DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın NATO-ya daxil olması məsələsinə İspaniya XİN-dən münasibət

© Sputnik / Стрингер / Mediabanka keçidUkrayna və NATO birgə təlimləri, arxiv şəkli
Ukrayna və NATO birgə təlimləri, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 26.06.2022
Abunə olmaq
Nazir Ukraynanın NATO-ya üzvlüyü barədə heç vaxt danışmadıqlarını və indi də müzakirə olunmadığını bildirib.
BAKI, 26 iyun — Sputnik. Ukraynanın NATO-ya daxil olması məsələsinə heç vaxt baxılmayıb. Bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.
“Bu, heç vaxt müzakirə olunmayıb. Biz bu barədə heç vaxt danışmamışıq və indi də danışmırıq”, - XİN rəhbəri “El Pais”nəşrinə müsahibəsində Ukraynanın NATO-ya daxil olması ilə bağlı sualı cavablandırarkən deyib.
Bundan əlavə, Albares Vladimir Zelenskinin videokonfrans vasitəsilə NATO sammitində iştirak edəcəyini təsdiqləyib. “Əgər o, gəlməyə qərar versəydi, təbii ki, biz də onu qucaq açıb qəbul edərdik” dedi.
İyunun 25-də Ukrayna NATO-ya üzv olmaq üçün heç bir addımın atılmadığını açıqlayıb. Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müavini İqor Jovkvanın “Financial Times” qəzetinə müsahibəsində qeyd edib ki, Kiyev bir sıra ölkələrin mövqeyinə görə bu cür hərəkətlərin mənasız olduğunu bilir. “NATO üzvləri bizim istəklərimizi rədd etdilər. Bununla bağlı heç nə etməyəcəyik”, - deyə rəsmi bildirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0