Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Asiya və Avropada kömürün qiyməti rekord həddə çatıb

© AP Photo / Aijaz RahiРабочий наблюдает, как уголь выгружается из грузовика
Рабочий наблюдает, как уголь выгружается из грузовика  - Sputnik Azərbaycan, 1920, 27.06.2022
Abunə olmaq
Kömürün qiymətlərindəki sıçrayış ev təsərrüfatları üçün elektrik enerjisinin dəyərinin artmasına və kasıb ölkələrdə bu resursun qıtlığına gətirib çıxara bilər.
BAKI, 27 iyun - Sputnik. Asiya və Avropada kömürün qiymətində rekord artım baş verib.
Bu barədə Bloomberg treyderlərin məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, ötən həftə Asiya bölgəsindən Avropaya kömür partiyası ton üçün 421 dollara satılıb. Bu isə Asiyadan ixrac üçün çox yüksək rəqəmdir.

Qiymət artımı alternativ enerji daşıyıcılarının qıtlığı və Asiyada istilər səbəbindən elektrik enerjisinə artan tələbatla izah edilir.

Avropaya gəldikdə isə Avstraliya limanında kömürün tonu üçün qiymət 402 ABŞ dollarına çatıb.

Bunun mümkün nəticəsi kimi ev təsərrüfatları üçün elektrik enerjisinin qiymətinin artması və kasıb ölkələrdə bu resursun qıtlığı qeyd edilir.
Инфографика: Какие страны покупают российские углеводороды (плашки) - Sputnik Azərbaycan, 1920, 06.05.2022
İNFOQRAFİKA
Hansı ölkələr Rusiyadan karbohidrogenlər alır
Xəbər lenti
0