https://sputnik.az/20220627/kelbecerin-stisu-suyu-yeniden-suselere-doldurularaq-ixrac-edilecek-443382651.html
Kəlbəcərin "İstisu" suyu yenidən şüşələrə doldurularaq ixrac ediləcək
Kəlbəcərin "İstisu" suyu yenidən şüşələrə doldurularaq ixrac ediləcək
Sputnik Azərbaycan
Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyası və “İstisu” mineral su zavodunun təməlini qoyub. 27.06.2022, Sputnik Azərbaycan
2022-06-27T11:31+0400
2022-06-27T11:31+0400
2022-06-27T11:31+0400
siyasət
prezident ilham əliyev
kəlbəcər
istisu
"istisu" müalicəvi istirahət mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1c/425588344_0:30:1001:593_1920x0_80_0_0_11cee0ae8b6261b616a8380059f5e108.jpg
BAKI, 27 iyun - Sputnik. Vaxtilə məşhur olan "İstisu" mineral süfrə suyu yenidən şüşələrə doldurularaq istehlak və ixrac ediləcək.Bu barədə Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimindəki çıxışında deyib.“İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək", - Əliyev deyib. O eyni zamanda, "İstisu" sanatoriyasının dağıntılarına işarə edərək xatırladıb ki, keçən il bu dağıntılarla tanış olandan sonra "İstisu" qəsəbəsində yeni mehmanxananın inşasına və müalicə mərkəzinin yaradılmasına göstəriş verib. "Çünki vaxtılə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb"."Bu dağıntılar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar. Bu sanatoriyanı da dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtılə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir”, - Prezident deyib. İlham Əliyev Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməli qoyulub. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına görüləcək işlər barədə məlumat verib.Bildirilib ki, istifadəyə veriləcək zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir.Qeyd edək ki, “İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir.Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda həmçinin “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib.Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına sanatoriyada görüləcək işlərlə bağlı məlumat verib. Bildirib ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.Diqqətə çatdırılıb ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.
https://sputnik.az/20220627/demir-yumruq-yerindedir-bunu-hec-kim-unutmasin---lham-eliyev-443380923.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1c/425588344_25:0:822:598_1920x0_80_0_0_80b1a0b93261d73f9e15b248d3b0fec6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, kəlbəcər, istisu, "istisu" müalicəvi istirahət mərkəzi
prezident ilham əliyev, kəlbəcər, istisu, "istisu" müalicəvi istirahət mərkəzi
Kəlbəcərin "İstisu" suyu yenidən şüşələrə doldurularaq ixrac ediləcək
Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyası və “İstisu” mineral su zavodunun təməlini qoyub.
BAKI, 27 iyun - Sputnik. Vaxtilə məşhur olan "İstisu" mineral süfrə suyu yenidən şüşələrə doldurularaq istehlak və ixrac ediləcək.
Bu barədə Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimindəki çıxışında deyib.
“İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək", - Əliyev deyib.
O eyni zamanda, "İstisu" sanatoriyasının dağıntılarına işarə edərək xatırladıb ki, keçən il bu dağıntılarla tanış olandan sonra "İstisu" qəsəbəsində yeni mehmanxananın inşasına və müalicə mərkəzinin yaradılmasına göstəriş verib. "Çünki vaxtılə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb".
"Bu dağıntılar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar. Bu sanatoriyanı da dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtılə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir”, - Prezident deyib.
İlham Əliyev Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməli qoyulub. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına görüləcək işlər barədə məlumat verib.
Bildirilib ki, istifadəyə veriləcək zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir.
Qeyd edək ki, “İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir.
Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.
Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda həmçinin “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib.
Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına sanatoriyada görüləcək işlərlə bağlı məlumat verib. Bildirib ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.
Diqqətə çatdırılıb ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.