https://sputnik.az/20220625/azerbaycanda-icmeli-su-anbarini-ilanlar-basib-443346747.html
Azərbaycanda içməli su anbarını ilanlar basıb
Azərbaycanda içməli su anbarını ilanlar basıb
Sputnik Azərbaycan
Təvəkkül İsgəndərov bildirib ki, ilanlar suyu torpağı otu zəhərləmirlər. Düşməninə qarşı zəhər ifraz edirlər. 25.06.2022, Sputnik Azərbaycan
2022-06-25T21:10+0400
2022-06-25T21:10+0400
2022-06-25T21:10+0400
azərbaycan
cəmiyyət
ilan
ilan sancması
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426791766_0:160:3073:1888_1920x0_80_0_0_f528c6cd10308e35e9207b5898033241.jpg
BAKI, 24 iyun — Sputnik. Ceyranbatan su anbarının sahillərində çoxlu sayda ilanlar peyda olub. Bu barədə yerli sakinlər məlumat verib. Onlar bildirib ki, havaların istiləşməsindən sonra ətrafdakı ilanların sayı xeyli çoxalıb. Arasında xeyli sayda zəhərli ilanlar da var. Narahatlığın bir səbəbi ətrafdakı insanların sancmaq qorxusudursa, digər səbəbi Abşeron yarımadasının böyük hissəsini içməli su ilə təmin edən Ceyranbatan su anbarında suyun zəhərlənmə ehtimalıdır. Sakinlərin dediyinə görə, ilanlarla bağlı su anbarının ətrafında hər hansı tədbir görülmür."Azərsu" ASC-dən Sputnik Azərbaycan-a bildiriblər ki, Ceyranbatan su anbarının mühafizəsi "Azərsu"yun nəzarətində deyil.Zoologiya İnstitunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ceyranbatan su anbarının ətrafında olan ilanlar suya təhlükə yaratmır. Su anbarlarında əsasən su ilanları olur. Su ilanları isə suda olan balıqlarla qidalanır: "Daşlıq, otluq olan yerlərdə zəhərli ilanlar ola bilər. Zəhərli olan isə bircə gürzə ilanıdır. Zəhərli ilanlar yediyi yemi hərəkərsizləşdirmək üçün sancırlar. Onlar suyu, torpağı, otu zəhərləmirlər. Düşməninə qarşı zəhər ifraz edirlər. Suya bir təhlükələri yoxdur. Həm də nəzərə almaq lazımdır ki, ilanın kimyəvi zəhəri yoxdur".Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, professor Azər Maqsudov da narahatçılığa hər hansı bir əsasın olmadığını söyləyib. O qeyd edib ki, ilanlar iki növə bölünür- suda və quruda yaşayanlar. Amma həm suda, həm də quruda yaşayan ilanlar suya heç bir toksiki maddə ifraz eləmir. Ona görə də su hövzələrində və onun kənarlarında ilanların yaşaması heç bir təhlükə yaratmır. "İlanlar yalnız təhlükə hiss edəndə hücum edir, qarşısındakını sancır, zəhərləyir. Amma qeyd olunan şəraitdə ilanlar heç bir təhlükə yaratmır. Su ilanları isə ümumiyyətlə qorxulu deyil. Ona görə də Ceyranbatan su anbarının ətrafında qeydə alınan ilanlar içməli su üçün heç bir təhlükə törətmir", - Maqsudov deyib.Xatırladaq ki, bir müddət öncə Bakıda Dənizkənarı Milli Park ərazisində ilanlar peyda olub. Xəzər dənizinin sahilində, qayalıqlar olan ərazidə bir neçə ilan görüntülənmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426791766_170:0:2901:2048_1920x0_80_0_0_7eafbaa2c5b4bf733045c343a404df85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, ilan, ilan sancması
azərbaycan, ilan, ilan sancması
Azərbaycanda içməli su anbarını ilanlar basıb
Təvəkkül İsgəndərov bildirib ki, ilanlar suyu torpağı otu zəhərləmirlər. Düşməninə qarşı zəhər ifraz edirlər.
BAKI, 24 iyun — Sputnik. Ceyranbatan su anbarının sahillərində çoxlu sayda ilanlar peyda olub. Bu barədə yerli sakinlər məlumat verib. Onlar bildirib ki, havaların istiləşməsindən sonra ətrafdakı ilanların sayı xeyli çoxalıb. Arasında xeyli sayda zəhərli ilanlar da var.
Narahatlığın bir səbəbi ətrafdakı insanların sancmaq qorxusudursa, digər səbəbi Abşeron yarımadasının böyük hissəsini içməli su ilə təmin edən Ceyranbatan su anbarında suyun zəhərlənmə ehtimalıdır. Sakinlərin dediyinə görə, ilanlarla bağlı su anbarının ətrafında hər hansı tədbir görülmür.
"Azərsu" ASC-dən Sputnik Azərbaycan-a bildiriblər ki, Ceyranbatan su anbarının mühafizəsi "Azərsu"yun nəzarətində deyil.
Zoologiya İnstitunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ceyranbatan su anbarının ətrafında olan ilanlar suya təhlükə yaratmır. Su anbarlarında əsasən su ilanları olur. Su ilanları isə suda olan balıqlarla qidalanır:
"Daşlıq, otluq olan yerlərdə zəhərli ilanlar ola bilər. Zəhərli olan isə bircə gürzə ilanıdır. Zəhərli ilanlar yediyi yemi hərəkərsizləşdirmək üçün sancırlar. Onlar suyu, torpağı, otu zəhərləmirlər. Düşməninə qarşı zəhər ifraz edirlər. Suya bir təhlükələri yoxdur. Həm də nəzərə almaq lazımdır ki, ilanın kimyəvi zəhəri yoxdur".
Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, professor Azər Maqsudov da narahatçılığa hər hansı bir əsasın olmadığını söyləyib. O qeyd edib ki, ilanlar iki növə bölünür- suda və quruda yaşayanlar. Amma həm suda, həm də quruda yaşayan ilanlar suya heç bir toksiki maddə ifraz eləmir. Ona görə də su hövzələrində və onun kənarlarında ilanların yaşaması heç bir təhlükə yaratmır.
"İlanlar yalnız təhlükə hiss edəndə hücum edir, qarşısındakını sancır, zəhərləyir. Amma qeyd olunan şəraitdə ilanlar heç bir təhlükə yaratmır. Su ilanları isə ümumiyyətlə qorxulu deyil. Ona görə də Ceyranbatan su anbarının ətrafında qeydə alınan ilanlar içməli su üçün heç bir təhlükə törətmir", - Maqsudov deyib.
Xatırladaq ki, bir müddət öncə Bakıda Dənizkənarı Milli Park ərazisində ilanlar peyda olub. Xəzər dənizinin sahilində, qayalıqlar olan ərazidə bir neçə ilan görüntülənmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.