https://sputnik.az/20220625/fes-baydenin-yalanini-uze-cixardi-abs-da-bahalasmanin-putinle-elaqesi-yoxdur-443310891.html
FES Baydenin yalanını üzə çıxardı: ABŞ-da bahalaşmanın Putinlə əlaqəsi yoxdur
FES Baydenin yalanını üzə çıxardı: ABŞ-da bahalaşmanın Putinlə əlaqəsi yoxdur
Sputnik Azərbaycan
Respublikaçı Bill Hagerti deyib ki, dezinformasiya ilə məşğul olan Amerika rəhbərliyi iqtisadi siyasətdə uğursuzluqlarına görə məsuliyyəti Moskvanın üzərinə... 25.06.2022, Sputnik Azərbaycan
2022-06-25T11:18+0400
2022-06-25T11:18+0400
2022-06-25T11:18+0400
co bayden
dünya xəbərləri
rusiya prezidenti vladimir putin
bahalaşma
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442377311_0:0:3072:1728_1920x0_80_0_0_0e711a9f98f77e49c00cca2ebbe91203.jpg
BAKI, 25 iyun — Sputnik. ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Cerom Pauell ABŞ prezidenti Co Baydenin ölkədə rekord inflyasiyanın səbəbləri ilə bağlı sözlərini təkzib edib.Bu barədə Amerikanın Fox News xəbər kanalı xəbər verib.Bayden daha əvvəl inflyasiyanı "Putinin bahalaşması" adlandırmışdı.Senatın komitələrindən birində dinləmələr zamanı Respublikaçı Bill Hagerti FES sədrindən ABŞ-da qiymət artımının Rusiyanın hərəkətləri ilə bağlı olub-olmadığını soruşub. Pauell cavab verib ki, inflyasiya Ukrayna hadisələrindən əvvəl də yüksək idi."Bunu eşitdiyimə şadam. Görünür, Bayden administrasiyası özünə bəraət qazandırmaqda qərarlıdır" – deyə Hagerti bəyan edib.Senatorun sözlərinə görə, Amerika rəhbərliyi dezinformasiya ilə məşğul olur və iqtisadi siyasətdə uğursuzluqlarına görə məsuliyyəti Moskvanın üzərinə qoyur.Ötən həftə Rusiya prezidenti Vladimir Putin Ağ Ev rəhbərinin "Putinin bahalaşması" ilə bağlı sözlərini şərh edərkən qeyd edib ki, bu cür bəyanatlar oxuyub-yazmağı bilməyən insanlar üçün nəzərdə tutulub. O həmçinin bildirib ki, ərzaq və yanacaqla bağlı problemlər ABŞ-ın hazırkı administrasiyası və Avropa bürokratiyasının sistemli səhvlərinin nəticəsidir.Birləşmiş Ştatlarda artıq bir neçə aydır ki, enerji daşıyıcılarının və istehlak mallarının dəyərinin artması müşahidə olunur. Benzinin qiyməti 1 qallon üçün 5 dollardan yuxarı qalxıb, halbuki, bir il əvvəl bu göstərici 3 dollar səviyyəsində idi. İnflyasiya qırx illik rekordları qıraraq 8,5 faizə çatıb. Hakimiyyətin iqtisadiyyatdakı mənfi tendensiyalara müqavimət göstərmək cəhdləri heç bir ciddi nəticə verməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442377311_204:0:2935:2048_1920x0_80_0_0_70d2bda7204ec084ffdea109a4f67347.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
co bayden, rusiya prezidenti vladimir putin, bahalaşma
co bayden, rusiya prezidenti vladimir putin, bahalaşma
FES Baydenin yalanını üzə çıxardı: ABŞ-da bahalaşmanın Putinlə əlaqəsi yoxdur
Respublikaçı Bill Hagerti deyib ki, dezinformasiya ilə məşğul olan Amerika rəhbərliyi iqtisadi siyasətdə uğursuzluqlarına görə məsuliyyəti Moskvanın üzərinə qoyur
BAKI, 25 iyun — Sputnik. ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Cerom Pauell ABŞ prezidenti Co Baydenin ölkədə rekord inflyasiyanın səbəbləri ilə bağlı sözlərini təkzib edib.
Bu barədə Amerikanın Fox News xəbər kanalı xəbər verib.
Bayden daha əvvəl inflyasiyanı "Putinin bahalaşması" adlandırmışdı.
Senatın komitələrindən birində dinləmələr zamanı Respublikaçı Bill Hagerti FES sədrindən ABŞ-da qiymət artımının Rusiyanın hərəkətləri ilə bağlı olub-olmadığını soruşub. Pauell cavab verib ki, inflyasiya Ukrayna hadisələrindən əvvəl də yüksək idi.
"Bunu eşitdiyimə şadam. Görünür, Bayden administrasiyası özünə bəraət qazandırmaqda qərarlıdır" – deyə Hagerti bəyan edib.
Senatorun sözlərinə görə, Amerika rəhbərliyi dezinformasiya ilə məşğul olur və iqtisadi siyasətdə uğursuzluqlarına görə məsuliyyəti Moskvanın üzərinə qoyur.
Ötən həftə Rusiya prezidenti Vladimir Putin Ağ Ev rəhbərinin "Putinin bahalaşması" ilə bağlı sözlərini şərh edərkən qeyd edib ki, bu cür bəyanatlar oxuyub-yazmağı bilməyən insanlar üçün nəzərdə tutulub. O həmçinin bildirib ki, ərzaq və yanacaqla bağlı problemlər ABŞ-ın hazırkı administrasiyası və Avropa bürokratiyasının sistemli səhvlərinin nəticəsidir.
Birləşmiş Ştatlarda artıq bir neçə aydır ki, enerji daşıyıcılarının və istehlak mallarının dəyərinin artması müşahidə olunur. Benzinin qiyməti 1 qallon üçün 5 dollardan yuxarı qalxıb, halbuki, bir il əvvəl bu göstərici 3 dollar səviyyəsində idi. İnflyasiya qırx illik rekordları qıraraq 8,5 faizə çatıb. Hakimiyyətin iqtisadiyyatdakı mənfi tendensiyalara müqavimət göstərmək cəhdləri heç bir ciddi nəticə verməyib.