https://sputnik.az/20220627/komputer-qarsisinda-2-saatdan-cox-oturmaq-bu-xestelikleri-yaradir-443347176.html
Kompüter qarşısında 2 saatdan çox oturmaq bu xəstəlikləri yaradır
Kompüter qarşısında 2 saatdan çox oturmaq bu xəstəlikləri yaradır
Sputnik Azərbaycan
Monitor qarşısında 2 saat daha çox vaxt keçirilməsi ürək xəstəliyinə düçar olmaq riskini 16% artırır. 27.06.2022, Sputnik Azərbaycan
2022-06-27T08:33+0400
2022-06-27T08:33+0400
2022-06-27T08:33+0400
kompüter
cəmiyyət
xəstəlik
vaxt
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691582_0:182:2000:1307_1920x0_80_0_0_5cded290a6e3b78db1a41f9a562cfe4d.jpg
BAKI, 27 iyun - Sputnik. Kompüter qarşısında 2 saatdan çox oturmaq ürək xəstəliklərinin yaranmasına səbəb olur. Xarici KİV-lərin məlumatına görə, belə bir qənaətə Honkonq universitetinin alimləri gəlib. Belə ki, bununla bağlı universitet alimləri 400 min britaniyalının genetik tibbi informasiyasını təhlil edib.İlkin mərhələdə onlardan heç birində insult və ürək xəstəliyi aşkarlanmasa da, beş il sonrakı nəticə fərqli olub.Belə ki, qeyd olunan müddətdən sonra ürək xəstəlikləri müşahidə olunanların sayı 9000 nəfəri keçib.Xəstələnən və sağlam qalan şəxslər arasında müqayisəli təhlillər aparılıb - onların yaşı, həyat tərzi, çəkisi, zərərli vərdişlərinin olub-olmaması öyrənilib.Bəlli olub ki, gündə 3-4 saat və daha çox televizor, kompüter qarşısında vaxt keçirən şəxslərdə monitor qarşısında cəmi 1-2 saat keçirənlərə nisbətdə ürək xəstəliyi riski 16% yüksək, insult riski 10% çoxdur.Alimlər onu da qeyd edir ki, insan komputer və televizor qarşısında keçirdiyi vaxtı 2 dəfə azaltsa, gəkəcəkdə ürəyin işemik xəstəliyinin qarşısının alınması ehtimalı 11% azala bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691582_0:0:1984:1488_1920x0_80_0_0_ea122dd84e8b94fa2a8c3d8c1282f90a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kompüter, xəstəlik, vaxt
Kompüter qarşısında 2 saatdan çox oturmaq bu xəstəlikləri yaradır
Monitor qarşısında 2 saat daha çox vaxt keçirilməsi ürək xəstəliyinə düçar olmaq riskini 16% artırır.
BAKI, 27 iyun - Sputnik. Kompüter qarşısında 2 saatdan çox oturmaq ürək xəstəliklərinin yaranmasına səbəb olur. Xarici KİV-lərin məlumatına görə, belə bir qənaətə Honkonq universitetinin alimləri gəlib.
Belə ki, bununla bağlı universitet alimləri 400 min britaniyalının genetik tibbi informasiyasını təhlil edib.
İlkin mərhələdə onlardan heç birində insult və ürək xəstəliyi aşkarlanmasa da, beş il sonrakı nəticə fərqli olub.
Belə ki, qeyd olunan müddətdən sonra ürək xəstəlikləri müşahidə olunanların sayı 9000 nəfəri keçib.
Xəstələnən və sağlam qalan şəxslər arasında müqayisəli təhlillər aparılıb - onların yaşı, həyat tərzi, çəkisi, zərərli vərdişlərinin olub-olmaması öyrənilib.
Bəlli olub ki, gündə 3-4 saat və daha çox televizor, kompüter qarşısında vaxt keçirən şəxslərdə monitor qarşısında cəmi 1-2 saat keçirənlərə nisbətdə ürək xəstəliyi riski 16% yüksək, insult riski 10% çoxdur.
Alimlər onu da qeyd edir ki, insan komputer və televizor qarşısında keçirdiyi vaxtı 2 dəfə azaltsa, gəkəcəkdə ürəyin işemik xəstəliyinin qarşısının alınması ehtimalı 11% azala bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.