https://sputnik.az/20220626/arzu-edirik-ki-torpaqlarimizda-bir-daha-muharibe-olmasin--alban-udi-xristian-dini-cmasi-443370233.html
Alban-Udi Xristian Dini İcması: Arzu edirik ki, torpaqlarımızda bir daha müharibə olmasın
Alban-Udi Xristian Dini İcması: Arzu edirik ki, torpaqlarımızda bir daha müharibə olmasın
Sputnik Azərbaycan
İcmanın üzvləri erməni işğalından azad edilən Tərtər rayonunun Suqovuşan və Talış kəndində olublar. 26.06.2022, Sputnik Azərbaycan
2022-06-26T15:41+0400
2022-06-26T15:41+0400
2022-06-26T15:42+0400
qəbələ
cəmiyyət
tərtər
alban-udi xristian dini icması
talış
suqovuşan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1a/443369795_0:120:1280:840_1920x0_80_0_0_c29ae3aa60f5f381951fc020526bdaa5.jpg
BAKI, 26 iyun — Sputnik. Emin Əlisahib. 26 iyun Azərbaycan ordusunun yaranma günü münasibətilə Alban - Udi Xristian Dini İcmasının üzvlərinin Tərtər rayonunun erməni işğalından azad edilən Suqovuşan və Talış kəndlərinə səfəri baş tutub.Qonaqlar əvvəlcə Suqovuşanda V əsrə aid olan və düşmənin erməni kilsəsi kimi qələmə verməyə çalışdığı, Alban mədəni irsinə aid olan tarixi məkanı ziyarət ediblər. Kilsədə dini ayin icra edilib.Daha sonra dini icma üzvləri Tərtərin Talış kəndinə yola düşüblər. Qədim Alban irsinə aid daha bir tarixi məkanda ziyarət zamanı icma üzvləri Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsinə dualar oxuyub, onlara Allahdan rəhmət diləyiblər.Alban-udi Xristian dini icmasının sədr müavini Rafik Danakari açıqlamasında 26 iyunu müqəddəs gün adlandırıb. O bildirib ki, bu gün dini ayinlərin Suqovuşan və Talışda icra edilməsinin xüsusi əhəmiyyəti var:Alban-udi xristian dini icmasının sədr müavini Rafik Danakari həmçinin bütün xalqımızı və ordumuzu bu təntənəli gün münasibətilə təbrik edib.O, Tanrıdan bir daha Azərbaycan torpaqlarında müharibə olmamasını və xalqımızın sülh və əminamanlıq şəraitində yaşamasını diləyib:“Bu gün bayramdır, Silahlı qüvvələr günüdür. Biz zabitlərimizi, əsgərlərimizi təbrik edirik. Arzu edirik ki, Azərbaycan torpaqlarında bir daha müharibə olmasın. Biz sülhsevər xalqıq, qonaqpərvər xalqıq. Bu gün bura gəlmişik ki, şəhidlərin ruhuna dualar edək, şamlar yandıraq, qazilərə Allahdan şəfa diləyək. Çox şadam ki, biz buna nail olduq”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1a/443369795_0:0:1280:960_1920x0_80_0_0_cfc7ddbd5031cbe6d14756f6d58050a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəbələ, tərtər, alban-udi xristian dini icması, talış, suqovuşan
qəbələ, tərtər, alban-udi xristian dini icması, talış, suqovuşan
Alban-Udi Xristian Dini İcması: Arzu edirik ki, torpaqlarımızda bir daha müharibə olmasın
15:41 26.06.2022 (Yenilənib: 15:42 26.06.2022) İcmanın üzvləri erməni işğalından azad edilən Tərtər rayonunun Suqovuşan və Talış kəndində olublar.
BAKI, 26 iyun — Sputnik. Emin Əlisahib. 26 iyun Azərbaycan ordusunun yaranma günü münasibətilə Alban - Udi Xristian Dini İcmasının üzvlərinin Tərtər rayonunun erməni işğalından azad edilən Suqovuşan və Talış kəndlərinə səfəri baş tutub.
Qonaqlar əvvəlcə Suqovuşanda V əsrə aid olan və düşmənin erməni kilsəsi kimi qələmə verməyə çalışdığı, Alban mədəni irsinə aid olan tarixi məkanı ziyarət ediblər. Kilsədə dini ayin icra edilib.
Daha sonra dini icma üzvləri Tərtərin Talış kəndinə yola düşüblər. Qədim Alban irsinə aid daha bir tarixi məkanda ziyarət zamanı icma üzvləri Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsinə dualar oxuyub, onlara Allahdan rəhmət diləyiblər.
Alban-udi Xristian dini icmasının sədr müavini Rafik Danakari açıqlamasında 26 iyunu müqəddəs gün adlandırıb. O bildirib ki, bu gün dini ayinlərin Suqovuşan və Talışda icra edilməsinin xüsusi əhəmiyyəti var:
“Bu gün müqəddəs gündür. Biz bura Qəbələ rayonun Nic qəsəbəsindən gəlmişik. Gəldik ki, buranı ziyarət edək. Hazırda qarşısında dayandığımız bu qədim məbəd V-VI əsrə aiddir. Abidə ermənilərin saxtakarlığına məruz qalıb. Amma bu gün biz sevinirik ki, burdayıq və dini ayinlərimizi məhz bu torpaqlarda icra edə bilirik”.
Alban-udi xristian dini icmasının sədr müavini Rafik Danakari həmçinin bütün xalqımızı və ordumuzu bu təntənəli gün münasibətilə təbrik edib.
O, Tanrıdan bir daha Azərbaycan torpaqlarında müharibə olmamasını və xalqımızın sülh və əminamanlıq şəraitində yaşamasını diləyib:
“Bu gün bayramdır, Silahlı qüvvələr günüdür. Biz zabitlərimizi, əsgərlərimizi təbrik edirik. Arzu edirik ki, Azərbaycan torpaqlarında bir daha müharibə olmasın. Biz sülhsevər xalqıq, qonaqpərvər xalqıq. Bu gün bura gəlmişik ki, şəhidlərin ruhuna dualar edək, şamlar yandıraq, qazilərə Allahdan şəfa diləyək. Çox şadam ki, biz buna nail olduq”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.