DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çavuşoğlu: Türkiyə İsveçlə Finlandiyaya güzəştə getmək fikrində deyil

© Sputnik / POOL / Mediabanka keçidMövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 25.06.2022
Abunə olmaq
Türkiyə XİN rəhbəri bildirib ki, iki Skandinaviya ölkəsi Türkiyənin tələblərinin yerin yetirilməsi üzrə aydın addımlar atmalıdır.
BAKI, 25 iyun — Sputnik. Türkiyə özünün və vətəndaşlarının təhlükəsizliyi məsələsində güzəştə getmək fikrində deyil və İsveçlə Finlandiyanın NATO-ya üzvlük müraciətinə məhz bu mövqedən yanaşır.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir bildirib ki, iki Skandinaviya ölkəsi Türkiyənin tələblərinin yerin yetirilməsi üzrə aydın addımlar atmalıdır.
"Ankara Stokholm və Helsinkidən mümkünsüz heç bir şey tələb etmir. Biz sadəcə istəyirik ki, terrorçuların dəstəklənməsi dayandırılsın və bu qanlı təşkilatların Skandinaviya ölkələrindəki tərəfdarlarının fəaliyyəti qadağan edilsin", - deyə Çavuşoğlu qeyd edib.
Xatırladaq ki, Türkiyə sözügedən ölkələrin NATO-ya daxil olmasına etirazını bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı İsveç və Finlandiyanın alyansa hansı şərtlər daxilində üzv ola biləcəyini açıqlayıb.
"Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını o şərtlə dəstəkləyəcək ki, Helsinki və Stokholm təhlükəsizlik məsələlərində Ankara ilə həmrəy olduqlarını açıq şəkildə bildirsinlər", - Ərdoğan deyib.
O qeyd edib ki, "əgər İsveç və Finlandiya əsas məsələlərdə, xüsusən də "terrorla mübarizə"də mövqelərinin Türkiyəyə bənzədiyini açıq şəkildə nümayiş etdirməsələr, Ankara bu ölkələrin NATO-ya üzvlüyünə müsbət reaksiya verməyəcək".
Ərdoğan bəyanatında vurğulayıb ki, Türkiyə alyansın "açıq qapı siyasətini səmimiyyətlə dəstəkləyir", lakin İsveç və Finlandiyanın üzvlük iddiasının nəticəsi onların Türkiyənin "həyati milli təhlükəsizlik maraqlarına" münasibətindən asılıdır.
Daha əvvəl "Financial Times" məcmuəsi yazıb ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətə baxılması prosesinin başlanmasına mane olub.
Xəbər lenti
0