https://sputnik.az/20220625/gencede-qafqaz-slam-ordusuna-abide-ucaldildi-443353633.html
Gəncədə Qafqaz İslam Ordusuna abidə ucaldıldı
Gəncədə Qafqaz İslam Ordusuna abidə ucaldıldı
Sputnik Azərbaycan
Türkiyə səfirliyinin dəstəyi ilə Gəncədəki Şah Abbas məscidinin qarşısında 1918-ci il iyunun 11-də Gəncədə şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidləri üçün... 25.06.2022, Sputnik Azərbaycan
2022-06-25T23:25+0400
2022-06-25T23:25+0400
2022-06-25T23:50+0400
cəmiyyət
qafqaz islam ordusu
https://cdnn1.img.sputnik.az/img/07e6/06/19/443353478_0:26:851:504_1920x0_80_0_0_df6c3b23156404ae6bdd430fd5b04e96.jpg
BAKI, 25 iyun - Sputnik. Gəncədə Qafqaz İslam Ordusuna abidə ucaldılıb.Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Twitter hesabında yazıb.“1918-ci il iyunun 11-də Gəncədə şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidləri üçün səfirliyimizin himayəsi ilə Şah Abbas məscidinin qarşısında Şəhidlər abidəsi ucaldılıb.Gəncə baş konsulumuzla açılış öncəsi yoxlama apardıq”, - səfir sosial şəbəkə hesabında bildirib.Qeyd edək ki, Qafqaz İslam Ordusu Osmanlı dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklərdən ibarət ordudur. O, hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi.Birinci Dünya Müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak edib. Bu orduya Nuru Paşa rəhbərlik edirdi. 12–14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 minlik olun 1918-ci ilin mart-aprel aylarında baş verən Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq, həmçinin Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918 noyabrına qədər fəaliyyət göstərib. Azərbaycan xalqı xilaskar Qafqaz İslam Ordusunu hər zamanı hörmətlə yad edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/19/443353478_71:0:778:530_1920x0_80_0_0_88f736b18a608c7e1235ed0fc289e352.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qafqaz islam ordusu
Gəncədə Qafqaz İslam Ordusuna abidə ucaldıldı
23:25 25.06.2022 (Yenilənib: 23:50 25.06.2022) Türkiyə səfirliyinin dəstəyi ilə Gəncədəki Şah Abbas məscidinin qarşısında 1918-ci il iyunun 11-də Gəncədə şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidləri üçün Şəhidlər abidəsi ucaldılıb.
BAKI, 25 iyun - Sputnik. Gəncədə Qafqaz İslam Ordusuna abidə ucaldılıb.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Twitter hesabında yazıb.
“1918-ci il iyunun 11-də Gəncədə şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidləri üçün səfirliyimizin himayəsi ilə Şah Abbas məscidinin qarşısında Şəhidlər abidəsi ucaldılıb.
Gəncə baş konsulumuzla açılış öncəsi yoxlama apardıq”, - səfir sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, Qafqaz İslam Ordusu Osmanlı dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklərdən ibarət ordudur. O, hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi.
Birinci Dünya Müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak edib. Bu orduya Nuru Paşa rəhbərlik edirdi. 12–14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 minlik olun
1918-ci ilin mart-aprel aylarında baş verən Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq, həmçinin Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu,
Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918 noyabrına qədər fəaliyyət göstərib.
Azərbaycan xalqı xilaskar Qafqaz İslam Ordusunu hər zamanı hörmətlə yad edir.