https://sputnik.az/20220626/ayin-sonuna-kimi-dagliq-rayonlarda-leysan-xarakterli-yagislar-gozlenilir---umayra-tagiyeva-443375531.html
Ayın sonuna kimi dağlıq rayonlarda leysan xarakterli yağışlar gözlənilir - Umayra Tağıyeva
Ayın sonuna kimi dağlıq rayonlarda leysan xarakterli yağışlar gözlənilir - Umayra Tağıyeva
Sputnik Azərbaycan
Xidmət rəhbərinin dsözlərinə görə, gələn həftə ərzində şimal küləyinin güclənəcəyi üzündən hava temperaturunda əhəmiyyətli artım proqnozlaşdırılmır. 26.06.2022, Sputnik Azərbaycan
2022-06-26T19:37+0400
2022-06-26T19:37+0400
2022-06-26T19:37+0400
cəmiyyət
hava proqnozu
külək
yağış
https://cdnn1.img.sputnik.az/img/41603/63/416036389_0:0:1501:844_1920x0_80_0_0_65dbb460834c135e9b0c1c0798f1fa82.jpg
BAKI, 26 iyun - Sputnik. İyun ayında ölkənin əsasən, şimal və qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində respublika çaylarında 13 daşqın və sel hadisəsi qeydə alınıb. Report-un xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.Onun sözlərinə görə, bu, son 20 ildə rekord göstərici olub:"Ən təhlükəli daşqın hadisəsi iyunun 10-da Daşkəsən rayonu ərazisindən axan Gəncəçay-Alaxançallı və iyunun 22-də Goranboy rayonu ərazisindən axan Gorançay-Yuxarı Ağcakənd məntəqələrində qeydə alınıb".Xidmət rəisi onu da qeyd edib ki, əvvəlki illərdə - 2016-cı ildə 9, digər illərdə isə orta hesabla 5-6 daşqın və sel hadisəsi qeydə alınıb:"Dəyişən iqlim fonunda yağıntıların qeyri-bərabər paylanması daha qabarıq özünü göstərir.U.Tağıyevanın sözlərinə görə, bəzi dövrlərdə quraqlıq daha uzun çəkir:"Bununla yanaşı lokal ərazini əhatə edən güclü yağış, bəzən bir neçə saat ərzində iki aylıq norma miqdarında düşür. Nəticədə sel-daşqın hadisələrinin təkrarlanması artır"."Respublikada ayın sonuna kimi, dağlıq və dağətəyi rayonlarda lokal yağıntıların fasilələrlə müşahidə ediləcəyi, leysan xarakterli olacağı gözlənilir", - U.Tağıyeva əlavə edib.Gələn həftə ərzində arabir güclənən şimal küləyinin üstünlüyü gözlənildiyindən hava temperaturunda əhəmiyyətli artım proqnozlaşdırılmır. Maksimal temperatur paytaxtda 30-34 dərəcəni keçməyəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220626/sabah-guclu-kulek-esecek-443359235.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41603/63/416036389_23:0:1356:1000_1920x0_80_0_0_5fb0eba80af318cdc6c705f7950494fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava proqnozu, külək, yağış
hava proqnozu, külək, yağış
Ayın sonuna kimi dağlıq rayonlarda leysan xarakterli yağışlar gözlənilir - Umayra Tağıyeva
Xidmət rəhbərinin dsözlərinə görə, gələn həftə ərzində şimal küləyinin güclənəcəyi üzündən hava temperaturunda əhəmiyyətli artım proqnozlaşdırılmır.
BAKI, 26 iyun - Sputnik. İyun ayında ölkənin əsasən, şimal və qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində respublika çaylarında 13 daşqın və sel hadisəsi qeydə alınıb. Report-un xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, bu, son 20 ildə rekord göstərici olub:
"Ən təhlükəli daşqın hadisəsi iyunun 10-da Daşkəsən rayonu ərazisindən axan Gəncəçay-Alaxançallı və iyunun 22-də Goranboy rayonu ərazisindən axan Gorançay-Yuxarı Ağcakənd məntəqələrində qeydə alınıb".
Xidmət rəisi onu da qeyd edib ki, əvvəlki illərdə - 2016-cı ildə 9, digər illərdə isə orta hesabla 5-6 daşqın və sel hadisəsi qeydə alınıb:
"Dəyişən iqlim fonunda yağıntıların qeyri-bərabər paylanması daha qabarıq özünü göstərir.
U.Tağıyevanın sözlərinə görə, bəzi dövrlərdə quraqlıq daha uzun çəkir:
"Bununla yanaşı lokal ərazini əhatə edən güclü yağış, bəzən bir neçə saat ərzində iki aylıq norma miqdarında düşür. Nəticədə sel-daşqın hadisələrinin təkrarlanması artır".
"Respublikada ayın sonuna kimi, dağlıq və dağətəyi rayonlarda lokal yağıntıların fasilələrlə müşahidə ediləcəyi, leysan xarakterli olacağı gözlənilir", - U.Tağıyeva əlavə edib.
Gələn həftə ərzində arabir güclənən şimal küləyinin üstünlüyü gözlənildiyindən hava temperaturunda əhəmiyyətli artım proqnozlaşdırılmır. Maksimal temperatur paytaxtda 30-34 dərəcəni keçməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.