https://sputnik.az/20220625/zaqataladaki-yolkenari-arxlar-tehluke-sacir-443325842.html
Zaqataladakı yolkənarı arxlar təhlükə saçır
Zaqataladakı yolkənarı arxlar təhlükə saçır
Sputnik Azərbaycan
Yerli icra hakimiyyəti problemin aradan qaldırılması üçün tender elan edib, sakinlər və sürücülər isə narahatdır. 25.06.2022, Sputnik Azərbaycan
2022-06-25T10:01+0400
2022-06-25T10:01+0400
2022-06-25T10:01+0400
zaqatala
cəmiyyət
yol
avtomobil
arx
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443281636_0:0:1920:1080_1920x0_80_0_0_3e5f4587743a97609158bcf1b46f072e.jpg
BAKI, 25 iyun — Sputnik. Zaqatala şəhərində yolların kənarındakı arxlar əsl təhükə mənbəyinə çevrilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, yağış sularının axıdılması üçün çəkilmiş arxların üstü açıqdır. Sakinlərinin sözlərinə görə, həmin bu arxların elə əvvəlcədən üzərində hər hansı bir örtücü vaistə olmayıb. Üstü açıq olduğu üçün bəzən bu arxlara zibil də atılır.Rayon sakini Cəlaluddin Əliyev deyir ki, sözügedən suötürücülər avtomobil yollarının kənarında yerləşdiyi üçün nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradır.Onun sözlərinə görə, günün qaranlıq saatlarında, eləcə də qış aylarında bu üstüaçıq arxlar daha çox təhlükəli olur.Sürücü Həmzət Məmmədov da bu suötürücülərin üstü açıq olmasından zərər çəkən vətəndaşlardan biridir.Məsələ ilə bağlı Zaqatala şəhər icra nümayəndəliyinə müraciət etdik. Qurumdan bildirildi ki, küçələrin cari təmiri ilə əlaqədar vəsait şəhər icra nümayəndəliyinə ayrılır. Sözügedən ərazilərdə işlərin görülməsi üçün şəhər icra nümayəndəliyi tender elan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443281636_240:0:1680:1080_1920x0_80_0_0_38a207e982bb0956048200efbdf82f3b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zaqatala, yol, avtomobil, arx
zaqatala, yol, avtomobil, arx
Zaqataladakı yolkənarı arxlar təhlükə saçır
Yerli icra hakimiyyəti problemin aradan qaldırılması üçün tender elan edib, sakinlər və sürücülər isə narahatdır.
BAKI, 25 iyun — Sputnik. Zaqatala şəhərində yolların kənarındakı arxlar əsl təhükə mənbəyinə çevrilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, yağış sularının axıdılması üçün çəkilmiş arxların üstü açıqdır. Sakinlərinin sözlərinə görə, həmin bu arxların elə əvvəlcədən üzərində hər hansı bir örtücü vaistə olmayıb. Üstü açıq olduğu üçün bəzən bu arxlara zibil də atılır.
Rayon sakini Cəlaluddin Əliyev deyir ki, sözügedən suötürücülər avtomobil yollarının kənarında yerləşdiyi üçün nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradır.
"Üstü bağlansa, yaxşı olardı. Zibil atılmazdı, təmiz qalardı. Maşınlar da düşür, sürücülər bilmirlər, düşürlər. Qışda qar yağır, sürücülər bilmir ki, orada arx var, ya yox. Avtomobil düşür ora. Xüsusən də şəhərə yad olan sürücülər bu cür hallarla daha çox rastlaşırlar", - deyə C.Əliyev qeyd edib.
Onun sözlərinə görə, günün qaranlıq saatlarında, eləcə də qış aylarında bu üstüaçıq arxlar daha çox təhlükəli olur.
Sürücü Həmzət Məmmədov da bu suötürücülərin üstü açıq olmasından zərər çəkən vətəndaşlardan biridir.
"Arxların üstünün açıq olması yaxşı deyil. Burada yaşayan adamam. Bizim tərəflər də soyuq yerlərdir. Qışda yol buz bağlayanda maşın azca sürüşsə, düşür arxa. İki il əvvəl güclü qar yağanda maşın sürüşüb getdi. Ön təkəri arxa düşüb dayandı. Xoşbəxtlikdən çox ziyan dəymədi. Üstünü dəmir barmaqlıqla və ya müəyyən bir vasitəylə bağlamaq olar. Onda təhlükəsiz olar", - deyə sürücü əlavə edib.
Məsələ ilə bağlı Zaqatala şəhər icra nümayəndəliyinə müraciət etdik. Qurumdan bildirildi ki, küçələrin cari təmiri ilə əlaqədar vəsait şəhər icra nümayəndəliyinə ayrılır. Sözügedən ərazilərdə işlərin görülməsi üçün şəhər icra nümayəndəliyi tender elan edib.
"Tenderdə sifarişçi tərəfindən küçələrin təmiri ilə yanaşı, yolların kənarlarındakı arxların üstünün örtülməsi tələbi də qoyulub. Tender proseduru başa çatan kimi podratçı təşkilat həmin işləri həyata keçirəcək. Bütün bunlar təxminən 1 ay ərzində həyata keçiriləcək", - deyə icra nümayəndəliyindən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.