CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə xalqa müraciət edib

© Official website of President of Azerbaijan RepublicMehriban Əliyeva hərbçilərlə birlikdə Cıdır düzündə
Mehriban Əliyeva hərbçilərlə birlikdə Cıdır düzündə  - Sputnik Azərbaycan, 1920, 26.06.2022
Abunə olmaq
Birinci vitse-prezident Allahdan Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət diləyib.
BAKI, 26 iyun - Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm! Mərdliyinizə və dözümlülüyünüzə görə çox sağ olun! Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinizə görə sizə minnətdarıq!
Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Belə qəhrəman oğullar böyütmüş ana və ataların qarşısında baş əyir, onlara səbir diləyirəm.
Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0