Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daşkəsən və Göygöldə ölümlə nəticələnən yol qəzaları qeydə alınıb

© Depositphotos / KonejotaРазбитое лобовое стекло автобуса
Разбитое лобовое стекло автобуса - Sputnik Azərbaycan, 1920, 25.06.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Daşkəsən rayonunun Aşağı Quşçu və Göygöl rayonunun Zurnabad kəndində ölümlə nəticələnən avtoqəzalar baş verib, yaralılar da var.
BAKI, 25 iyun - Sputnik. Daşkəsən rayonunun Aşağı Quşçu kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1995-ci il təvəllüdlü Ruslan Cabbarov və 1990-cı il təvəllüdlü Rövşən Alıyev xəsarət alıblar.
Qəza zamanı xəsarət almış daha bir nəfər isə (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində dünyasını dəyişib.
Göygöl rayonunun Zurnabad kəndində də ölümlə nəticələnən avtomobil qəzası olub.
Qəza zamanı A.Bayramov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı araşdırmalara başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0