyəsinin Yerli ekologiya məsələləri daimi komissiyasının sədri Nəbi Nəbiyev Sputnik Azərbaycan-a bildirildi ki, sakinlər onlara rəsmi müraciət etdikdən sonra bu işlər digər qurumlarla birgə həllini tapır:
“Qeyd edim ki, vətəndaşlar rəsmi qaydada Mingəçevir Bələdiyyəsinə müraciət edir, ünvanı göstərir. Ağacın hansı təhlükə yaratdığı haqqında məlumat verir. Bundan sonra biz həmin müraciəti rəy verilməsi üçün aidiyyatı üzrə 8 saylı Regional Ekologiya İdarəsinə ünvanlayırıq. Oradan mütəxəssislər gəlir, öz fikirlərini bizə rəsmi qaydada göndərirlər. Sonra həmin rəyləri biz ünvanlayırıq Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinə. Ağacların budanması, kök üstə quruması - həmin məslələri rəy əsasındaYaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları icra edir.”
© Sputnik / Rahim Mammadov Mingəçevirdə Nəriman Nərimanov küçəsi 38 ünvanında 5 mərtəbəli yaşayış binası
Mingəçevirdə Nəriman Nərimanov küçəsi 38 ünvanında 5 mərtəbəli yaşayış binası
© Sputnik / Rahim Mammadov
Qey edək ki, “Nur şəhəri”ndə qurumuş, təhlükə saçan ağacların bir neçəsi haqda biz də məlumat verdik. Digər ünvanlarda olan təhlükəli ağacların müəyyən edilib vaxtında kəsilib götürülməsi isə adiyyatı qurumların üzərinə düşür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.