Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Omandan ölkəmizə gələn turistlərin sayı 500 dəfədən çox artıb - STATİSTİKA

© Sputnik / Murad OrujovBakıda turistlər, arxiv şəkli
Bakıda turistlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.06.2022
Abunə olmaq
Bu il ən çox Türkiyədən, Rusiyadan Azərbaycana gəliblər. İrana gedən Azərbaycan vətəndaşlarının sayında da 5 dəfə artım var.
BAKI, 25 iyun — Sputnik. Bu ilin yanvar-may aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 468,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Ən çox Türkiyədən gəliblər
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, gələnlərin 24,8 faizi Türkiyə, 24,7 faizi Rusiya, 13,8 faizi İran, 5,6 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Ukrayna, hər birindən 2,4 faiz olmaqla Hindistan və Pakistan, 1,7 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 12,9 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 79,7 faizini kişilər, 20,3 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 505,9 dəfə, Səudiyyə Ərəbistanından - 198,2 dəfə, Küveytdən - 172,8 dəfə, Bəhreyndən - 70,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 69,5 dəfə, Pakistandan - 44,0 dəfə, Hindistandan - 26,5 dəfə, İsraildən - 9,1 dəfə, ABŞ-dan - 6,0 dəfə, Qazaxıstandan - 5,0 dəfə, Almaniyadan - 3,5 dəfə, Fransadan - 3,3 dəfə, Ukraynadan - 2,2 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 2,1 dəfə, İrandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, Gürcüstandan - 17,7 faiz artıb.
© Sputnik / Murad OrujovƏrəb turistlər Bakıda, arxiv şəkli
Арабские туристы в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Ərəb turistlər Bakıda, arxiv şəkli
2021-ci ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,9 dəfə artaraq 107,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə artaraq 22,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 149,7 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 54,0 faizi hava, 44,2 faizi dəmir yolu və avtomobil, 1,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2021-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,4 dəfə artaraq 530,2 min nəfər olub.
Ən çox Türkiyəyə gediblər
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,0 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,5 dəfə artıb. Ölkə vətəndaşlarının 46,8 faizi Türkiyəyə, 15,6 faizi Rusiyaya, 13,3 faizi İrana, 8,2 faizi Gürcüstana, 16,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,7 faizini kişilər, 33,3 faizini qadınlar təşkil edib.
2022-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 55,4 faizi hava, 41,8 faizi dəmir yolu və avtomobil, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0