https://sputnik.az/20220627/baki-beyannamesi-imzalandi-443382186.html
Bakı Bəyannaməsi imzalandı
Bakı Bəyannaməsi imzalandı
Sputnik Azərbaycan
Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısında mühüm sənədə imza... 27.06.2022, Sputnik Azərbaycan
2022-06-27T11:09+0400
2022-06-27T11:09+0400
2022-06-27T13:05+0400
siyasət
türkiyə
qazaxıstan
bakı
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443381495_0:35:680:418_1920x0_80_0_0_228e2c5cbe30649791a4e02c74f4df56.jpg
BAKI, 27 iyun - Sputnik. Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısının nəticəsi olaraq Bakı Bəyannaməsi imzalanıb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib. Onun sözlərinə görə, imzalanan sənəd nəqliyyat və kommunikasiya sahələrini ehtiva edir.Sözügedən toplantı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, "bu formatda görüş ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcək”.Nazir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra regionun əməkdaşlıq, qarşılıqlı hörmət və faydalı platformaya çevrilməsi istiqamətində ardıcıl xarici siyasət həyata keçirib.“Biz indiki dövrdə də regionda sabitlik, təhlükəsizlik və firavanlığa nail olmaq üçün qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin işlənib hazırlanmasına çalışırıq. Bu gün əsası qoyulan Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatı Azərbaycanın xarici siyasət münasibətlərində yenidir. İnanırıq ki, birgə ardıcıl səylərimizlə bu format regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın gücləndirilməsi baxımından effektiv platforma kimi özünü doğruldacaq", - Bayramov deyib.O qeyd edib ki, hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı artan təhdidlər fonunda əməkdaşlığımız regional səviyyədə risklərin və çağırışların qarşısını alınmaq baxımından böyük əhəmiyyət kəsb edir. "Bu səbəbdən üçtərəfli əməkdaşlığımızın konkret istiqamətlərini nəzərdən keçirməyimiz olduqca aktualdır. Məhz bu baxımdan bugünkü görüşdə Avropa və Asiya arasında təhlükəsiz, səmərəli və etibarlı nəqliyyat-kommunikasiya əlaqələri müzakirə olunur. Bu, əməkdaşlıq edə biləcəyimiz ən effektiv sahələrdən biridir. İnanıram ki, bugünkü görüşdən sonra bu üç ölkə arasında əməkdaşlığın genişlənməsi üçün gələcək istiqamətləri müəyyən edəcəyik”, - XİN rəhbəri qeyd edib.
https://sputnik.az/20220626/turkiyenin-xarici-isler-naziri-azerbaycan-sefere-gelib-443377474.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443381495_38:0:642:453_1920x0_80_0_0_fa78eeb2bc71d01dedc88fbf9bcf8fea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, qazaxıstan, bakı
türkiyə, qazaxıstan, bakı
Bakı Bəyannaməsi imzalandı
11:09 27.06.2022 (Yenilənib: 13:05 27.06.2022) Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısında mühüm sənədə imza atılıb.
BAKI, 27 iyun - Sputnik. Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısının nəticəsi olaraq Bakı Bəyannaməsi imzalanıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, imzalanan sənəd nəqliyyat və kommunikasiya sahələrini ehtiva edir.
Sözügedən toplantı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, "bu formatda görüş ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcək”.
Nazir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra regionun əməkdaşlıq, qarşılıqlı hörmət və faydalı platformaya çevrilməsi istiqamətində ardıcıl xarici siyasət həyata keçirib.
“Biz indiki dövrdə də regionda sabitlik, təhlükəsizlik və firavanlığa nail olmaq üçün qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin işlənib hazırlanmasına çalışırıq. Bu gün əsası qoyulan Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatı Azərbaycanın xarici siyasət münasibətlərində yenidir. İnanırıq ki, birgə ardıcıl səylərimizlə bu format regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın gücləndirilməsi baxımından effektiv platforma kimi özünü doğruldacaq", - Bayramov deyib.
O qeyd edib ki, hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı artan təhdidlər fonunda əməkdaşlığımız regional səviyyədə risklərin və çağırışların qarşısını alınmaq baxımından böyük əhəmiyyət kəsb edir.
"Bu səbəbdən üçtərəfli əməkdaşlığımızın konkret istiqamətlərini nəzərdən keçirməyimiz olduqca aktualdır. Məhz bu baxımdan bugünkü görüşdə Avropa və Asiya arasında təhlükəsiz, səmərəli və etibarlı nəqliyyat-kommunikasiya əlaqələri müzakirə olunur. Bu, əməkdaşlıq edə biləcəyimiz ən effektiv sahələrdən biridir. İnanıram ki, bugünkü görüşdən sonra bu üç ölkə arasında əməkdaşlığın genişlənməsi üçün gələcək istiqamətləri müəyyən edəcəyik”, - XİN rəhbəri qeyd edib.